Pəhləvi rejiminin hövzə və universitet qarşısında siyasətləri
Əvvəl istədilər hövzəni bağlasınlar, gördülər olmur. Nə üçün? Çünki istəyirdilər universitet olsun, hövzə isə olmasın. Rza xan bu üsulu seçmişdi. Sonra gördülər ki, alınmır, mümkün deyil. Buna görə Pəhləvi şahlığının ortalarında ikinci planı icra etdilər. İkinci siyasət bu idi ki, hövzə olsun, lakin universitetlə heç bir əlaqəsi olmasın, universitetə, hər bir yeni elm və texnologiyaya bədbin yanaşsın. Bu bir tərəfdən. Digər tərəfdən də təbliğatla və digər yollarla universiteti bacardıqları qədər hövzə əleyhdarı, din və ruhani əleyhdarı kimi yetişdirdilər, universitetlərdə və yeni elm mərkəzlərində ruhaniləri və din elmini gözdən saldılar. Ruhaniləri zəhlətökən, ziyanverici, savadsız, müftəxor bir qrup kimi tanıtdırdılar. Nə üçün? Ona görə ki, pak, mömin və ixlaslı bir tələbə gənc bir ruhaninin yanına getməyə əsla maraq göstərməsin. Universitetlərdə də bu məqsədlə müxtəlif işlər gördülər. Onların planı belə idi. Nəticə nə oldu? Nəticədə nisbətən uzun bir dövrdə bizim universitetlərimiz yararsız məzunlar yetişdirdilər.595
Dostları ilə paylaş: |