Mənzərə sənədinin hazırlanması üçün Hövzə Ali Şurasının iki xüsusiyyəti
Ölkə üçün iyirmiillik mənzərə sənədi yazıldığı kimi, gəlin hövzə üçün də iyirmiillik, onillik bir mənzərə hazırlayaq. Bu, elm hövzəsinin Ali Şurasının işidir.
Ali Şura bu işi nə zaman görə bilər? O zaman görə bilər ki, onun möhtərəm üzvləri bunun üçün kifayət qədər vaxt ayırsınlar, buna vaxtları olsun. Yəni hövzənin Ali Şurasına üzvlük əsas işlərin yanında ikinci dərəcəli bir iş olmamalıdır. Siz görün bir universitetin idarəsi, yaxud bir qurumun siyasət təyin edəni necə işləyir. Belə böyük elm hövzəsi - istər Qum, istər Məşhəd, istər İsfahan hövzəsi kənardan idarə oluna bilməz. Vaxt sərf olunmalıdır. Bu bir məsələ.
İkincisi budur ki, çox güclü bir ekspert dəstəyi olmalıdır. Xoşbəxtlikdən, bizim hövzəmizdə bu ekspert dəstəyi mövcuddur: sizin özünüz, bu axşam çıxış edənlərin və etməyənlərin çoxu. Yəqin ki, elm hövzəsində belə gənc və düşüncəli tələbələr çoxdur. Bunlar şübhəsiz, hövzənin ekspert dəstəyini təmin edə bilərlər. Hövzə işlərində bizim kənar adama heç bir ehtiyacımız yoxdur. Bu kadrlardan istifadə etmək olar. Təbii ki, bu ekspertlər də işləməli, çalışmalıdır. Ali Şuranın işlərindən biri budur.646
Dostları ilə paylaş: |