Şəhid Mütəhhəri və İslam düşüncəsinin istehsalı
O özünün güclü fikri və yüksələn düşüncəsi ilə o zamana qədər dini məsələlər arasında heç kəsin girmədiyi mövzulara girişdi və ölkədə yayılmış, yaxud yayılmaqda olan təfəkkürlərlə, Şərqin və Qərbin tərcümə ilə idxal etdiyi fikirlərlə mübarizəyə başlayıb, özünü dərin, geniş və tükənməz elmi işlərə daxil etdi. O, həm marksistlərlə mübarizədə çox dəqiq bir cihada başladı, həm də Qərb təfəkkürləri və liberalistlərlə mübarizədə.662
Şəhid Mütəhhərinin idxal olunmuş düşüncələrə qarşı elmi mübarizəsinin təsirləri
O dövrdə Şəhid Mütəhhərinin hünəri bu idi ki, ictihad qüvvəsi ilə, insafla, nəqli və əqli elm mədəniyyəti ilə cəbhənin ortasında dayandı və bu düşüncələrlə əlbəyaxa oldu, İslam təfəkkürünü aydın, təmiz və şübhəsiz şəkildə ortaya qoydu. Onun əleyhinə çox danışdılar, çox iş gördülər, amma o, işini davam etdirdi. Bu çox əhəmiyyətli bir roldur və cəmiyyətimizin sonrakı təfəkkürlərinin bünövrəsinə çevrildi. Mən qəti şəkildə inanıram və dəfələrlə də demişəm ki, bizim inqilabımızın, quruluşumuzun islami təfəkkür cərəyanı əsas etibarilə Şəhid Mütəhhərinin təfəkkürlərinə söykənir. Yəni onlar islami bünövrə və təməllərdir; biz İslam təfəkkürlərində onlardan bəhrələnmiş və İslam quruluşuna nail olmuşuq. Şəhid Mütəhhərinin fikirləri o zaman da islami fikir arzusunda olan və əcnəbilərin güclü təfəkkür zərbələri altında qalan gənclər üçün təhlükəsiz yer idi. Marksistlər bir cür hücuma keçirdilər, qərbpərəstlər bir cür. Bu hücumlar həm universitetlərdə vardı, həm digər yerlərdə, həm də hətta elm hövzələrində. Şəhid Mütəhhəri bu dərin və möhkəm təfəkkürün sayəsi altında qorunmaq üçün bu şəxslərə bir səngər və sığınacaq oldu. Onlar bununla həm öz dinlərini qorudular, həm müdafiə olundular, həm də yeni sözləri oldu.663
Dostları ilə paylaş: |