Qadınların elmi işlərdə iştirakının ölkədə İslam hakimiyyətinin səmərələrindən olması
Əvvəla, qadınların elm və tədqiqat işlərinin özü təqdirəlayiq haldır. Mən adətən ölkədə nəşr olunan jurnallara baxır, onları vərəqləyirəm. Yeni mövzulara toxunan jurnallarımızda qadın yazıçı və tədqiqatçıların müxtəlif fənlərə aid məqalələrinin sayı gözəçarpan həddə çoxdur. Hövzə elmlərində, fiqhdə, fəlsəfədə, humanitar elmlərdə, təbii elmlərdə ölkəmizin qadınlarının iştirakı yüksək səviyyədədir. Universitetlər tələbə qızlarımızla doludur. Elm mərkəzlərində qadınlar heyrətamiz şəkildə iştirak edirlər. Bu necə möhtəşəm hadisədir! Bizim ölkəmizdə nə zaman bu qədər tədqiqatçı, araşdırmaçı, alim və təbliğatçı qadın olmuşdur?!
Tariximizdə heç zaman belə bir şey olmamışdır. Bəli, tək-tük alim və görkəmli qadın olmuşdur, lakin bütün cəmiyyətdə gözəçarpan həddə olmamışdır. Bu, İslam Respublikası dövrünə məxsusdur. Bu, ölkədə İslam hakimiyyəti sayəsində baş vermişdir. Qadınlar elmi səhnədə özlərini belə göstərməkdədirlər və bu nailiyyətləri əldə etmişlər. Bu, İslam Respublikası quruluşunun uğurlarındandır. Mən buna görə tələbə və gənclərlə görüşlərdə dəfələrlə demişəm ki, biz qərblilərin qadına dair iddiaları qarşısında müdafiə olunmuruq, hücuma keçirik və özünü müdafiə etməli olan Qərbdir, İslam yox.846
Dostları ilə paylaş: |