Təhsilin zamanına nisbətən az elmi nəticə
Mənim elmi məsələlər barədə fikrim budur ki, universitetlərdə zamana uyğun elmi bəhrə götürülmür. Mən universitetlərlə əlaqəsiz deyiləm; buraya bizim yanımıza həm ölkə universitetlərinin rektorları gəlir və bəzən nəsə soruşurlar, həm də tələbələr get-gəl edirlər. Mən universitetdəki bəzi məsələlərdən ümumi olsa da, məlumatlıyam. Mənə verilən məlumatlara əsasən, universitetdən təhsil sahəsində ona qoyulan vaxt qədərincə elmi bəhrə götürülmür. Tədqiqat sahəsi isə ayrıdır və onun üçün geniş rövzəxanlıq lazımdır. O öz yerində. Nisbətən yaxşı vəziyyəti olan təhsildə də bu nöqsan var.338
Əzbərləmək yerinə tədqiqatçı yetişdirmək
Buna əsasən, mənim mühüm bir tövsiyəm budur ki, elm və tədqiqat işləri orada əsas olsun, dəyər sayılsın. Bunun başqa bir cəhəti odur ki, beyinlər tədqiqatçı yetişsinlər, onlara yalnız məlumat verilməsin. Siz dərsin və işin keyfiyyətini, tədris metodunu elə etməlisiniz ki, üzündən əzbərləmək yerinə dərinə getmək və kökünü tapmaq barədə düşünsünlər. Bunun üçün proqram hazırlamaq isə öz işinizdir. Bu bəlkə heç Təhsil Nazirliyinə də aid deyil. Ona aid olsa da, siz tələb etməlisiniz.339
Universitetdə yenilik və elm istehsalı
Universitetlərin mühüm vəzifələrindən biri elmi düşüncə yeniliyindən ibarətdir. Ehkamçılıq təkcə dini mühitlərin və dini düşüncələrin problemi deyil. Bütün yerlərdə ehkamçılıq, doqmatizm, düzgün məntiqlə yanaşmadan insana yeridilənlərə tabe olmaq bir bəladır. Bir elm mərkəzinin və universitetin ideal vəzifəsi budur ki, elmi məsələlərdə yenilikçi olsun. Elm istehsalının həqiqi mənası da məhz budur. Elm istehsalı təkcə elmin köçürülməsi deyil. Elmi yeniliklər birinci dərəcəli əhəmiyyətə malikdir. Bunu ona görə deyirəm ki, bir ənənə olsun. Bu yenilik təkcə müəllimlərə deyil, həm də tələbələrə və bütün elmi çevrələrə aiddir.340
Dostları ilə paylaş: |