Yeddinci fəsil: Tədqiqat
Güclü məqalələr
Ensiklopediya üçün hazırlanan məqalələrin ən yüksək elmi tədqiqat həddində olmasına çalışın. Çünki ölkəmiz İslam mədəniyyətinin elmi ehtiyatına, dərin kök və keçmişinə, kitab və aliminə malik olmaqla İslamın mərkəzi və bazası kimi tanınır. Burada hazırlanan İslam ensiklopediyasının məqalələri qüvvə və elmilik baxımından imkan daxilində birinci olmalıdır. Odur ki, yekun iş üçün təcrübəli redaktorlardan istifadə olunsun.341
Tədqiqat və yenilikdə mədəni xəstəlik
Biz dünyada hər tərəfdən güclü düşmənlərin ədavəti ilə üz-üzə qalmışıq. Onlar həm xalqın ümumi mədəniyyəti, zehniyyəti, rəftarı və həm tədris işi və kadr yetişdirmək sahəsində məqsədlərimizə çatmağa mane olurlar. Biz düşmənin ədavətinə münasib proqram hazırlamalıyıq. Ümumi mədəniyyət məsələsində müşahidə edirik ki, bizim cəmiyyətimizdə, misal üçün, idarə və dövlət qurumlarında süründürməçilikdən, xüsusən də bəzi orqanların işindən çox şikayət olunur; xalqın işləri rahatlıqla görülmür, bu gün-sabah edilir, xalqın işinə qayğıkeş şəkildə baxılmır. Bunlar mədəni bir xəstəliyə və nöqsana görədir. Yaxud müşahidə edirik ki, bizim işgüzar elmi şəxsiyyətlərimiz universitetlərdə, iş yerlərində, tədqiqat mərkəzlərində bir tədqiqatçı üçün çörəyi, suyu və şöhrəti olmayan, amma zəhməti çox olan yenilik və ixtiralara az girişirlər, daha asan işlərlə məşğul olurlar. Bu, mədəni bir xəstəlikdir.
Elm dünyasında baş verən dəyərli tədqiqatlar kimlərin vasitəsi ilə görülmüşdür? Adətən tədqiqat dövründə məşhur olmayan, tədqiqata, elmə və əməklərinin bəhrəsinə sevgi ilə baxan, zəhmətlə işə başlayan və əziyyətinə dözən şəxslər vasitəsi ilə görülmüşdür. Bu işin nəticəsi bir xalq üçün möhtəşəm olmuşdur. Düzdür, siyasətlər də onların elm və tədqiqat məhsulundan bədxah şəkildə sui-istifadə etmişlər. Biz siyasətin sui-istifadəsini tədqiqatın və onların məqsədlərinin adına yaza bilmərik. Əgər bizdə bunlar azdırsa, mədəni bir xəstəliyə görədir. Biz bunu müalicə etməliyik. Bunun məktəb, universitet və digər yerlərin işinə aidiyyəti yoxdur, başqa bir proqramlı mədəni baxış, fəaliyyət və çalışmaq tələb edir. Və biz bu işi görməliyik.
Həqiqətən Mədəni İnqilab Ali Şurasının mühüm işlərindən biri ümumi mədəniyyəti araşdırmaq, ölkəmizin bugünkü mədəni xəstəliklərini tapmaq, ixtisaslı, xeyirxah, inqilabçı şəkildə və müxtəlif qurumlara tövsiyə ilə onların müalicəsini öyrənməkdir. Bu, işin mühüm bir hissəsidir və yaxşı olar ki, Mədəni İnqilab Ali Şurası bununla məşğul olsun. 342
Dostları ilə paylaş: |