Universitetdə elm və tədqiqata diqqət azlığının zərəri
Mən universitet barədə bəzi mətləblərə toxunacağam. Əlbəttə, bunlar tibb universitetlərinə məxsus deyil, ölkənin bütün universitet toplumuna məxsusdur. Mən hiss edirəm ki, universitetlərdə elmi inkişafın əleyhinə bəzi işlər planlaşdırılır. Bizim qısamüddətli və uzunmüddətli proqramlarımız var və bu ölkənin idarəsi onlara bağlıdır. Əgər məmurlar bəzi proqramların icrasına diqqətsiz yanaşsalar, yaranan nöqsanları istədikləri vaxt aradan qaldıra bilərlər; yəni gec olmaz. Lakin bəzi işlərdə diqqətsizlik baş versə, vaxtın ötməsi mümkündür; yəni düzəlməsi qeyri-mümkün olmasa da, çox gec düzələn zərərlər qarşıya çıxar. Belə məsələlərdən biri də ölkənin elmi işidir.
Əgər biz ölkədə elmi işi əhəmiyyətsiz saysaq, elmə, tədqiqata və tədqiqatçı yetişdirməyə rəğbət olmasa, yaxın gələcək üçün heç bir təsiri olmaya bilər, amma uzaq gələcək üçün ölkədə elə problem yaranar ki, asanlıqla düzəlməsi mümkün olmaz. Yəni bizim on illərlə düçar olduğumuz və indinin özündə də böyük həddə altını çəkdiyimiz vəziyyət yaranar.351
Dostları ilə paylaş: |