Universitet cihadının xüsusiyyətləri
“Universitet cihadı” iki sözdən təşkil olunmuşdur: cihad və universitet. Onda həm cihad olmalıdır, həm də universitetə uyğunluq. Cihad işi görməyin xüsusi mənası var. Hər bir iş cihad deyil.368
"Cihad" xüsusiyyəti
Cihad sözü - çalışmaq, səy göstərmək deməkdir, lakin cihad təkcə bu deyil. Cihad mübarizə deməkdir. Mübarizənin növləri var: elmi mübarizə, mətbuat mübarizəsi, siyasi mübarizə, iqtisadi mübarizə, hərbi mübarizə, açıq mübarizə, gizli mübarizə. Bunlarda müştərək cəhət odur ki, hamısı hansısa bir düşmənin, maneə və əngəlin qarşısındadır. Dosta qarşı mübarizə mənasızdır. Mübarizə düşmən qarşısında olur.
Fərz edin, repressiya dövründə bir insan həftədə, misal üçün, beş kitab oxuyurdu. Böyük iş idi, amma mübarizə deyildi, çalışmaq deyildi. Cihad olması üçün gərək elə kitab oxuyaydı ki, onun tağut və zalım rejimlə mübarizəsində təsiri olaydı. O zaman cihad olardı. Cihadın mahiyyəti budur.
Sizin cihadınızın əhatə dairəsi elm və texnologiyadır. Yəni siz burada xəncərdən, nizədən və J-3-dən istifadə etmirsiniz, beyindən, insanın daxili imkanlarından, fikirdən, qələmdən, gözdən və belə şeylərdən istifadə edirsiniz.
Toplum elmi toplumdur, amma hansı istiqamətdə olmalıdır ki, cihad olsun? Bu, mühüm məsələdir. Görün sizin ölkəniz, inqilabınız və bu inqilabın təsvir etdiyi məqsədlər üçün hansı inadkar düşmən pusqu qurmuşdur və siz hansı düşmənə qarşı mübarizə aparmalısınız. İşiniz həmin yolda olanda olur cihad.369
Dostları ilə paylaş: |