Elm və tədqiqatın cihad olmasında mühüm amil
Buna əsasən, siz həmin məqsədlərin düşmənlərini nəinki narazı salmayan, hətta sevindirən elmlə məşğul olsanız, bu, cihad olmayacaq. Fərz edək Universitet cihadı, yaxud ona bağlı hansısa müəssisə desin ki, filan ildə mənim yüz, yaxud beş yüz məqaləm ISI jurnalında nəşr olunmuşdur. Bu, meyar deyil. Məqalələr hansı mövzuda, hansı istiqamətdə idi və hansı işinizə yarayırdı? Sizin amallarınızla düşmən olanlar bu məqaləyə qarşı necə mövqe bildirdilər? Onlar təhlükə hiss etdilərmi? Yoxsa onlar bundan təhlükə hiss etmədilər? Əlbəttə, söhbət onların siyasi adamlarından gedir, elm adamlarının baxışı başqa cürdür.
Cənablar kök hüceyrələrdən, klonlaşdırmadan və digər işlərdən danışanda, mən, yaxud başqası da bunu tərifləyəndə ABŞ rəsmiləri elan etdilər ki, genetik elmlər üçün də Hakimlər Şurası yaradılmalıdır. Bunun mənası nədir? Sizin bu fəndə uğur qazandığınıza görə düşmənin ağrısı tutmuşdur. Mən aydın misallarını deyirəm. Bunun minlərlə misalı var.
Siz misal üçün, bir radar düzəldə bilsəniz və ölkənin səmasının heç bir yerindən heç bir məxluq girə bilməsə, o gün düşmənin ağrısı tutacaq. Yəni bu birbaşa düşmənə dəyən oxdur. Və belə bir iş cihaddır.
Cihad hərəkətində, elmində və tədqiqatında bu amil mütləq şərtdir. Düşmən dedikdə məqsəd ABŞ deyil. Bizim aydın düşmənimiz ABŞ və qlobal hegemonizmdir, amma düşmənlərin də növləri və qisimləri var. Bir zaman böyük bir iqtisadi kartel sizin, məsələn, sement zavodu tikmənizdən narahat olur, maneə törədir, qoymur. Burada mənə verilən məlumatlarda bu məsələ də vardı. İstəyirlər bir Hakimlər Şurası da sement üçün düzəltsinlər; yəni hamı zavod açıb sement istehsal edə bilməsin.370
Dostları ilə paylaş: |