"Universitet" xüsusiyyəti
Universitetə gəlincə isə, bu o deməkdir ki, sözügedən fəaliyyətin miqyası yüksəkdir, tələbə, müəllim, fəal elmi beyinlə münasibdir. Bütün işlərdə buna riayət olunmalıdır. Heç bir fəaliyyətdə avamçılıq və avamın bəyənməsi meyar olmamalıdır. Düzdür, bəzi fəaliyyətlər elmi fəaliyyətdir və yaxşıdır. Məsələn, bu tədqiqat belədir. Amma humanitar elmlərdə, misal üçün, ədəbiyyatda buradan deyilən söz adi bir ədibin sözündən dərin, səviyyəcə yüksək olmalıdır. Humanitar elmlər sahəsində - biz onda işləmişik və bilirik; misal üçün, ölkəmizin qədim elmləri olan tarix, ədəbiyyat və fəlsəfədə - çoxlu məsələlər var. Bunların bəzisi adi sözlərdir, Universitet cihadı deməsə də, başqa birisi deyə bilər. Universitet cihadı isə ən üstün və yüksək sözü ortaya qoymalıdır.
Misal üçün, siz Quran üzərində işləyirsiniz. Çoxları bununla məşğuldur və bu, yaxşı haldır. Bilirsiniz ki, mən Quran fəaliyyətləri ilə maraqlanan və bu sahədə xüsusi məsuliyyət hiss edənlərdənəm. İnqilabdan öncədən belə olmuşdur, indi də belədir. Yəni fikrimcə, bir məsciddə on gəncin toplaşıb Quran oxuması gözəldir, bunu sevirəm. Lakin siz Quran üzrə fəaliyyət göstərmək istəyirsinizsə, bu, universitetdən kənar mərkəzlərin Quran fəaliyyətindən fərqlənməlidir. Buna görə, siz digərləri kimi hansısa qarinin səsini, üslubunu, təcvidi, xoş səsi və digər məsələləri təkrarlasanız, düzdür, çox yaxşıdır, amma Universitet cihadının Quran fəaliyyəti bu deyil, bundan daha dərin olmalıdır.
Görün Quran məsələsində universitet adamının dərkinə münasib olan nədir? Quran öyrənməyə, Quranı dərk etməyə can atın. Sizin Quran oxuyanınız elə olsun ki, onun Quranını dinləyən məclis Quran məfhumlarını qəlbində hiss etsin. Sizin Quran məclisiniz həm də Quran məfhumları məclisi olsun. Bunlar üçün yaradıcılıq lazımdır. Bu sizin işinizdir.371
Dostları ilə paylaş: |