Hövzədə müxtəlif İslam elmlərinə diqqətin zəruriliyi
Mənim fikrim budur ki, biz bayırdan nəyin lazım olduğuna və sonra onu hövzədə necə və hansı proqramla yaratmağın mümkünlüyünə baxmalıyıq. Əvvəla, bizim yalnız fiqh və üsul elminə ehtiyacımız yoxdur; baxmayaraq ki, fiqh və üsul hövzənin gördüyü ən əsaslı işdir. Nə üçün? Çünki cəmiyyət İslam şəriəti ilə idarə olunur, İslam şəriəti də fiqhlə əldə edilir və üsul elmi onun müqəddiməsidir. Bizim bütün müqəddimələri ilə - üsul, ədəbiyyat və lazım olan digər elmlərlə birgə olan fiqhə ehtiyacımız var. Hədis də lazımdır. Biz ilahi hikməti Quran və hədisdən öyrənməliyik. Deməli, hədis önəmli bir şərtdir, həm də çox genişdir, Quranın təfsirçisidir və lazımdır. Təfsir, Quran elmləri, Quran hermenevtikası, Quran, hikmət və kəlamla tanışlıq lazımdır. Hikmət və kəlam da bugünkü mental, praktik və siyasi sistemin əsas bünövrəsinin təminatçısı kimidir.
Əlbəttə, hikmət və kəlamda həmişə bizim kitablarımızda mövcud olan klassik mövzuları işləməməliyik. Əsas və təməl mövzuların kənarında dünyada elm və fəlsəfə inkişafının meydana çıxardığı mövzularla da məşğul olmalıyıq. Qərb fəlsəfəsinin yenilik və inkişafları olmuşdur. Qərb təfəkkürü getdiyi yolları son yüz ildə getmişdir. Yeni yollar peyda olmuşdur. Marksizm Qərb təfəkkürü və fəlsəfəsində mühüm bir dönəm idi. Ondan sonra yeni təfəkkürlər meydana çıxmışdır. Bəziləri onun əks istiqamətindədir, bəziləri isə tamamilə əks olmasa da, müxalif istiqamətdədir.510
Dostları ilə paylaş: |