Düzgün dini düşüncə boşluğunun nəticəsi
Xalis, qədim və düzgün düşüncələrin boşluğu müşahidə olunduqda saxta və yalançı düşüncələr, qeyri-sağlam və qeyri-düzgün fikirlər bazara çıxır. Bu təbii haldır. Çünki müştəri həmişə orada dayanmışdır. Əgər xalqa təmiz, düzgün və yaxşı məhsul təklif etsələr, xalq tanıdığı təqdirdə pis məhsula tərəf getməz. Lakin bu yandan boşluq yaransa, saxta malların bazarı qızışar. Təəssüf ki, bu gün bizim cəmiyyətimizdə müşahidə olunan budur. Zahiri çox gözəl olan saxta qızıl sikkələr, zahiri çox gözəl olan saxta pullar əslində etibarsızdır, amma adi camaat bunu seçə bilmir.
İslam düşüncələri bazarında bu gün vəziyyət belədir. Hər tərəfdən bir nəfər qalxıb başa düşülməsinin və dərk olunmasının dini qaynaqlar üzərində elmi əsaslara ehtiyacı olan din məfhumları, uca İslam anlayışları haqda uyğun əsaslara malik olmadan fikir yürüdür və özlərindən danışırlar: İslam belə deyir, İslam elə deyir. O söhbət və minbərdə bir kəs də yoxdur ki, ondan “İslam bu sözü harada deyir” - deyə soruşsun. Bütün bəşər məfhumlarını İslamın baxışından izah edirlər; azadlığı izah edirlər, insanlığı izah edirlər, insan hüquqlarını izah edirlər, ədaləti izah edirlər. Haraya və hansı İslama istinad etdikləri isə bəlli deyil.
Bu, çox pis haldır. Bəzi insanlar lazımi səlahiyyətlərə malik olmadan elə mövzuda fikir bildirirlər ki, qərəzli olmasa da, ən azı cahilanədir.578
Dostları ilə paylaş: |