Səkkizinci fəsil: Hövzənin rəhbərliyi
Ayətullah Bürucerdinin elmi metodlarının davam etdirilməsi
Mərhum Ayətullah Bürucerdi vəfatından otuz il sonra İslam Respublikası quruluşu sayəsində anılır və uca tutulursa, yaxşı olar ki, elm hövzələri və onun rəhbərləri bununla kifayətlənməyib o həzrətin hələ də yeni olan elm və tədqiqat metodlarını davam etdirsinlər, təkmilləşdirsinlər və İslam fəqahətini inkişaf etdirsinlər.599
Hövzələrdə Quran məfhumlarının təcrid olunması
Əsas fənn fiqh olsa da, hövzələrdə digər İslam elmlərini unutmaq olmaz. Məsələn, hövzələrdə Quran elmi, Quranla tanışlıq, Quran məfhumları və Quranla ünsiyyət bir elm və fənn kimi mövcud olmalıdır. Bizim tələbələrimiz Quranı, ən azı onun bir hissəsini əzbərləməli, onunla ünsiyyətdə olmalıdırlar. Quranda o qədər İslam məfhumları var ki, biz fiqh araşdırmalarında onlar barədə fikirləşmirik. Elm hövzələrində Quranın təcrid olunması və Qurandan uzaq düşməyimiz bizə çoxlu problemlər yaratmışdır, bundan sonra da yaradacaq.600
Dostları ilə paylaş: |