Hövzənin yeni elm və texnologiyalardan istifadəsi
Məncə, bəşəriyyətin Allahın lütfü ilə, din və peyğəmbərlərin təlimləri sayəsində əldə etdiyi bu yeni elmi nailiyyət (kompüter) mühüm yerlərdə işə yarayır və onunla bütün sahələrdə böyük işlər görülür. Deməli, biz dəyərli elmi irsimizin bu elmə biganə qalmasına imkan verə bilmərik. Mənim bu gün görülən bu işdə iki məqsədimdən biri və əsas ümidim bəlkə də budur ki, bu yolla hövzəni yeni elmlərlə, onların işləndiyi yerlərlə və öz işlərimizdən ötrü onlardan istifadə ilə tanış edək. Bu yeni elm və texnologiyanın önünü kəsmək, yaxud onu inkar etmək olmaz. Hər bir ixtisasdan, hər bir yeni elmin budağından və qığılcımından istifadə etmək lazımdır. Yeni elmlərin qanadları üzərinə minib özünü istədiyin yerə çatdırmaq lazımdır. Bu baxımdan, bu, mübarək işdir, bunu Qumu və hövzəni yeni elmi inkişaflarla və onlardan istifadə ilə tanış etməmizə hazırlıq edə bilərik. Mühüm olan budur ki, insan elmlərdən və onların nəticələrindən istifadə etməyə vərdiş etsin.
Bu gün möhtəşəm bir kitabxananın məlumatları çox kiçik həcmli bir cihaza sığır. Yazıblar ki, Əbülfərəc İsfahani kitablarını qırx dəvəyə yükləyib özü ilə aparırdı. Haradasan? Yuxudan ayıl, Əbülfərəc! Gör ki, qırx və hətta dörd yüz min kitabı bir səhifə üzərində kiçik bir aparatla daşımaq və istədiyin hər bir hissəni ondan çıxarmaq olur. Bu gün dünya belədir; yeni imkanlardan istifadə etmək lazımdır. Biz təəssüf ki, hələ öyrənməmişik, adət etməmişik. Ürəyimiz istəyir ki, bu kitabları yenə də vərəq-vərəq axtaraq.609
Dostları ilə paylaş: |