Ehtiyac duyulan bütün İslam elmlərinə diqqət
Elə hövzəmiz olmalıdır ki, onda yetərincə alim və tədqiqatçı təlim-tərbiyənin ən yaxşı üsullarından istifadə edib ehtiyac duyulan bütün İslam elmlərini – fiqh, təfsir, hədis, etiqad prinsipləri və fiqh qaydalarından tutmuş digər lazımi elmlərə qədər tədris etsinlər.624
İdeal hövzənin göstəriciləri
Hər il bir qədər fəqih yetişsin. Müəyyən edin ki, məsələn, bizim mərkəzimiz üçün bu qədər fəqih çatmır və yetişdirilməlidir. Məsələn, hər iyirmi il üçün bizə təqlid müctəhidliyi həddində və bütün xüsusiyyətlərə malik yüz fəqih lazımdır, digər İslam elmlərində - fəlsəfədə, kəlamda, dini məsələlərdə, onların dərinləşdirlməsində və genişləndirilməsində işləyib araşdırma aparmaq üçün filan qədər tədqiqatçıya ehtiyacımız var. Çünki dini məsələ və bilgilər sabit və əbədi şeylər deyil.
Elə şeylər var ki, 20-30 il öncə bizim üçün yeni dini məsələlər hesab olunurdu, amma bu gün hamının ixtiyarındadır və din haqda daha yeni məsələlər meydana çıxır. İnsan hər gün din barədə yeni bir nəticəyə gəlir. Bir fəqihin, dinşünasın, Quranla əlaqədə olan bir insanın dini məlumat və bilgilərinin son həddi yoxdur. Necə ki, ehtiyaclara əsasən bizim fiqh hökmlərimizdə daim yeni şaxələr yaranır və fəqihlər bu şaxələrdə yəqinə çatırlar; kəlamda da belədir, fəlsəfədə də, digər məsələlərdə də. Dini bilgilər daim dini araşdırma və mütaliəyə ehtiyaclı sahələrdir.
Fərz edin, belə bir hövzədə mədrəsələr, tədris və tədqiqat mərkəzləri işləyir. Harada təbliğatçıya, məscid imamına və Quran müəlliminə ehtiyac duyulsa, bu mərkəzə müraciət edir və tez onlara lazımi miqdarda və lazımi xüsusiyyətlərə malik təbliğatçı göndərilir.
Biz belə bir hövzə istəyirik. İdeal hövzə budur. Harada bir şübhə irəli sürülsə, burada cavabı hazırdır. Harada din əleyhinə bir kitab yazılsa, ona qarşı iki kitab hazırdır. İslam tarixinə dair kimin bir şübhəsi olsa, burada tədqiqat mərkəzi var, dərhal həmin hissəni ətraflı izah edir. Bizə belə hövzə lazımdır.
İndiki vəziyyət, idarə üsulu, tədris keyfiyyəti və təhsil sistemi ilə belə bir hövzə ərsəyə gələn deyil. Əvvəlcə həqiqətən, bir qrup oturub lazım olanı təsvir etsinlər və qərar çıxarsınlar. Gənc tələbə və müəllimlər bu hərəkətin hansı səmtə getdiyini bilsinlər. O zaman gənc alimlər işinizi dəstəkləyəcəklər, sizi tək buraxmayacaqlar. Bu birinci mərhələdir: hövzənin məqsədlərinin, yaxud başqa sözlə desək, ideal vəziyyətinin təsviri mərhələsi.
İkinci mərhələ bu məqsədə çatmaq üçün lazım olan hərəkət və hazırlıqlardır. Proqramdan öncə bunun baş verməsini istəsək, hansı işlər lazımdır? Kitab yazmaq, elmlərin izahı, lazımsız hissələri ayırmaq, əl-ayağa dolaşanları və heç bir faydası olmayanları kənara tullamaq, bu gün mövcud olmayan, tələbə və müəllim üçün ehtiyac duyulanları əlavə etmək.
...Buna əsasən, bu da bir hissədir; yəni lazım olan hazırlıqların və işlərin izahı mərhələsi.
Üçüncü mərhələ konkret proqram mərhələsidir; yəni ümumi layihədə müəyyən olunanları proqram formasına salmaq.625
Dostları ilə paylaş: |