Hövzənin təcrid olunmasının qarşısını almaq üçün yeniliyin idarəsi
Bir məsələ budur ki, yeniliyi idarə edin. Baxın, əziz qardaş və bacılar, yenilik qaçılmazdır. Yenilik ilahi yaradılışın qanunudur. Mən dəfələrlə demişəm ki, yenilik baş verəcək. İndi yeniliklə razılaşmayan bir şöbəni, bir varlığı təsəvvür edin. O zaman bu iki vəziyyətdən birində olacaq: ya öləcək, ya təcrid olunacaq. Ya dəyişilmiş və yenilənmiş vəziyyətlərin qovğasında yaşamaq imkanı tapmayacaq, əl-ayaq altında əzilib məhv olacaq, ya əgər sağ qalsa da, təcrid olunacaq; son günlərdə bir qəzetdə oxuduğum meşə adamı kimi. Bir insan qırx il əvvəl gedib Mazandaran meşəsinə və xarici mühitlə çox zəif əlaqəsi olub, özünü təcrid edib. Getmək, dəyişiklikdən qaçmaq olar, amma təcrid olunmaqla. Hövzə yenilikdən qaçmaq istəsə, əgər ölməsə, diri qalsa da, təcrid olunacaq. Düzdür, din faktoru onu ölməyə qoymayacaq, amma təcrid olunacaq. Günbəgün daha artıq təcrid olunacaq.
Yenilik labüddür. Lakin yeniliyin iki tərəfi var: düzgün istiqamətdə olan yenilik, səhv istiqamətdə olan yenilik. Biz elə etməliyik ki, bu yenilik düzgün istiqamətdə baş versin. Bu, hövzənin aparıcı şəxslərinin vəzifəsidir. Hövzənin müdirləri, alimləri, nəzər sahibləri buna çalışmalıdırlar. Yenilikdən qaçmaq olmaz. İndi dedilər ki, təhsil və tədqiqat üsulunda, tələbə qəbulunda, dərs vəsaitində - bütün bunlarda yenilik lazımdır. Deməyin ki, on il, on beş il bundan qabaq lazım idi və bu proqramı yazdıq. Çox gözəl, bu proqram on il əvvəlin idi, görün onu necə təkmilləşdirmək olar. Yenilik budur. Yəni zamanla yenilənmək, vaxtında hərəkət etmək, hadisələrdən geri qalmamaq.642
Dostları ilə paylaş: |