İlk mərhələlərdə hövzə müdiriyyətinin ən mühüm işi
Biz hövzədə müdiriyyəti təkmilləşdirməliyik. Bəli, xoşbəxtlikdən son illərdə Ali İdarə Şurası və hövzədə müdiriyyət məsələsi qəbul olundu, iş görüldü, faydalarını da görürsünüz. Mən bu axşam cənabların sözlərindən bildim ki, hövzədə on iki elmi-ixtisaslı birlik var. Çox yaxşıdır, mən bunu bilmirdim: iqtisadiyyat elmi birliyi, psixologiya elmi birliyi, rical elmi birliyi, tarix elmi birliyi. Əlbəttə, bəzilərini bilirdik. Bu, müdiriyyətin işidir. Əgər müdiriyyət olmasa, belə bir iş baş verməz. Lakin hövzədə təşkilatçılıq və idarəçilik sahəsində indiyə qədər görülən işlərlə kifayətlənmək olmaz.
Bizim nöqsanlarımız var. Əvvəla Ali Şura siyasət təyin etmək məsələsinə çox əhəmiyyətli yanaşmalıdır. Elm hövzələrində birinci və prinsipial mərhələlərdə ən mühüm iş siyasət təyin etməkdir. Bu siyasətin müxtəlif cəhətləri var. Məgər biz demirik ki, elm istehsal etmək istəyirik? Yaxşı, hansı elmi? Fiqh elminin inkişafı nə deməkdir? Misal üçün, üsul elminin inkişafının mənası nədir? İnkişaf etsin, yəni nə eləsin? Bu inkişafın istiqaməti necədir? Bütün bunlar cavabı lazım olan suallardır. Ali Şura mərkəzində təyin edilən siyasətlər bu suallara cavab verir. Elm hövzəsinin gələcəyi üçün aydın mənzərə təsvir olunmalıdır.645
Dostları ilə paylaş: |