5. Şeyx Kuleyni
Şeyx Kuleyninin elmi şəxsiyyəti
Şeyx Kuleyni də dəyərli və görkəmli elmi şəxsiyyətdir. O, Rey və Bağdad hövzələrində uzun illər elm öyrənmiş, əllidən çox müəllim və şeyxlərdən hədis eşitmiş və digər tərəfdən Əhli-beyt məktəbinin tələbələrinin böyük bir qrupunu yetişdirmişdir. Bunun özü Şeyx Kuleyninin elmi üstünlüklərinə dəlildir.
Kuleyni yalnız bir mühəddis deyildi. Kafi kitabının bablara bölünməsi, onların düzülüşü və adlarının seçimi - məsələn, Ağıl və cəhalət kitabı, Höccət kitabı, Tövhid kitabı və sair - göstərir ki, Kuleyni böyük bir mühəddis olmaqdan əlavə, həm də mahir bir mütəkəllimdir. Onun işlətdiyi üsul, adlar və məzmun dövründə geniş yayılmış kəlam məsələlərinə əsaslanır. Həmçinin şeyxin Kafi kitabına yazdığı müqəddimə dəyərlidir, onun kəlam və digər elmlərə dərindən yiyələndiyini göstərir.655
Dostları ilə paylaş: |