Mübariz din alimləri
Ölkənin din elminə təqdim etdiyi mübariz alimlərinə görə Fars vilayətinin bənzəri azdır. Mirzə Şirazini hamı tanıyır. Böyük alim olan mərhum Seyid Əliəkbər Əsiri Şiraz şəhərində qiyam edib ingilislərin, xaricilərin müdaxiləsinə qarşı çıxdı və sonra da sürgün edildi, lakin işinin təsiri qaldı. İkinci Mirzə - Mirzə Məhəmmədtəqi Şirazi Birinci Dünya Müharibəsindən sonrakı illərdə ingilislərin işğalı qarşısında İraq xalqının apardığı mübarizənin rəhbəri idi. Mərhum Seyid Əbdülhüseyn Lari təxminən yüz il öncə Fars vilayətinin qeyrətli və şücaətli əşirətlərinin köməyi ilə mübarizəyə qalxan dəyərli və üstün bir şəxsiyyət idi... Mərhum Seyid Nurəddin Hüseyni Şiraz şəhərində xalqın müqəddəslərini təhqir edən əcnəbi səfirlik əməkdaşını yerə uzadıb öz əli ilə şallaqladı, ilahi hökmü icra etdi və tam şücaətlə zalım rejimə qarşı siyasi və ictimai mübarizəyə qalxdı.
Ruhani mübarizələrinin başlandığı dövrdə də mərhum Ayətullah Şəhid Dəstğeyb, mərhum Ayətullah Məhəllati və digər alimlər Şirazın Ətiq came məscidini öz mübarizələrinin mərkəzinə çevirdilər. Şiraz alimlərinin mübarizələrinin şöhrəti və o ruhaniliyin sözçüsü kimi mərhum Ayətullah Dəstğeybin həmin günlərdə çıxışları İranın hər tərəfinə yayıldı.665
Dostları ilə paylaş: |