Elm istehsalı üçün məmurların əməli işi
Mən xüsusən elm və tədqiqat üzərində həssasam. (Prezident) nəsihət edir ki, biz elm və tədqiqatla məşğul olmalıyıq. Mən demirəm ki, nəsihət etməyin. Xeyr, nəsihət edin, amma icraçı qurumdan nəsihətdən artığı gözlənilir. Quru və boş nəsihət mənim kimi tələbənin işidir. Dövlət qurumlarının görməli olduğu iş icradır. Möhtərəm Təhsil naziri mənim yanıma gəlib nazirliyin büdcəsinin azlığından şikayət edir. Çox gözəl. Bu elm və tədqiqat cənab prezidentin tövsiyə, nəzər sahiblərinin təkid və Təhsil nazirinin şikayət etdiyi məsələdir. Mən də bir neçə ildir – həm qabaqkı, həm indiki prezidentin dövründə onların hər ikisinə müəyyən təklif vermiş və nə iş görməli olduqlarını demişəm; bildirmişəm ki, elmin inkişafı üçün bu işi görməlisiniz. Universitetin sənaye və əkinçiliyə birləşdirilməsi üçün formul tapılmalıdır. Bu kanal da prezidentdən başqa bir yolla icra olunası deyil. Yəni bu işi nazir görə bilməz, səviyyəsi üstün olan prezident aparatından görülməlidir. Bunun imkanları və büdcəsi olmalı və prezident kimi bir şəxsiyyətə arxalandığı bilinməlidir.
Mən Əmir Kəbir Universitetində, Şərif adına Sənaye Universitetində, müxtəlif tələbə məclislərində, müəllimlərlə və bu işə marağı olan bütün şəxslərlə görüşdə ölkədə elm hərəkatına – Elm istehsalı və proqramlaşdırma hərəkatına dair geniş söhbətlər etmişəm. İndi də Allahın lütfü ilə bir qədər ağızlara düşüb və mədəniyyət formalaşmışdır. Lakin bu, sözdür və necə deyərlər, iki yüz söz yarımca iş qədər deyil. Əlbəttə, bəzi yerlərdə yarım, yaxud bir iş qədərdir, amma hər halda, əməl deyil. Təsadüfən, işin böyük gözəlliklərindən biri budur ki, bizim gözlərimiz eyni yerə dikilmişdir. Lakin iş icra olunmalıdır.711
Dostları ilə paylaş: |