Qadın şəxsiyyətini təkmilləşdirmək üçün elm və təqva
Elm və din şəhəri olan müqəddəs Qum şəhərində siz hörmətli qadınlarla görüşmək mənim üçün böyük səadət və həmçinin çox yaxşı və ürəkaçan xatirədir. Alim və dəyərli qadınların, dini tələbələrin, müxtəlif fənlərdə təhsil alan universitet tələbələrinin və elmi-mədəni işlərdə çalışan qadınların iştirak etdiyi bu hörmətli auditoriya elm, bilgi və eyni zamanda uca İslam dəyərlərinə sadiqlik tərənnümüdür. Bu, bizim dövrümüz üçün yalnız ölkə səviyyəsində yox, hətta dünya səviyyəsində mənalı bir hadisə və bir örnəkdir.
Mənəviyyat və din düşmənləri cəmiyyətin bütün sahələrində apardıqları təbliğatlarında iddia edirlər ki, elmlə dini etiqad və mənəvi dəyərlər arasında uyğunsuzluq mövcuddur. Yəni elm və dini bir-biri ilə uzlaşmayan iki fenomen kimi tanıtdırır və hamısından çox qadının həyatı və şəxsiyyəti mövzusunda buna təkid edirlər. Mənəviyyatdan, dini və mənəviyyata aid elmdən bəhrəsi olmayan bir dünya belə göstərməyə çalışır ki, qadınlar elmə yiyələnmək istəsələr, dini dəyərlərə sadiq ola bilməzlər. Onlar öz təsirləri altında olan cəmiyyətləri belə idarə etmişlər.
Həm elm və həm mənəvi dəyərlər dini olan İslam dini bu puç və əbəs fikirlər üzərindən xətt çəkmişdir. Dünya qadınlarının sərvəri elə böyük qadındır ki, alim və mütəfəkkirlər düşünməli və onun müxtəlif sahələrdə dediyi dərin sözlərinin bir hissəsini dərk etməlidirlər. Amma eyni zamanda həmin şəxs ibadət mehrabında - Allah qarşısında təzim məqamında mənəviyyat üçün müstəsna əməlini göstərmiş, gecəni səhərə qədər ibadət etmişdir. O, iffət və hicab örnəyi olmuşdur. Yəni qadının mənəviyyatı, paklığı və təqvası onun elmi ilə nəinki ziddiyyət təşkil etmir, hətta qadın şəxsiyyətini təkmil etmək üçün onlar bir-birinə kömək də edirlər.832
Dostları ilə paylaş: |