Əks-təbliğatla mübarizədə tədqiqat işinin tələbi
Xanımlar İslam hüququna dair bəzi haqlı fikirlər bildirdilər. İşləmək, araşdırmaq üçün çoxlu sahələr vardır. Bəzi qadınlar dedilər ki, biz əks-təbliğat sahəsində, o cümlədən feminizmə qarşı mübarizədə lazımınca, düzgün, güclü, yetərli və keyfiyyətli işlər görməmişik. Mən də bunu təsdiq edirəm. Mən tədqiqat mərkəzlərinə, universitetlərə, elm hövzələrinə və nəzər sahiblərinə buradan tövsiyə edir və onlardan tələb edirəm ki, bu sahədə işləsinlər. Məsələ mühüm məsələdir. Biz öz ölkəmizdə qadın məsələsi üzərində yaxşı işləsək, bu bütün dünya qadınlarına əsl xidmət olar. Bəzilərinin bu gün bu xidmətin dəyərini anlamamaları mümkündür. Bəziləri də illər sonra analayacaqlar.842
Alim qadınlar
Biri budur ki, müxtəlif fənlər üzrə alim qadınlar İslam quruluşunun və İslamın qadına baxışının uğurlu olduğunu göstərirlər. Tağut hakimiyyəti dövründə bizim bu qədər alim qadınımız yox idi.
Bu gün qadın tədqiqatçıların, müəllimələrin, müxtəlif sahələrdə çalışan, düşünən, nəzər yürüdən və yazan qadın alimlərin, mütəfəkkirlərin, yazıçıların, ədiblərin, şairələrin, sənətkarların, rəssamların mütləq və nisbi sayı tağut dövründən dəfələrlə artıqdır. Qadını müdafiə adı altında hicabın, iffətin, qadın və kişi arasındakı pərdənin tamamilə götürüldüyü və bu özbaşınalığın günbəgün artdığı dövrdə hətta bəzi nümunələrdə Avropa ölkələrindən də pis və kəskin əməl edirdilər. Bu gün İslam Respublikası quruluşunda hicab, çadra, başörtüyü altında qadınlardan ibarət nümunəvi düşüncə, elm, əməl adamları, siyasi fəallar, mədəniyyət və incəsənət xadimləri olduqca çoxdur. O zaman bunun bir hissəsi də yox idi, çox az idilər.
Bu, təlqin etmək istədiklərinin tam ziddinə olan bir nəzəriyyəni gücləndirir. O da budur ki, özbaşınalığı yaymaq nəinki qadını, onun mənəviyyatını və istedadlarını inkişaf etdirmək deyil, əslində müxtəlif bərbəzəklər və bu işlərdən irəli gələn müxtəlif problemlərlə məşğul etmək və bunun özü qadınların kamiliyyə və tərəqqiyə sarı hərəkətinə maneədir.
İslam quruluşunda qoyulan məhdudiyyət qadının insani fitrətinə uyğundur; həm kişilər üçün məhdudiyyət var, həm də başqa bir formada qadınlar üçün. Bu məhdudiyyət onların enerjilərinin hədər getməməsinə və imkan daxilində yaxşı istiqamətdə işlədilməsinə kömək edir. Nəticəsi isə bu gün qadınlarda müşahidə etdiyimiz düşüncə, elm və əməl inkişafıdır.843
Dostları ilə paylaş: |