Ər/arvad, həkim/xəstə, müəllim/tələbə, almaq/satmaq və işçi/ işəgötürən kimi bütün antonim cüt(lük)lər əks antonimliyə daxildilər. Onlar əks əlaqəyə girirlər: A B-nin əridirsə, B A-nın arvadıdır. A B-nin həkimidirsə, B A-nın xəstəsidir. A B-nin müəllimidirsə, B A-nın tələbəsidir. Bunlara, həmçinin, əlaqəli (relyasiyalı) əkslər də demək olar.
R.Eqan bu cür antonim cütlükləri biri olmadan digərinin işlənməsini mümkünsüz olan cütlüklər hesab edir. Buna görə də, biz görürük ki, əks antonimlik ilə antonimliyin digər iki növü arasında böyük fərq var, bu fərq ondan ibarətdir ki, əks antonim cütlüyündəki üzvlərin biri digərini tələb edir. Əgər alıcı varsa, orada satıcı da olmalıdır. Biz deyə bilmərik ki, o ərdir: deməliyik ki, o kiminsə əridir, çünki arvadı yoxdursa, o ər ola bilməz. Necə ki, valideynin uşağı olmasa, o valideyn ola bilməz. Bu münasibətdə B olmadan A haqqında danışmaq olmur.
Lakin “uşaq” haqqında xüsusi bir xırdalıq var. Əgər uşaq valideynin qızı və ya oğlu mənasına gəlirsə, uşaq və valideyn antonim cütlük sayılır. Ancaq, bu 18 yaşdan kiçik biri haqqında danışdıqda, uşaq və yaşlı antonim sayılır. Bu, “müəllim” sözünə də aiddir. Müəllim təkcə peşəni bildirdikdə tək sözdür. Yalnız bir halda, hansısa tələbənin müəllimi kimi işləndikdə müəllim “tələbə” sözü ilə antonim olur.
Antonimlik mətndə ahənglik yaratmağa kömək edir. O, dildəki obyektlər arasında ziddiyyətlə eyniliyi aşkara çıxarır. Antonimlərin ingilisdilli mətnlərdə düzgün işlədilməsi obyektlər arasındakı ziddiyyəti aşkara çıxarır və güclü müqayisə duyğusu yarada bilir. Buna görə də, yazıçılar ədəbi əsərlərdə antonimlərdən istifadə etməyə aludə olurlar, çünki antonimlər, əksliklər əsərləri bədii obrazlılıq cəhətdən təsirli edir.
Antonimlər poeziyada geniş şəkildə istifadə olunur. İngilis şairi Alfred Tennisonun “Ulis” (Ulysses) əsərindəki məşhur misralara nəzər salaq. “Baxmayaraq ki, bir çox şeyi itirmişik, bir çox şey də qalmaqdadır; və hərçənd ki / Biz keçmiş günlərdəki kimi güclü deyilik/ yenə də yeri və səmanı lərzəyə salırıq; bu bizik, bu bizik;/ qəhrəman ürəklərin böyük qəzəbi,/ zamanla, taleyin hökmü ilə zəiflədi, ancaq güclü iradəmiz var/çabalamaq, cəhd etmək və özümüzə gəlmək, ancaq heç vaxt əyilməmək üçün”[50, s.124]. Necə də ruhlandırıcıdır! Hətta ən məyus insan belə bu misralardan ruhlanır. Və misraları yadda qalan və təsirli edən vasitə isə antonimlərdir.
“Romeo və Culyetta” əsərində Romeonun dediyi şeirə nəzər salaq: “Ah, nifrətə sevgi, /ilk yaradılmış olan hər şey idi və ya heç nə!/ağır yüngüllük,/böyük şöhrətbazlıq, /xoş görünüşlü sifətlərin çirkin xaosu,/ rəhbərlik lələyi, işıqlı duman, soyuq alov, xəstə sağlamlıq, /hələ də ayılmaqda olan yuxu, olması lazım olanlar bunlar deyil!” [50, s.85].
Antonimlik dram əsərlərində də geniş istifadə olunur. Uilyam Şeksprin “Romeo və Culyetta”sına nəzər salaq. “Mənim ən böyük sevgim, ən böyük nifrətimdən yarandı. İlk əvvəl çox tez idi, bunu bilmirdim, biləndə isə artıq çox gec idi. Çox qəribə bir sevgi yarandı mənim üçün, çünki mən nifrət etməli olduğum adamı sevirəm”. Bu sitatda 4 antonim cütlük var: onlar da ingilis dilində geniş yayılmış nitq fiqurları olan oksimoron və paradoks yaradırlar. Biz bu sözləri ilk dəfə oxuduğumuzda onlar bizə gülünc, məntiqsiz və qeyri-adi gələ bilər. Lakin dramın süjetinə nəzər saldıqda, görürük ki, əsərdəki antonim cütlüklər və müvafiq nitq vasitələri Culyettanın həmin andakı təzadlı, ziddiyyətli düşüncələrini təsvir etmək üçün istifadə olunur. Culyetta bu sözləri birinci pərdənin beşinci səhnəsində Romeonun kim olduğunu öyrəndikdən sonra deyir. O, burada bir anlığa çoxlu fikir və emosiya ortaya qoyur – o, Romeoya aşiq olur, ancaq o məyusdur, çünki Romeo rəqib ailənin üzvüdür. O, Romeonu ilk dəfə görür (çox erkən) və ona vurulur, lakin sonradan onun kim olduğunu öyrənir (çox gec). Sevgi indi ona çox qəribə gəlir, çünki o nifrət etməli olduğu bir adama aşiq olur.
Antonimlər bir çox hallarda ironiya və oksimoron yaratmaq üçün istifadə olunurlar. “Yuli Sezarın Faciəsi” əsərində Sezar deyir, “mən sənin mənə verdiyin əzablara və lütfkarlığına görə təşəkkür edirəm.” Müxtəlif dinləyicilər bunu müxtəlif şəkildə başa düşürlər. Sezar başqa bir şeyi nəzərdə tuturdu; artıq Sezarın tezliklə öləcəyini bilən auditoriya isə bunu tamam başqa cür qəbul etdi. “Oksimoron bir-birinə zidd olan iki sözün bir yerdə işləndiyi zaman yaranır” [100, s. 29].
Oksimoronun ustası Uilyam Şekspir sayılır. Şeksprin “Bir Yay Gecəsi Röyası” əsərinin beşinci pərdə, birinci fəslində Sezios axşam əyləncəsi haqqında rəy bildirir: “Gənc Piramusun darıxdırıcı qısa çıxışı/və onun sevgilisi Tizbi; və faciəli şadyanalıq./ Şadlıq və faciə? Darıxdırıcı və qısa?/ Bu isti buzdur və heyrətamiz dərəcədə qəribə qar. Bu uyğunsuzluqda uyğun olanı necə tapaq?”[50].
Roman yazılması prosesində bir çox yazıçılar antonimlərdən istifadə etməklə əsərlərinin bədii obrazlılıq səviyyəsini təsirli etməyə çalışırlar.
Aşağıda verilən hissə Çarls Dikensin “İki Şəhərin Hekayəsi” romanından bir hissədir. “Bu ən gözəl vaxtlar idi, bu həm də ən pis vaxtlar idi, bu, müdriklik dövrü idi, bu, axmaqlıq dövrü idi, bu, bir inam epoxası idi, bu, bir inamsızlıq epoxası idi, bu, ümid baharı, bu, bir ümidsizlik qışı idi, önümüzdə hər şeyimiz var idi, önümüzdə heç bir şey yox idi” [145]. Burada Fransa inqilabından öncəki mürəkkəb və təhlükəli atmosferi təsvir etmək üçün 6 antonim cütlükdən istifadə olunur. Həmin cütlüklər paraleldir və güclü təsir effekti yaradır.
Maksvel Andersonun “Ulduzlarda itmiş” romanından bir hissəyə nəzər salaq: “sizin hər biriniz burada itmisiz, qara və ağ, varlı və kasıb, axmaqlar və ağıllılar!” O.Henrinin “Duel” əsərində oxuyacaqsız, “mən onun böyüklüyünə və gücünə nifrət edirəm. O, gördüyüm şəhərlər arasında ən kasıb milyonerləri, ən balaca böyük adamları, ən məğrur dilənçiləri, ən çirkin gözəlləri, ən alçaq göydələnləri, ən hüznlü əyləncələri olan şəhərdir” [145]
T.Drayzerin “Kerri Bacı” romanında oxuyuruq: “Otaqda səsin çox yad səsləndiyi, eşidilə bilən bir sükunət hökm sürürdü.” İstisnasız olaraq hər bir məşhur roman yazıçısı öz əsərində sanballı antonimlərdən istifadə edib [145].
Antonimlik nitqdə istifadə olunduqda aydın mövqe və dəqiq fikir asanlıqla ifadə olunur. Dildə ahəngdarlıq daha güclü olur və bu nitqi inandırıcı edir. Nəticədə, bir çox insan fikirlərini bildirmək, tutduqları mövqeyə haqq qazandırmaq və ictimai fikirə təsir etmək üçün öz nitqlərində antonimlərdən istifadə edir. Bunun ən gözəl nümunələri America prezidentlərinin nitqlərində gözə çarpır.
Barak Obamanın 2008-ci ildəki ilk qələbə nitqinə nəzər saldıqda biz aşağıdakı misraları oxuyuruq: “Bu cavan və qoca, varlı və kasıb, Demokrat və Respublikaçı, qara dərili, ağ dərili, Latın Amerikalı, Asiyalı, yerli Amerikalı, mavi, normal, əlil və qeyri-əlil insanlar tərfindən verilən cavabdır – bununla Amerikalılar bütün dünyaya ismarıc göndərdilər ki, biz heç bir zaman qırmızı və ya mavi ştatlar yığnağı olmamışıq, biz həmişə Amerika Birləşmiş Ştatları olmuşuq və olacağıq.” “Bu ölkədə biz bir dövlət kimi yüksəlir və enirik – bir xalq kimi”. “Bizim hekayələrimiz fərqlidir, lakin biz eyni taleyi bölüşürük, Amerika rəhbərliyinin yeni şəfəqi doğmaq üzrədir. Kim ki, bu dünyanı məhv etmək istəyir, eşidin, sizi məğlub edəciyik. Kim ki, sülh və təhlükəsizlik axtarışındadı: biz sizi dəstəkləyəcəyik.”... “Və bu gecə, mən onun Amerikada keçirdiyi əsr haqqında düşünürəm – ürək ağrısı və ümid; mübarizə və inkişaf”... “çünki Amerikada yaşadığı 106 il, bütün xoş günlər və ən çətin vaxtlar ərzində o anlayıb ki, Amerika dəyişə bilər. Bəli, biz dəyişə bilərik”[210].
Abraham Linkoln bir dəfə Gettiburqdakı çıxışında demişdi, “burada mübarizə aparmış canlı və ölü, bütün cəsur insanlar müqəddəs məqsədə qulluq edirlər, bununla ya bizim zəif gücümüzə güc qatacaqlar, ya da onu zəiflədəcəklər. Dünya burada dediklərimizi az diqqətə alacaq və bunları tez unudacaq, ancaq o, bizim burada etdiklərimizi heç vaxt unutmayacaq.” Antonimlərin istifadəsi ilə yaranan təsir effekti çox önəmlidir. Antonimlik gözəl dil vasitələri ilə birləşərək natiqlərin inandırma gücü ilə birlikdə onların nitqini daha mükəmməl edir və dinləyicilər bundan çox geniş anlamda razı qalırlar. Nümunələr çoxdur, təkcə Barak Obama və Abraham Linkoln kimi prezidentlərin çıxışları bunlara aid deyil. Martin Lüter Kinq bir dəfə demişdi: “yüz ildən sonra qara dərililər ucsuz-bucaqsız maddi firəvanlıq okeanındakı tənha yoxsulluq adasında yaşayırlar”[210].
Atalar sözü dilin bəzi kompozisiyalarının sadə yolla istifadəsi nəticəsində ortaya çıxan, qısa kupletlərdən ibarət hər bir nitq vasitəsinin təqdimatı ilə formalaşan dil formasıdır. Atalar sözü sadə olur; eyni zamanda o, özündə dərin məna ifadə edir. Antonimlər atalar sözlərində işləndikdə, fonoloji harmoniyanın ritorik effekti, formal gözəllik və lakoniklik əldə edilir.
Buna uyğun bir neçə nümunə vermək olar.
Dostları ilə paylaş: |