Tədqiqatın metodları qarşıya qoyulmuş vəzifələrin həlli və tədqiqat predmetinin spesifikası ilə müəyyən edilir. Tədqiqatda müqayisə, müşahidə və təsviri kimi ümumelmi metodlardan istifadə edilmişdir. Tədqiqatın əsas linqvistik metodları arasında qarşılaşdırma (antonim cərgələrdə antonimlər arasında münasibətlərin təhlilində), müqayisəli tutuşdurma və müqayisəli-tipoloji (qarşılaşdırılan dillərdə universal və xüsusi tipoloji cəhətlərin üzə çıxarılmasında), müəyyən hallarda funksional metodlardan (antonimlərin funksionallıq sferasının müəyyənləşdirilməsində), kontent və diskurs təhlili üsullarından da istifadə edilmişdir.