Come with the wind, go with the wather.
Come – go cütünün təşkilediciləri ingilis dilinin fraza feillərində də istifadə edilir. Məsələn, come in-go out, come down-go up. Come leksemi do away və steel away, həmçinin depart feilləri ilə də qarşılaşdırılır. Məsələn, Diseases come on horseback, but go away on foot (xəstəlik at belində gəlir, piyada gedir). Take time when time comes, lest time steels away - vaxt olanda istifadə et ki, sürüşüb getməsin.
Nümunələrdən göründüyü kimi “come” feili “go” felinin sinonim cərgəsi vahidləri ilə antonim cütlər əmələ gətirir: some-depart, come-go, come-go away, come-steal away.
Go və come fellərinin sem quruluşunun müqayisəsi onların tərkibində differensial semin olduğunu təsdiq edir. Bu sem hərəkətin xarakterini və üsulunu konkretləşdirir. Məsələn, uçub gəlmə, piyada getmə, müntəzəm, fasiləsiz gəlmə və s.)
Antonim diferensial semlər vektor əks hərəkəti ifadə edir. Come feili hərəkətin son nöqtədən, go feili ilkin nöqtədən başlanmasını ifadə edir. Come-go cütünün sem strukturunun üst-üstə düşən parametrləri onların semantik diapozonunu təşkil edir. N.V.Sareqorodseva semantik diapozunu antonimlərin leksik mənasının sem quruluşunun cütü təşkil edən hər iki söz üçün ümumi olan parametrlər kimi təyin edir [175, s.14]. Semantik diapozonun həcmi üst-üstə düşən parametrlərin sayı ilə müəyyənləşdirilir. Antonim cütə daxil olan sözlərdən birinin sem strukturuna aid parametr cütün digər sözünün sem strukturunda qeydə alınmırsa, bu zaman semantik diapozonun həcmi azalır.
Fikrimizcə, semantik diapazona təkcə diferensallaşdırıcı antonim semlər deyil, leksik vahidlərin növünü differensiallaşdıran ümumi semlər də daxil edilərsə, bu, antonimlərin semantik təbiətinin daha dərindən öyrənilməsində əhəmiyyətli rol oynaya bilər.
“Come” feilinin sem strukturuna onunla qarşı-qarşıya qoyulan “go” feilindən fərqli olaraq hərəkətin məhdudluğunu ifadə edən parametr daxildir. “Come” feili son nöqtədən hərəkətin başlanıb gəlmə nöqtəsinə qədər davam etməsini göstərirsə, “go” feilində hərəkətin başlanğıc nöqtəsi var, son nöqtəsi isə yoxdur. Bu cəhət come-go antonim cütündə semantik diapozonu azaldır, bu cütün sem tərkibinin assimetriyasını doğurur. Məhz bu xüsusiyyətlərə görə qarşılaşdırılan semlərə görə təsnifatda come-go cütü diferensial tipli feili antonimlər qrupuna daxil edilir” [126, s.103].
İngilis dilində come-go away antonim cütündə “come” feilindəki istiqamət ifadə edən sem “away” zərfi ilə formal təsdiqini tapır. “Away” hərəkətin ilkin nöqtədən uzaqlaşmalı olduğunu ifadə edir. Əgər come B nöqtəsindən A-ya gəlməyi nəzərdə tutursa go away A nöqtəsindən getməyə istiqamətlənir və bu zaman hansı nöqtəyə getmək barədə məlumat verilmir.
Come down –go up antonim cütündə məna yükü postpozisiyada, sonrakı mövqedə duran down və up zərfləri üzərinə düşür. Bu zərflər istiqaməti aşağı-yuxarı olmasını və hərəkətin bu istiqamətlər üzrə getməsini ifadə edir. Go away felindən fərqli olaraq go up sözündə istiqamət yuxarı olduğuna görə yerdəyişmənin qeyri-müəyyənliyi əsasən itir.
Come down – go up antonim cütü rise – fall və ya climb – fall antonim cütləri ilə hərəkətin şaqüli xətt üzrə olmasına görə antonim cütlərinin sinonim cərgəsini yaradır.
Come in – go out, come in – fly out, come in – leep out antonim cütlərində hərəkətin əks istiqaməti sem strukturunun postpozisiyada duran in və out zərfləri ilə dəqiqləşdirilir: in hərəkətin içəriyə, out çölə olduğunu ifadə edir.
“Come və steal away, eləcə də tərkibi feillərdən təşkil olunmuş come in – fly out, come in – leap out antonim cütlərində qarşıqoyma sözlərin semantik diapozonundakı hərəkət istiqamətini bildirən diferensiallaşdırıcı antonim semlər hesabına mümkün olur” [193, s.184].
Dostları ilə paylaş: |