Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə30/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
bələn-bələndi,

Yollar

min ildir ki, gedib- gələndi,

Təzəydi, köhnəydi, bilmədim,

Talada cığırlar qafiyələndi…” [40, s. 23].

İt was the masterful and incommunicable wisdom of eternity at the futility of life and effort of life.

İt moved with commengled mistrust and daring, cacitiosly observing the men. İts attention fixed on the dogs.

What masterful treachery lurked behing that apparently harmless piese of meat (C.London-Azı diş).

Antiteza əsər adlarında, publisist yazıların başlıqlarında çox istifadə olunur.

The Planeta Prize Accusations of Plagiarism” [207].

Bir-biri ilə təzad təşkil edən, bir-biri ilə qarşılaşdırıla bilən predmetlərin inkar edilməsi antiteziya əks üsuldur. Bu üsüldan istifadə zamanı müəyyən əlamətlərin yoxluğunu daha ifadəli və canlı şəkildə ötürmək mümkündür.



No sun-no Moon!

No morn-no noon!

No-down- no dusk-

No proper time of day-

No sky –no earthly niew

No distanse looking blue…[198]

Bu şeirdə ardıcıl, oxşar, təkrarlanan inkar konstruksiyaların sıralanması payızın cansıxıcı mənzərəsini ifadəli şəkildə təsvir edir.

Antiteza müqayisə edilən anlayışların əksliyinə əsaslanan üslubi fiqurdur. Antiteza sintaktik səviyyədə reallaşır. Antitezanın leksik əsası antonimlik, sintaktik əsası isə paralelizmdir.

Antiteza qarşılaşdırılan və ya müqayisə edilən anlayışların məntiqi-məzmunu səciyyəsi, konstruksiya tipi, əlaqənin varlığı və ya yoxluğu ilə gerçəkləşir” [52, s.69].

Antimetabola antonimliklə xiazmın birləşdirilməsindən alınan üslubi fiqurdur” [110, s.43].

Antitezanın gücləndirilməsinin əsas iki üsulu vardır: 1) müxtəlif tipli təkrarlar; 2) sintaktik paralelizm.

The Planeta Prize and Accusations of Plagiarism [207] - prize - accusation.

Wrong carrot, wrong stick” [207].

Müxtəlif tipli təkrarların köməyi ilə gücləndirilmə əsasında formalaşan antiteza antimetabola adlandırılır. Antimetabola başlıqlarda geniş istifadə olunur. Onlar publisistik və bədii mətnlərdə qeydə alınır. Müxtəlifsistemli dillərdə, o cümlədən ingilis və Azərbaycan dillərində antimetabola üslubi fiqur kimi işləkdir. Məsələn, “Goodbye high finance. Hello family, fishing and folk songs” [207].

Antimetabola daha çox adresatın diqqətini cəlb etmək üçün istifadə edilir. Onun ikinci funksiyası qeyd etmək məsələnin hadisənin kəskinliyini, gərginliyini qabartmaqdır.

Antonimlərin iştirakı ilə formalaşan sintaktik paralelizm antitezanı gücləndirir, onu intensivləşdirir. Antitezanın iki kəmiyyət tipi vardır: 1) sadə; 2) mürəkkəb antiteza.

İki və daha artıq antonim cütünün işlədilməsi ilə əmələ gələn antiteza mürəkkəb antitezadır.

Teens calling less, texting more [210]

Əgər antitezada bir antonim cütü olarsa o, sadədir.



Losing Jobs, But Gaining a Planet [207].

Antiteza sintaktik paralelizmə birləşdikdə onun mukabala adlandırılan növü əmələ gəlir.



Transportation Slows Down from Jersey; Speeds up Toward Space [207].

Antiteza daxili strukturna görə də növlərə bölünür. Bu zaman antitezanın semantik-morfoloji təhlili əsas götürülür. Bir köklü antitezalar ingilis dilində şəkilçilərinin köməyi ilə əmələ gəlir.



un-, dis-, mis - The spoken and unspoken word [207].

Müxtəlifköklü antitezalarda antonim cüt formalaşdıran sözlər istifadə edilir. Bu forma müxtəlifsistemli dillərdə özünü eyni şəkildə göstərir.



Big Problem, Small Package [198].

Antitezanın növlərindən biri də sinkrizis adlandırılır. Sinkrizis iki simmetrik cümlənin hər birində işlənən, antonim münasibətdə olan üzvlərlə yaranır. Marriage: Husbands Get Richer, Bachelors Get Screwed [207].

Qeyd etmək lazımdır ki, antonimlər əsasında yaranan amfiteza və akroteza üslubi fiqurları da vardır. Bu üslubi fiqurlara münasibətdə fərqli fikirlər irəli sürülür. Məsələn, T.Xazaqerov onları antitezanın növləri, L.Vvedenskaya isə müsqətil üslubi fiqur hesab edir [86].

Antiteza tamı onun qütblərinə istinadla təsvir etmək istifadə olunan üslubi fiqurdur. Belə üslubi fiqurun yaranmasında tamamlama prinsipi əsasdır. Elə antonim cütlər vardır ki, onlar müəyyən semantika üzrə bir-birinin tamamlayır. Antonim cütdəki iki söz bir yerdə tam təşkil edir. Antitezanın komponenitləri tamın mövcudluğunu səciyyələndirən vahidlər kimi çıxış edir” [84, s. 49].

From top to bottom, how corruption infects Russia” [207].

Akroteza antonimlə təsdiqi gücləndirmək üçün istifadə olunur. Məsələn, zəif yox, güclü…

Awards, but No Charges, in Russia Jail-Death Probe” [190].

Antitezada isim, sifət, feil, zərf iştirak edir.

Mandelson: saviour or nemesis?


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin