Elm та rixi



Yüklə 0,9 Mb.
səhifə1/3
tarix05.01.2022
ölçüsü0,9 Mb.
#111281
  1   2   3

95

Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4



ELM ТА RIXI

SCIENTIFIC HISTORY

ИСТОРИЯ НАУК

И


Görkəmli etnoqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasınm müxbir üzvü, tarix elm-ləri doktoru, professor Arif Akim oğlu Abba­sov 1937-ci il dekabrm 22-də Azərbaycanm ay-rılmaz tərkib hissəsi və gözəl guşəsi olan Nax-çıvan şəhərində hərbi qulluqçu ailəsində ana-dan olmuşdur.

1945-ci ildə alman

faşizmi üzərində qələbədən sonra döşü orden və medallarla Vətənə qayıdan ' Akim Abbasov hərbi karyerasını davam etdirmək üçün ailəsi ilə birgə Azərbaycanın paytaxtı Bakı şəhərinə köçür. Elə bu dövrdən də kiçik Arifm həyatında yeni dövr başlanır. O, 1946-cı ildə paytaxtın 40 saylı orta məktəbinə daxil olur və özünü yüksək ailə tərbiyəsi görmüş bir şagird kimi göstərir. Nizam-intizamlı, qabaqcd bir şagird kimi o, məktəbin ictimai həyatında fəal iştirak edir.

Hələ uşaq yaşlarından atası, peşəkar hərbiçi, general Akim Abbasovun öyüd-nəsihətlərini eşidən, onun tərbiyəsini, nizam-intizamını hiss edən Arif-də vətənə güclü məhəbbət, xalqına, doğma yurduna sevgi hissləri formalaşır.

Zəngin tarixi ənənələrə malik bir diyarda-qədim Naxçıvanda doğulmuş Arif Abbasov başqa fənlərlə yanaşı tarix fənninə də böyük maraq göstərir. Bu maraq, xalqın qədim tarixini, adət-ənənələrini öyrənmək həvəsi onu 1956-cı ildə Azərbaycan Dövlət Universitetinə gətirib çıxarır. О zaman


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-1



Respublikada Universitet adlanan bu yeganə elm ocağında təhsil almaq həri bir gəncin arzusu idi. Arif Abbasovun istəyi isə görkəmli alimlər, pedaqoqlar ordusuna malik olan tarix fakültəsi idi. 0, bu istəyinə nail oldu. Qəbul imta-hanlarmı müvəffəqiyyətlə verdikdən soma boyiik ənənələrə malik olan tarix fakültəsi öz qapılarını gənc Arifm üzünə açanda onun sevincinin həddi-hü-dudu yox idi.

Məşğələlərdə fəal iştirak edən Arif fakultənin ictimai işlərində dəi seçilirdi. О eyni zamanda tələbə-elmi cəmiyyətinin fəal üzvlərindən birinə çevrildi. Tələbəlik həyatının ilk dövründən parlaq zəkası, fıtri istedadı və zəhmətsevərliyi ilə müəllimlərin diqqətini cəlb edir. О zamanın tarixçi müəllimləri isə respublika tarixçilərinin gözəl pleyadasmı təşkil edirdilər. Akademik Ismayd Hüseynov, professorlardan Zülfəli tbrahimov, Yusifl Səfərov, Qəzənfər Mehdiyev, Mir Yusif Mirhadiyev, Səidə Imanzadə, Xəlilj Əlimirzəyev, Oqtay Əfəndiyev, Süleyman Əliyarov və neçə-neçə başqaj alimlər gənc tarixçilərin yetişməsində öz bilik və bacarıqlarmı əsirgəməmiş-


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin