II. Digər stratifikasiya kateqoriyaları məcmusunda gender stratifikasiya kateqoriyası kimi Dediyimiz kimi, kişi və qadınlar arasında sosial münasibətləri və rolları iyerarxiyalaşdıran gender, stratifikasiya kateqoryasıdır. Gender stratifikasiyası - genderi sosial stratifikasiyanın əsasına çevirən, genderlər arasındakı qəbul edilmiş fərqləri isə sistematik qiymətləndirilən və qiymətləndirilmiş edən prosesdir. Genderdən başqa belə kateqoriyalar kimi sinif, irq, yaş çıxış edirlər. Coan Skott genderi digər stratifikasiya kateqoriyaları şəbəkəsində tədqiq etməyin təşəbbüskarı kimi çıxış etdi. Cins, sinif, irq və yaş gender sistemini müəyyən edən fundamental dəyişənlərdir. Bu fikirləri həm də fransız postmodernist feminist Tereza de Lauretis inkişaf etdirir. O, genderi normativ tənzimləmə prosesində kişi və ya qadın subyekti kimi təyin edən komples proses və ya texnologiya hesab edir. Buradan ikinci mülahizə yaranır: qender prosesi irq və sinif kimi digər normativ dəyişənlər ilə kəsişir və bunun gedişatında hakim sistem yaranır. Başqa sözlə, Lauretis genderi irqi, etnik, sosial fərqlər ilə əlaqədar olan cins ilə bağlı fərqlərin qurulması vasitəsilə sosial-normativ subyekti yaradan proses hesab edir.
Son zamanlar genderin sosial yaradılması nəzəriyyəsi çərçivəsində müzakirə olunan daha bir termin - gender texnologiyalarıdır, yəni genderin formalaşması və müvafiq identifikasiyaların möhkəmləndirilməsi üsulları, mexanizmləri, kanallarıdır. Gender texnologiyaları genderin təşəkkülünün forma və mərhələlərini verən və reqlamentləndirən diskursiv mexanizmlərdir. Gender texnologiyaları cinsin ideoloji məhsula necə çevrildiyini göstərir. Diskursiv mexanizmdə başlıca an kimi "təmsil olunma siyasəti", "təbliğat", "reklam", "ideologiya" çıxış edirlər. ...Cins ideoloji nəzarət sahəsində yerləşir və özü də çox cəətdən ideoloji məhsuldur.