Elmi-praktiKİ konfransin materiallari


II-Cİ BÖLMƏ GENDER VƏ QLOBALLAŞMA



Yüklə 0,76 Mb.
səhifə22/52
tarix04.01.2022
ölçüsü0,76 Mb.
#54463
1   ...   18   19   20   21   22   23   24   25   ...   52
II-Cİ BÖLMƏ
GENDER VƏ QLOBALLAŞMA


Aparıcılar: Aidə Quliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müəllimi, i.e.n.
Məhəmməd Cəmilov, Azərbaycan Dövlət İqtisad Universitetinin "Qloballaşma" informasiya analitik mərkəzinin rəhbəri, i.e.n.
Lalə Amanova

Azərbaycan Dövlət İqtisad Universitetinin

aqrosənaye kafedrasının dosenti, i.e.n.
Kənd təsərrüfatında qadın əməyi
Ölkənin əmək resurslarının ənənəvi təhlilində qadının aqrar bölmədə fəhlə əməyi bu resursların tərkib hissəsi kimi qəbul edilir. Lakin gender nöqteyi nəzərindən belə yanaşma aqrar bölmədə qadının ayrı seçkiliyi kimi başa düşülür. Azərbaycanda qəbul olunmuş qanunlarda ayrı seçkiliyin aradan qaldırılmasına baxmayaraq, biz hesab edirik ki, ölkənin aqrar bölməsində bu problemin həll olunması deyildir.
Azərbaycanın aqrar bölmələrindəki struktur dəyişiklikləri qadınların və kişilərin əmək bazarındakı vəziyyətinə müxtəlif cür təsir göstərmişdir. Statistik məlumatlara görə kənd təsərrüfatının əmək bazarında qadınların məşğulluq dərəcəsinin kifayət qədər yüksək olmasına baxmayaraq, onların iqtisadi sahədən "yuyulması" meyli yaranıb. Beləki, son 8 ildə aqrar bölmənin müxtəlif sahələrində məşğul olanların ümumi sayının azalma meyli müşahidə olunur.
Ölkənin aqrar bölməsinin əmək bazarı qadınların müxtəlif kateqoriyaları üçün qeyri-bərabər imkanlarla xarakterizə olunur. Belə ki, kənd qadınları simsiz qalmaq və ya işə götürülməmək riskinə daha çox meyillidir. Aqrar bölmədə məşğulluğun perspektivsizliyi qadınların kənddən şəhərlərə və xarici ölkələrə (RF) kütləvi axınına səbəb olmuşdur.
Digər problem aqrar bölmədə orta peşəkarlıq vərdişləri qadınlarda kişilərə nisbətən aşağıdır. Bu onunla izah olunur ki, mövcud təhsil sistemi çərçivəsində qadınların etdikləri seçim onların ənənəvi rolundan və onun daimi təsirindən irəli gəlir. Kəndə qadınların 40%nin ümumiyyətlə heç bir peşəsi yoxdur. Aqrar bölmədə qadınların iş yerlərində irəliləyişə nail olmaq da çətindir. Etiraf edilməlidir ki, kənddə buna bir sıra sosial və psixoloji faktorlarda təsir göstərir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin