Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,76 Mb.
səhifə27/52
tarix04.01.2022
ölçüsü0,76 Mb.
#54463
1   ...   23   24   25   26   27   28   29   30   ...   52
Ofeliya Qurbanova

Azərbaycan Dövlət İqtisad Universitetinin

ingilis dili kafedrasının baş müəllimi
Müasir qloballaşma şəraitində gender probleminin bəzi nəzəri aspektləri və Azərbaycan gerçəkliyi
Cəmiyyətin malik olduğu əmək resurslarının strukturunun təhlili göstərir ki, bir qayda olaraq əhalinin orta hesabla 50%-ni qadınlar təşkil edir. Lakin, əhalinin strukturunda qadınların xüsusi çəkisinin belə çox olmasına baxmayaraq, onların cəmiyyətin həyatının ayrı-ayrı sahələrində rolu kişilərə nisbətən çox aşağı səviyyədədir. Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif regionlarında və ölkələrində bu sahədə olan problemlər kəskin fərqliliyi ilə səciyyələnir. Belə ki, inkişaf etmiş ölkələrdə qadının cəmiyyətin həyatında rolu daha yüksəkdir. İnkişaf etməkdə olan və ən yoxsul dünya ölkələrinin müqayisəli təhlili isə göstərir ki, bu sahədə mövcud olan problemlər II qrupda daha kəskin xarakter daşıyır. Azərbaycanda cəmiyyətin qadın problemlərinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, ölkəmizin bu sahədə olan problemləri inkişaf etmiş ölkələrin problemləri ilə oxşardır.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qadının cəmiyyətin həyatında rolunun yüksəldilməsinə ciddi fikir verilir. Bir məsələni də qeyd edək ki, göstərilən problemin həllinin tarixi kökləri vardır. Belə ki, ölkəmizin tarixində ilk dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən qadının cəmiyyətdə hüquq bərabərliyinin təmin olunması sahəsində ilk qanunlar verilmiş və icra edilmişdir. Ədalət naminə onu da göstərmək lazımdır ki, Sovet idarəçiliyi dövründə ictimai həyatın bütün sahələrində demək olar ki, qadınların hüquq bərabərliyi təmin edilmişdir.
Lakin, sistem transformasiyası və qloballaşan dünyaya inteqrasiya prosesinin formalaşdırdığı məzmunca yeni sosial-iqtisadi situasiya şəraitində qadının cəmiyyətdəki rolu ilə bağlı bir sıra problemlər əhəmiyyətli dərəcədə kəskinləşmişdir. Ona görə də gender bərabərliyi, qadın və dövlət quruculuğu, qadın və siyasət, qadın və ailə və s. ,u qəbildən olan digər problemlərin kompleks şəkildə həll edilməsi dövlətin yeritdiyi ümumsosial və iqtisadi siyasətin başlıca elementlərindən biri kimi çıxış edir.
Azərbaycanın bu yaxınlarda qoşulduğu "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyanın tələblərinə uyğun olaraq ölkənin qadın problemləri üzrə Milli Fəaliyyət Planını qəbul etmiş və həyata keçirməkdədir. Nazirlər Kabinetinin bu qərarı 2000-2005 illəri əhatə edir. Müasir situasiyanın kompleks tədqiqi göstərir ki, qarşıdakı 2005-2010-cu illər üçün yeni bir Milli Fəaliyyət Planının qəbul olunması zəruridir. Qadın və iqtisadiyyat, qadın və təhsil, qadın və məcburi köçkünlük və s. groblemlər hökümət, ictimai birliklər tərəfindən hərtərəfli araşdırılmalı və onların sistemli şəkildə həllinə nail olunmalıdır. Fikrimizcə, yalnız bu halda sosial-iqtisadi inkişafın dayanıqlılığına cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə və yekun olaraq, sosial ədalətin qərarlaşmasına nail olmaq mümkündür.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin