Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,76 Mb.
səhifə38/52
tarix04.01.2022
ölçüsü0,76 Mb.
#54463
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
Yaşar Əhmədov, f.e.n.,

Kaminə Məmmədova f.e.n

Azərbaycan Dövlət Neft Akademiyasının

fəlsəfə və politologiya kafedrasının dosentləri
Gender təhsilinin inkişafı insanın daha da təkmilləşməsinə xidmət etməlidir
İctimai həyatda qadın və kişilərin rolları və statuslarında yaranan qeyri-bərabər vəziyyət 90-cı illərdən başlayaraq "gender" anlayışını Azərbaycan reallığı üçün aktual bir problem kimi ortaya çıxartdı. 80-cı illərdə Qərbdə təhsil proqramı kimi geniş yayılmış gender tədqiqatı çətinliklə də olsa bu günkü həyatımıza daxil ola bilmişdir. Gender yanaşma cinsindən asılı olmayaraq hamının öz bacarığını reallaşdırmasına və özünü təsdiq etməsinə istiqamətlənmişdir.
Şübhəsiz ki, gender tədqiqatı, onun ali məktəblərdə öyrənilməsi təhsilin humanistləşməsinə, cəmiyyətin demokratikləşməsinə, ictimai həyatda gənc nəslin məhsuldar fəaliyyətinə kömək edən bir amildir. Bərabərlik prinsiplərinin hökmranlıq etdiyi bütün sahələrdə olduğu kimi ali və orta ixtisas məktəblərində də bu prinsipin aliliyi hamının fəal həyat mövqeyində dayanmasına kömək edir.
Əfsuslar olsun ki, bu vacib və aktual məsələni müəyyən bir istiqamətə yönəltməklə - qadınların məhdudlaşdırılmış hüquqlarını bərpa etməyə istiqamətləndirməklə ona olan münasibətə, onun zəruriliyinə xələl gətirirlər.
Bəşəriyyətin yaranma tarixini araşdırarkən belə bir yekdil fikirlə rastlaşırıq ki, əcdadlarımızın heyvandan ayrılması, sürü halından cəmiyyətə keçid, əməyin təkmilləşməsi, şüurun yaranması ilə yanaşı cinsi əlaqələrin ülviləşməsi, qadına xüsusi münasibətin yaranması dövründən başlanır. Bir həqiqəti də unutmaq olmaz ki, cinsi fərq, qadın və kişi arasında yaranan fərqlər insanların - kişilərin şıltaqlığı nəticəsində yaranan fərq deyildir. Qadın və kişi arasında yaranan fərqlərdən çox-çox əvvəl təbiətdə erkək və dişi arasında fərqlər mövcud olmuşdur.
Gender probleminə elmi yanaşma, gender tədqiqatının aparılması respublikamızdı çox aşağı səviyyədədir. Ali və orta təhsil məktəblərində bu problemə laqeyid münasibət həmin məsələ ilə bağlı bir çoxlarının fəallaşmasına, problemi istədikləri istiqamətə yönəltməsinə imkan yaradır. Qərb universitetində yaradılmış gender mərkəzi istisna olmaqla heç bir ali və orta ixtisas məktəblərində bu problem tədris olunmur və məsələyə olan bu cür soyuq münasibət tezliklə uğur qazanacağımızı şübhə altına salır. Təhsil məsələləri ilə məşğul olanların bu problemi yaxşı bilməmələri özlərinə əlavə problem yaratmaqdan ehtiyat etmələri bu məsələnin reallaşmasına mane olan haldır. Gender tədqiqatının yayılmasında yaranan maneələri çox vaxt kişilərin bu problemə mənfi münasibəti ilə izah edənlər unutmamalıdır ki, istər Təhsil Nazirliyində,istərsə də ali və orta ixtisas məktəblərində hər iki cinsə məxsus kifayət qədər rəhbər işçilər fəaliyyət göstərirlər. Məktəblərin əksəriyyətinə isə qadınlarımız rəhbərlik edirlər.
Gender araşdırmasını ilk növbədə şəxsiyyətin, ayrı-ayrı tələbələrin özlərini təsdiqi istiqamətinə yönəltmək lazımdır. Özünü bir şəxsiyyət kimi təsdiq etməyən adam,özünə bir şəxsiyyət kimi münasibət görməyən hər hansı bir şəxs üçün gender problemi qaranlıq, cəfəngiyyat olaraq qalacaqdır.
Gender tədqiqatının vacibliyini nəzərə alaraq, bu sahədə qazanılan nailiyyətləri zənginləşdirmək üçün bəzi mülahizələrimizi qeyd etmək istərdik:
1. Gender tədqiqatiına təhsil praktikası kimi məktəblərdən başlamaq daha məqsədəuyğundur. Eyni bir mühitdə yaşayan, bir-birinə yaxın olan ailələrdə tərbiyə alan şagirdlərə cinslər arasındakı münasibətləri başa salmaq daha asandır. Müxtəlif rayonlarda yaşamış, müxtəlif dünyagörüşə malik olan ailələrdə tərbiyə almış, qismən formalaşmış tələbələrlə bu problemi araşdırmaq daha gərgin iş tələb edir.
Bu baxımdan gender probleminin tədris proqramı kimi ali məktəb proqramına daxil etmək istənilən effekti verəcəyi sual altındadır. Yaxşı olardı ki, ilk öncə hər bir ali məktəbdə mərkəzlər yaradılsın, fəal tələbələri bu mərkəzlərə cəlb etməklə problemin əhəmiyyətli olmasını onlara anlatmaq və onların vasitəsi ilə mərkəzin fəaliyyətini genişləndirmək lazımdır. Növbəti mərhələdə onu seçmə fənn kimi, daha sonra isə məcburi kurs kimi tədris etmək məqsədəuyğundur. Əks halda bu əlavə yük kimi tələbələr tərəfindən yaxşı qarşılanmayacaqdır.
2. Bu problem kimlərinsə hüququnu artırmaq və ya başqasının hüququ hesabına üstünlük qazanmaq məqsədi güdmür; məqsəd hər bir gəncin yetkin şəxsiyyət kimi, özünə qiymət verməyi bacaran bir vətəndaş kimi yetişməsindən getməlidir - bu amil gender tədqiqatının qarşısında dayanan əsas istiqamətlərdən olmalıdır. Ali məktəb rəhbərliyi, müəllimlər buna hazırdımı? Dəb xatirinə həyata keçirilən heç bir tədbir uğur qazanmır, bu cəmiyyətdə demokratik meylləri gücləndirməyə istiqamətlənmiş bir proses olmalıdır.
3. Ailədə, orta məktəbdə tez-tez valideynlərinin, müəllimlərinin tənbehi, iradları, etirazları ilə rastlaşan tələbələr öz fikirlərini sərbəst deməkdən, öz bacarıqlarını göstərməkdən, maraqlarını ifadə etməkdən çəkinmişlər. Gender problemindən danışmağa başlamamışdan əvvəl müəllimlər bu incə məsələyə əməlləri ilə hazırlanmalıdır.
4. Təşkil olunan mərkəzlərdə tələbə problemin təzə olduğunu, onun fikirlərinə hörmətlə yanaşıldığını, təkliflərinə olan diqqəti, özünə şəxsiyyət kimi münasibəti hiss edir. Cinslər arasındakı münasibət öz məzmununa görə çox zəngindir və yaş xüsusiyyətlərini nəzərə alsaq tələbələr üçün çox maraqlıdır. Valideynləri və müəllimləri ilə açıq söhbətdən çəkinən, bu məsələ ilə bağlı onları narahat edən suallara teleseriallarda cavab tapmağa çalışan tələbəyə açıq diskussiyalarda iştirak etməyə, öz yaşıdları ilə fikir mübadiləsi aparmağa imkan yaranır. Burada məlumatlarını zənginləşdirən tələbə qarşı cinsdən olanların fikirlərinə, arqumentlərinə hörmətlə yanaşmağı öyrənir, bu vaxta qədər qadına uşaq doğan, böyüdən , ev işləri ilə məşğul olan kimi yanaşmağı eşidən tələbədə fikir dəyişir. Müəllimlərlə birbaşa ünsiyyətdə tələbə özünə diqqət hiss edir, onun fikirləri ilə hesablaşan müəllimlər onun dünyagörüşünə böyük təsir göstərir.
5. Öz "Mən"ini qorumaq instinkti nizama salınır. Tələbə qızlar ailədə, məktəbdə onlara olan münasibətdən fərqli münasibəti görür. Tələbələrin davranışında dəyişiklik yaranır; burada da ehtiyatlı olmaq lazımdır. Gənclər hiss etməlidir ki, onlara olan münasibətdə cinsi göstərici əsas deyildir.
6. Fərdə münasibət, insanların hüquq və vəzifələri, azadlıq və məsuliyyətin hədləri, peşə sahələri və ailədə qarşılıqlı münasibətin qurulması və s. - gender araşdırmalarının əsası olduğundan tələbələrin diqqəti bu istiqamətə yönəldilməlidir.
7. Gender tədqiqatının uğurlu olması üçün yuxarıdan-institut rəhbərliyi tərəfindən dəstəklənməsi vacibdir. Bu problemin tədqiqi əlaqəli şəkildə, başqa təşkilatlarla qarşılıqlı münasibətdə həyata keçirilməlidir.
8. Qazanılan uğurda tədqiqatı aparan müəllimin nüfuzu nəzərə alınmalıdır. Əməllərində təmiz olmayan müəllimin genderlə bağlı söhbəti tələbələr tərəfindən səmimi qarşılanmayacaqdır.
9. Gender tədqiqatı ilə bağlı hazırlanan proqramlarda əsasən bu problemin ən çox zəif sahələrini əhatə etmək, görüləcək işləri konkret vermək, beynəlxalq təcrübələrdən səmərəli istifadə etmək, problemin aktuallığını şərtləndirən cəhətlərə xüsusi diqqət yetirmək və s.lazımdır.
Müstəqillik əldə edən respublikamız sosial-siyasi dəyişikliklərdən kənarda qala bilməz və qazanacağımız uğurlarda gender tədqiqatının əhəmiyyətini nəzərə alaraq gender təhsilini inkişaf etdirməyimiz çox vacibdir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin