ZÖVCƏYƏ KÖMƏK ETMƏYİN SAVABI
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) həzrəti Əli (əleyhissalam)-a buyurur:
“Ya Əli! Eşit! Allahın mənə vəhy etdiyindən başqa heç bir şey demirəm. Hər kişi evdə zövcəsinə kömək etsə, Allah-taala ondan ötrü bədənindəki tüklərin hər birinin sayına bir il oruc tutub, gecələri oyaq qalıb, ibadətlə məşğul olanın savabını əta edər. Həmçinin, səbr edənlərə, Davud, Yə`qub və İsa (əleyhimussalam)-a əta etdiklərini ona da əta edər.”1
Şübhəsiz ki, bu hədisdəki bütün bu təşviqlər, mö`min kişilərin öz zövcələrinə kömək etmələrinə səbəb olur, pis rəftar və zor deməkdən çəkinirlər.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
“Ya Əli! Hər kim evdə zövcəsinə kömək etsə və bu köməklikdən inciməsə, Allah, onun adını şəhidlərin dəftərinə yazar və onun hər bir gecə-gündüzünə görə min şəhidin savabını yazar. Atdığı hər bir addıma görə həcc və ümrənin savabını bağışlayar. Həmçinin, bədənindəki damarlarının sayı qədər Behiştdə ondan ötrü şəhər salar.”2
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
“Ya Əli! Zövcəyə xidmət etmək, böyük günahların kəffarəsi sayılır. Allahın qəzəbini soyudur və Behişt hurilərinin ona qismət olmasına səbəb olur. Nəhayət, ehsan və dərəcələrinin çoxalmasında böyük rol oynayır."1
ÇƏTİNLİK YARADAN KİŞİLƏRİN MƏZƏMMƏTİ
İslam peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
“Hər kim zövcəsini günahı olmadan vursa, Qiyamətdə mən onun düşməniyəm. Qadınlarnızı vurmayın. Bəs hər kim zövcəsini nahaqdan incitsə, Allaha və Peyğəmbərə qarşı günah etmişdir.”2
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə də buyurur:
“Hər kim dövləti çox olan halda zövcəsini çətinlikdə qoysa, bizdən deyildir.”3
ZÖVCƏNİN HƏYATINI YAXŞILAŞDIRMAQ
İmam Səccad (əleyhissalam)-dan nəql olunur. Buyurur:
“Allah dərgahında sizlərdən ən sevimlisi onlardır ki, zövcəsinin yaşayış səviyyəsini yaxşılaşdırsınlar! “4
İmam Rza (əleyhissalam) buyurur: “Kişiyə lazımdır ki, həyat yoldaşının yaşayış səviyyəsini yaxşılaşdırsın tainki, heç vaxt onun ölümünü arzulamasın."5
Bura qədər bəhs olunurdu ki, kişilər arvadlarına qarşı mehriban və mərhəmətli olsunl və onlara əziyyət verməsinlər. Onları çətinliyə salmayıb, köməklik göstərsinlər. İndi də İslamdakişilərin bu xidməti müqabilində qadınlara hansı göstəriş verilir və onların həyatda hansı tə`sirləri vardır?
KİŞİNİN QADININ BOYNUNDA OLAN HAQQI
İmam Baqir (əleyhissalam)-dan nəql olunur: “Qadınlardan birisi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və soruşur: Ya Rəsulallah! Kişinin qadının boynunda olan haqqı nədir? Həzrət buyurur: Öz yoldaşından itaət etsin. Onunla müxalifət etməsin, ərin icazəsi olmadan evin heç bir malından sədəqə verməsin, onun icazəsi olmadan müstəhəb oruc tutmasın, özünü ərinin ixtiyarında qoysun, atın üstə oturmuş olsa, da ərinin istəklərindən boyun qaçırtmasın, ondan icazəsiz evdən bir yerə getməsin. Əgər ondan icazəsiz bir yerə çıxsa, evə qayıdana qədər yerin və göylərin qəzəb və rəhmət mələklərinin lə`nətinə düçar olar. Qadın soruşdu: Ya Rəsuləllah! İnsanlardan kimin kişinin boynunda ən çox haqqı vardır? Buyurdu: Ata-anasının. Qadınlara ən çox kimin haqqı var? Buyurdu: Ərinin. Soruşdu: Onun haqqı olan qədər mənim də haqqım varmı? Buyurdu: Xeyr! Bəlkə də, yüzdən biri qədər yox! Qadın cavab verdi: Səni Peyğəmbərliyə seçənə and olsun ki, heç bir kişi mənə malik olmayacaq! "1
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)buyurur:
"Qadının boynunda kişinin haqqı budur ki, çırağı yandırmaq, kişi evdə olmayanda, evə qayıdarkən yemək hazırlamaq, onu qarşılamaq, ona xoş gəlmisən demək, ondan ötrü su və dəstmal gətirmək, əllərini yumaq, mane olmayan halda kişinin istəklərindən boyun qaçırmamaq.“2
Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Qadın ərinin haqqını olduğu kimi əda etməyincə,3 Allahın haqqını verə bilməz."
İmam Sadiq (əleyhissalam) buyurur:
“Hər bir qadın əri ondan narahat olan halda gecəni-gündüzə çatdırsa, ərini razı salmayınca Allah onun namazını qəbul etməz.”4
Dostları ilə paylaş: |