İSLAM VƏ KÖLƏLƏRİN DƏYƏRİ
İslam, köləliklə azadlıq sərhədini aradan götürüb bütün müsəlmanları qardaş edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
“Sizin kölələriniz qardaşlarınızdır. Allah-taala imtahan üçün onları sizin əlinizin altında qərar verib. Bəs hər kimin qardaşı onun himayəsində olsa, öz yeməyindən ona yedirdər və libasından ona geyindirər. Həmçinin, gücü çatmayandan artıq iş ondan tələb etməz. Əgər onun işi çətin olarsa, ona köməklik edər."1
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələri elə ehtiramla rəftar edirdi ki, hətta, heç kim onları kölə yaxud, kəniz deyə çağırmağa hazır deyildi. Həzrət buyurur:
“Heç kimin haqqı yoxdur ki, öz xidmətçisini, kölə yaxud, kəniz deyə çağırsın. Bəlkə də, kişi xidmətçini “cavan", qadın xidmətçini isə “xanım”- deyə çağırın!"1
İslam, kölələrə elə ehtiram qail olub onları əzizləyir ki, əgər birisi öz köləsinə kötək vursaydı, onu ən pis şəxs kimi tanıyardılar. Bununla da, heç kim cür`ət etmirdi ki, Allah bəndələrini incitsin və təcavüz əllərini onlara tərəf uzatsın. İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm)belə buyurduğunu nəql edir:
“Sizə inanların ən pisindən xəbər verimmi? Əshab ərz etdilər: Bəli! Ya Rəsuləllah! Həzrət buyurur:O kimsə ki, səfərə tək çıxsın, qonaq qəbul etməsin və köləsini kötəkləsin”2
Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələrini incidənləri ən pis insan kimi tanıtdırır.
ƏLİ (ƏLEYHİSSALAMIN) ÖZ QULAMINA BƏXŞİŞİ
Həzrəti Əli (əleyhissalam) bir gün libas bazarına gedib, biri üç dirhəmə, digəri isə iki dirhəmə olan köynək alır. Üç dirhəmlik libası qulamı Qənbərə verir. Özü isə iki dirhəmlik libası geyinir. Qulam ərz edir: Siz, Əmirəl-mö`minin kimi mənbərdə əhaliyə söhbət etdiynizə görə üç dirhəmlik libasa daha layiqsiniz.
Əli (əleyhissalam) buyurur: Mən özümü səndən üstün tutmağa həya edirəm. Çünki, İslam Peyğəmbərindən eşitmişəm ki, buyurur:
“Özünüz geyindiklərinizdən kölələrə də geyindirin və özünüz yediklərinizdən onlara da yedizdirin!"
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Kölələrniz sizin qardaşlarınızdır. Onlara yaxşılıq edin və çətin işlərində əl tutun.”3
Yenə də Həzrət buyurur:
“Dostum Cəbrail, kölələrlə xoş rəftar etmək barəsində mənə o qədər tapşırdı ki, güman edirdim ki, onların azad olmalarından ötrü Allah müəyyən vaxt tə`yin edib.”1
ƏBUZƏR VƏ LİBASIN BÖLÜNMƏSİ
Əbuzər Ğəffarinin iki qiymətli parçası var idi. Birini üstünə örtürdü. Bir müddət sonra onlardan birini libas tikdirib, üstünü əbası ilə örtür. Digər parçasını isə qulamına verir. Əhali, Əbuzərdən belə əməli gördükdə məzəmmət üçün dedilər: Əgər hər iki parçanı libas tikdirib geysəydin yaxşı olardı. Əbuzər cavabında dedi: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
“Kölələrinizə, öz geyindiklərinizdən geyindirin və yediynizdən yedizdirin."
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), qulamı yanında piyada gedən bir atlı görür. Buyurur:
“Qulamını da mindir! O sənin qardaşındır. Ruhu sənin ruhundandır.”2
İMAM RZA (ƏLEYHİSSALAM) VƏ KÖLƏLƏR
İmam Rza (əleyhissalam) kölələrindən, Yasir və Nadir nəql edirlər ki, İmam Rza (əleyhissalam) bizə buyurdu:
"Hər vaxt yemək yediyiniz halda məni başınızın üstə görsiniz, yemək tamam olmayınca yerinizdən qalxmayın."3
İMAM SADİQ (ƏLEYHİSSALAM) KÖLƏLƏRİ İLƏ RƏFTARI
İmam Sadiq (əleyhissalam), qulamlarından birini iş dalınca göndərir. Qulam gec qayıdır. Həzrət özü onun dalınca gedir. Görür ki, yatıb yuxudadır. Başının üstündə oturub oyanmasını gözləyir. Oyanandan sonra ona buyurur: Ey cavan! Nəyə görə gecə də, gündüz də yatırsan? Gecə istirahət etməli, gündüz isə ehtiyacınız olanı ələ gətirməlisiniz! 1
Yuxarıdakı misallar nişan verir ki, Məsum İmamlar (əleyhimussalam) kölələrlə hansı ehtiramla rəftar edirdilər!
KÖLƏLƏRİN PEYMANI
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələrin şə`nini yüksək etməkdən ötrü kölələr arasında qardaşlıq peymanı bağlatdırır. Məsələn, kölələrdən, Bilal Həbəş, Zeyd ibni Harisə, Xaricət ibni Zeydi, azad şəxslərdən, Xalid ibni Ruvəyhə Xəsəmi, Həmzə ibni Əbutalib, Əbu Bəkr, Əbu Quhaf kimilərlə qardaşlıq peymanı bağlatdırır. Kölələrin ən yaxşı ailələrdən evləndirirdi. İlk nöbədə bibisi qızı Cəhimin qızı Zeynəbi, Zeyd ibni Harislə evləndirir. İkinci mərtəbədə Ziyad ibni Ləbidi, bəni Bəyazə qəbiləsinin başçısının qızı Cuvəybərlə evləndirir. Həmçinin, azad kişilərdən, Ömər, Əbu Bəkr və başqa mühacir və ənsarlar olan yerdə, azad olunmuş Usamət ibni Zeydi, İslam qoşununa başçı tə`yin edir və rumlularla döyüşməkdən ötrü Şama göndərir.
Dostları ilə paylaş: |