Elmin məqaminin əHƏMİYYƏTİ


AZ HƏCMLİ VƏ ÇOX QÜVVƏLİ MADDƏ



Yüklə 10,72 Mb.
səhifə19/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

AZ HƏCMLİ VƏ ÇOX QÜVVƏLİ MADDƏ


Süd, dadlı qida maddəsi olub uşaqlıqdaq qocalana qədər bütün insanlara faydası vardır. Ona görə də, xəstə şəxslərə süd içmək məsləhət görülür. Südün sümüklərin inkişafına fövqəl`adə tə`siri vardır. O səbəbdən sümük sınıqları hallarında süd içmək məsləhət görülür.

“Xalis" sözünün mə`nalarından biri də peyvənd və bağlılıqdır. Ola bilsin, həmin mə`naya görə Qur`anda xalis süd ifadəsi, südün sümüklərə olan fövqəladə tə`sirinə işarə olsun. Maraqlıdır ki, İslamda süd verməyin hikmətlərində bu mə`na aydın şəkildə gözə çatır. Çünki, bir tərəfdən görürük ki, fəqihlər yazır: “Əgər uşaq, r hansı bir anadan süd əmib sümükləri möhkəmlənib ət bitirsə, onda uşaq o qadına məhrəm olar." Başqa tərəfdən alimlər yazır:



"Əgər uşaq, on beş n tta, bir ge-ndüz süd əmərsə, məhrəmiyyət əmələ lər."

Əgər bu iki sözü bir–biri ilə birləşdirsək, mə`nası bu olar ki, hətta, uşaqın bir gecə-gündüz də süd əmməsi, sümüklərin möhkəmlənməsi və ət bitməsinə səbəb olur.2

Onu da qeyd edək ki, İslami göstərişlərdə “ağuz"ərəbcə, “liba" südünə və onun fövqəl`adə tə`sirinə tə`kid olunmuşdur. Hətta, fiqh kitablarında oxuyuruq: Uşaqın həyatı o südə bağlıdır. Ona görə də ağuz südünü uşaqa vermək vacibdir.3

Həmçinin, həmin mövzuda Qur`anın Qəsəs surəsində yeddinci ayədə buyurur: Musanın anasına ilham etdik ki, ona süd versin və əgər ona rə qorxsa onu dalğalara tapşırsın."

Ananın bir çox bəyənilmiş xüsusiyyətləri süd vasitəsi ilə uşaqa keçir.

Həzrət Əli (əleyhissalam) əlini Məhəmməd Hənəfiyyənin kürəyinə vurub buyurdu: "Qorxu damarı anandan sənə keçib."

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) süd əmən vaxtı qadınlar içindən yalnız, Həlimə Səidinin sinəsini qəbul edir və başqa qadınlardan süd əmmir. Bura kimi ananın süd verməsinin əhəmiyyəti və bununla da, uşaqın inkişafına tə`siri aydın oldu.

ANA BÜTÜN VÜCUDU İLƏ UŞAQIN XİDMƏTİNDƏ


Uşaqın dünyaya gəlməsi anından ananın bütün vaxtı uşaqa xidmətdə keçir. Ananın bir an uşaqdan qafil olması bə`zən onun aradan getməsi ilə bərabərdir. Ananın gecə-gündüz uşaqı gözləməsi onun aramlıq və istirahətini əlindən alır. Amma, ananın təbiətinə və mehribançılığına uyğun olaraq bütün bu zəhmətləri və əziyyətləri bal kimi bilir.

İmam Səccad (əleyhissalam) bu mövzunu, "o bu ə xoşhaldır" ifadəsi ilə bəyan edir.


ANA MƏHƏBBƏTİ


Məhəbbət, insanın mühüm ehtiyaclarından biridir ki, onun dünyaya gəlməsi ilə tələb olunur. Demək olar ki, insanın yeməyə və suya ehtiyacından sonra məhəbbətə ehtiyacı vardır.

Psixoloqlar, bu xüsusiyyəti insanın ən güclü ruhiyyəsindən sayırlar. Məhəbbət, insana təkcə uşaq vaxtı deyil, bəlkə də bütün ömrü boyu müxtəlif şəkildə bu hissə ehtiyac duyur.

Uşaqlarda elə mehriban tələblik və xüsusiləşmə hissləri görürük ki, əgər azca ondan azaltsaq, ata-anasına naz edib küsürlər. Əgər bu məhəbbətdən başqa uşaqa göstərilməsini görsə, həsədlik edər. Böyük yaşda qadınların, “günü" gəlməsindən xoşları gəlmir. Cavanlarda müşahidə olunur ki, qəlbləri açmaq və ya ram etmək istəyirlər.

Bə`zi psixoloqlar mö`təqiddirlər ki, uşaqların məhəbbətə xüsusi ehtiyacları vardır. Bu ehtiyaclar ananın bədəninin hərarəti və ya ananın uşaqı qucağına alması və ya oxşaması ilə aradan gedir. Əgər uşaqın bu ehtiyacı ödənilməsə, onun ruhunda çox pis tə`sir qoyur. Məşhur insanşünaslardan biri bu e`tiqadın tə`siri altına düşüb məclislərin birində belə deyir:

“Körpə doğulduqdan sonra anasının yanında yatmalıdır və onu yataqxanaya göndərmək lazım deyildir. Çünki, əgər uşaqı bu anda anasından ayırsaq, onun ananın istilik və hərarətinə olan ehtiyacı ödənilməmiş olar. Hətta, bə`zi pisxoloqlar bu əqidədədirlər ki, əgər, ana hər hansı müşkülə görə uşaqın yanında yata bilməsə, onun yerinə uşaqa nəvaziş etməkdən ötrü başqa anadan da istifadə etmək olar. Ona görə də yetimləripərvəriş etmək üçün xüsusi mərkəzlərə ehtiyac var.1

MƏGƏR UŞAQ ANANIN HƏRARƏTİ OLMAMASINI DƏRK EDİRMİ?


Uşaq özünün həyatının bu dövründə söz danışa bilməz. Ona görə də, bu sualın cavabı hələlik cavabsız qalır. Amma bu suala cavab tapmaqdan ötrü bir neçə təcrübə keçirildi. Bu təcrübədə bir neçə meymuna texniki bir ana verildi. Bu təcrübələrdə meymunun balaları, maşın anaya qarşı uşaqlara məxsus bütün ehtiyac və hərəkətlərini nişan verdilər. Meymunun anasının yerinə qəbul etdiyi ən münasib canişin, qırıq ağac budağının başına dolanmış paçanı və aşağı qismətləri bükülmüş gəlincik olur.

Həmçinin, bu canişin ana, başqa bir canişin maşın anadan ki, isti süd verir, lakin, meymun balası onun qucağında otura bilməməsinə görə, ondan daha tə`sirli olur. Bu təcrübələrdə müşahidə olunur ki, meymun balasında ruhu narahatçılıq baş verdikdə, canişin anaya tərəf qaçır və onu qucağına alır. Bu təcrübədən belə nəticə almaq olar ki, meymun balalarının ananın bədəni ilə əlaqəyə ehtiyacları vardır.2


ANANIN FƏDAKARLIĞI


Ana övladının vücudunu öz vücudundan üstün bilir. Bə`ziləri özlərini övladına fəda edir. Öz gözünə tikan batmasına dözür, amma uşaqının naləsinə dözmür. İmam Səccad (əleyhissalam) buyurur: "Ana, suyu övladına verib, özü isə susuz qalır. Özünə lazımı libas almasa da, onu uşaqına alır.”

Ana uşaqına qarşı iki növ məhəbbət bəsləyir. Birinci: Hissi məhəbbət. İkinci: Əqli məhəbbət. Hissi məhəbbət, bu vaxta kimi söhbət etdiklərimizdir.

Amma əqli məhəbbət odur ki, uşaqı xəstələndiyi vaxt həkimə müraciət edir. Onu cərrah həkimin ixtiyarında qoyur ki, qarnını yarsın və bağırsağını götürsün. Anası onun vəziyyətinə ağlayaraq dözsə də bu işə razılıq verir. Əgər ondan soruşsaq ki, nəyə görə uşaqını həkimin ixtiyarında qoymusan? Cavab verir: Çünki, onu sağlam görmək istəyirəm. Az zərərə, mənfəətdən ötrü dözmək və övladı sağlam görmək daha məntiqlidir.


Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin