CAMAAT NAMAZININ HİKMƏT VƏ TƏ`SİRLƏRİ
Allah-taala, insanların kamal yolunu seyr edib, mö`minlərin ibadətin bərəkət və tə`sirlərindən bəhrələnmələrindən ötrü bə`zi ibadətləri birlikdəvə xüsusi vaxtda qərar vermişdir. Camaat namazının tə`sirləri aşağadakılardan ibarətdir:
Birinci: Hamının namazda eyni halda rukuya, səcdəyə gedib təşəhhüdü demsilə, Allah-taalanın əzəmət və camalının insanların qəlbinə nüfuzu.
İkinci: Müsəlmanların camaat namazı vasitəsilə şövkət və əzəmətlərin cilvələnməsi.
Üçüncü:Bir sıra işlərin nəzmini tanıyıb pişnamaza iqtida etməklə, işlərin yola düşməsi.
Dördüncü: Beş vaxt camaat namazının vasitəsilə ictimai bağlılıq, ülfət və qardaşlığın vücuda gəlməsi.
Beşinci: Camaat namazı qılınması sayəsində, namaz qılanların bir-birinə şəhadət vermələri və alış verişdə inanıb e`timad etmələri.
Altıncı: Camaat namazının ilk vaxda bərpa olunmasına görə Allaha yaxın olub, duaların qəbul olunması.
Yeddinci: Camaat namazında insan bütün maddi aləmə olan meyillərindən ayrılıb, "Təkbiratul-ehram" deməklə, Allahdan başqa hər şeyi arxada qoyub, yalnız, Allaha təvəccö etməsi.
Səkkizinci: Camaat namazları səbəb olur ki, məscid və ibadətgahlar düzəldilsin. Bu da, həm zahiri, həm də batini düzəlişdir.
Doqquzuncu: Namaz qılanların bir-birindənxəbərdar olması, camaat namazı sayəsində qardaşlıq və ülfətin möhkəmlənməsi.
Onuncu: Müxtəlif şəxslərin bir yerə toplanması, kasıb-dövlətli, qara-ağ, ağa-nökər, alim-cahil hamısı bir sırada dururlar. Camaat namazı, insanlar arasında millətçilik və ayrı-seçkiliyi aradan qaldıran ən yaxşı amildir.
Ayrı-seçkilikvə ictimai təbəqələşmə, camaat namazında iştirak etməklə aradan qalxır. Müsəlmanları camaat namazınarəğbətləndirən rəvayətlər arasında bu, tə`sirlərin çoxusu açılıb şərh edilmişdir. Bu rəvayətlərdən bə`zilərini nəql etməklə, camaat namazının savabı ilə tanış olaq.
CAMAAT NAMAZININ ƏHƏMİYƏTİ AŞKARDA OLMASIDIR
İmam Rza (əleyhisalam)-dan nəql olunur ki, buyurur:“ Camaat namazı o, cəhətdən şəriətdə tə`yin olunub ki, bəndələrin Allah müqabilində ixlası və təslim olması yalnız, pərdəsiz və aşkarda ibadəti ilə təhəqqüq tapır. Bu işin cəmiyyət içində baş verməsi, şərq və qərbdə insanların yalnız, tək Allahları olmasına dəlalətdir. Münafiq və xar olunmuş, dili ilə iqrar etdiyini aşikarda yerinə yetirsin və bununlada, onların İslamda olmaları aşkar olsun. Bunlardan əlavə, camaat namazında insanların bir-birinin əlindən tutub köməklik göstərmələri, Allaha pərəstiş və dostluq asanlaşır. Camaat namazı, Allahın nəhy buyurduğu bir çox şeylərdən çəkinilməsinə səbəb olur."
Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) camaat namazının fəziləti barəsində buyurur:
"İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Hər kəs gündəlik namazlarını camaatla qılsa, onun barəsində xeyirə fikirləşin. “
Bu həmin məsələdir ki, əvvəlcədən işarə etmişdik. O da namaz qılanların bir-birinə e`timad etmələridir. Əvvəlki rəvayətdə İmam Rza (əleyhissalam) buyurur: Ümumiyyətlə, Allah-taala, camaat namazının şəriətdə tə`yin edib ki, bəndəlik və Allaha ibadət insanların gözü önündə aşkarda keçirilsin. Dünyanın şərq və qərbində hamı bu İlahi fərizəni dərk etsinlər.
Həmçinin, İmam (əleyhissalam) həmkarlıq və köməkliyə işarə edərək, buyurur: Camaat namazının bərəkətlərindən biri də, cəmiyyətdə pis və bəyənilməmiş işlərin qarşısı alınır, insanlar arasında yaxşı işlər artır.
Məşhur İslam alimi Hacı mirzə Cavad Mələki Təbrizinin "Əsrarus-salat" kitabından
Camaat namazının şəriətdə tə`yin olunmasının əsas hikməti, Allah qarşısındavəzifələrini yerinə yetirməkdə müsəlmanların birliyinin olmasıdır. Bu birliyin hədsiz dərəcədə faydaları vardır. Bundan əlavə, camaat namazının, nəfslərin kamala yetib, Allah yolunda qüvvət tapması və Onun rəhmətinin cəlb olunmasında böyük rolu vardır. Çünki, əgər onlardan hər birisinə Allahın rəhməti aid olsa, xüsusilə əgər onların birliyi Allaha görə və Onun yolunda olsa, bu rəhmət, ləyaqətləri olmasa da, hamıya aid olar.
Cəmiyyətin qəlblərinin birliyi, az suların bir-biri ilə birləşməsi kimidir. Belə sular birləşərkən, az su hökmündən xaric olub, kür su olur. Bununla da, az nəcasətlə paklıqları aradan getməz.
Ümumiyyətlə, mühüm qəlblərin birliyidir. Bəs hər kəs, qəlbləri Allah yolunda bir-biri ilə bağlı olan cəmiyyətlə namaz qılmağa fürsət tapsa və cammat namazı qılsa, ravayətlərdə camaat namazının fəziləti barəsində nəql olunanlara aid olmasına ümidvar ola bilər. Lakin, hər kim camaata qarşı qəlbində kin-küdurət olan haldacamaat namazı qılsa və rəvayətlərdə Allahın camaat namazına verdiyi savaba ümidvar olsa, bilsin ki, bu arzu qürur və özünü aldatmaqdan başqa bir şey deyldir.
Qəlbini paklaşdırıb nəfsini təmizləyən hər bir pişnamazı, sözsüz ki, hamı tanıyıbsevəcəkdir. O da öz növbəsində həmin İlahi məhəbbətin onunla mö`minlar arasında olduğuna xatir, onlara qarşı özlərindən də qabaq məhəbbətli olub, onları çox sevər. Nəticədə, onların camaat namazları İlahi istək üzrə olub, savabı çox olacaqdır.
Lakin, qəlbləri bir-birinə qarşı kin-küdurətdə olub, müxalif niyyətli, zahirdə bir yerə yığışıb camaat namazı qılanlar, biri digərinin pisliyini istəyənlər, Allahın başqasına verdiyi ne`mətə xatir həsəd aparanların namazları heç də güman edilmir ki, bu İlahi feyzə çatsın və belə cəmiyyətin Allah yanında fəziləti olsun. Çünki, ibadətin əsası budur ki, qəlbə müsbət tə`sir qoyub onu nurlandırsın.1
Dostları ilə paylaş: |