İXTİLAF VƏ ŞİKAYƏTİN KÖKLƏRİ
İnsanların dünyadakı qısa ömürlərindəki arzularından biri də aram və əmniyyətlə yaşamaqdır. Heç kim razı deyil ki, həyatda kimsə onların haqqına təcavüz etsin. İnsan, eşq və məhəbbətlə həyat sürmək istəyir. Dava və ixtilafı xoşlamır. Lakin, başqa tərəfdən, insanı hərislik və arzular əhatə etmişdir. Özündə olan təkəbbür və öyünmək hissi onu məcbur edir ki, öz haqqına qane olmayıb başqalarının haqqına təcavüz etsin. Həmin səbəbdən insanlar arasında müharibə və ixtilaflar yaranmağa başlayır. Təbii ki, hər hansı mühitdə insan cəmiyyəti çox olarsa, ixtilaf və çəkişmədə çox olacaqdır. Bu ixtilaf və çəkişmədə hər iki tərəf eynihalda haqq ola bilməz. Şübhəsiz ki, tərəflərdən biri təcavüzkardır. Bu cəhətdən, cəmiyyətdə olan ixtilafları həll edib, hərənin haqqını özünə verə bilən ədalətli bir qaziyə ehtiyac duyulur. Əvvəlcədən işarə etdik ki, peyğəmbərlərin göndərilmələrinin səbəblərindən biri də cəmiyyətdə ixtilafları aradan qaldırmaqdır.
İSLAM DİNİ İXTİLAFLARIN KƏSLMƏSİNƏ DƏ`VƏT EDİR
İslam dinin məntiqi, insanları ilk növbədə bir-birinə qarşı məhəbbət və mərhəmətə də`vət etməsidir. Bundan da üstün, onları bir-birinə qarşı bağışlamaq və əvf hissi ilə baxmağa səsləyir. Tövsiyə edir ki, öz həyatınızda ixtilaflarınkök atmasına yol verməyin. Allah-taala, Qur`anda mühacir və ənsardan sonra gələn tabeiinlər barəsində buyurur:
“Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər (tabeiin) belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlivə mərhəmətlisən! "1
Onlardan ötrü zikr olunan üç xüsusuiyyət bunlardır: Birinci: Özlərinin islahı və tövbə etməklə bağışlanmaq fikrindədirlər. İkinci: Özlərindən əvvəlki iman gətirənlərə qarşı böyük qardaş kimi baxıb, hər cəhətdən ehtiramlarını qoruyururlar. Üçüncü: Hər cür kinyə, həsəd və düşmənçiliyi qəlblərindən atmaq istəyirlər.
"Ğill” ərəbcədən lüğətdə, bir şeyin gizli nüfuzuna deyilir. Ona görə də ağacların altından axar suya da "ğiləl" deyilir. Həsəd və düşmənçilik gizli şəkildə insanın qəlbinə nüfuz etdiyindən ona "ğill" deyrilər. Bəs "ğill"təkcə həsəd yox, bəlkə də, insanın qəlbinə gizli nüfuz edən bütün çirkin sifətlərə deyilir. Ayədən göründüyü kimi əsl müsəlmanların fikri, bir-biriləri arasında dostluq və qardaşlıq yaratmaqdır.
Əvvəlki ayədə deyilənlər, onların dünyadakı işlərinə bağlı idi. Lakin, əbdi həyat olan axirətə görə onların barəsində "Ə`raf" surəsində buyurur:
"Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldığı yerin) altından çaylar axar. Onlan (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: Bizi bura gətirib çıxaran Allaha həmd olsun! “1
Bəşərin ömür boyu axtardığı şirin və sədətli yaşayışı, Allah Behiştdə onlara və`də vermişdir. Ayələrdən mə`lum olur ki, İslam dini ilk növbədə insanlərı kinsiz və düşmənçiliksiz yaşayışa də`vət edir. Belə olmayan halda, onların arasında ixtilaf yaranacaq. İslamda bundan əlavə, xüsusi "barışdırma və islah etmək" göstərişi vardır.
İXTİLAFLAR ARADAN GETMƏLİDİR
"Kafi" kitabında, "İnsanlar arasında islah" ünvanı ilə rəvayətlər vardır. Öz din qardaşları arasında islah işləri aparmaq müsəlmanların vəzifəsidir. Bundan əlavə, onların arasında ibadət ünvanı ilə də islah işləri aparmalıdırlar. İmam Sadiq (əleyhissalam)bu barədə buyurur:
"Allahın ən çox sevdiyi və qəbul etdiyi sədəqə, müsəlmanlar arasında islah işi aparıb, mübahisəli vaxtı onları bir-birinə yaxınlaşdırmaqdır!"2
Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)buyurur:
"Mənim üçün iki nəfərin arasında islah işi aparmaq, iki dirhəm sədəqə verməkdən üstündür."3
Əgər islah işi ilə müsəlmanlar arasında razılaşma olmasa, onların işi məhkəmə və qəzaya çəkiləcək. İslam dini, yaşayış mühitində ədaləti hərtərəfli bərpa etməkdən ötrü çoxlu məhkəmə göstərişləri tə`yin etmişdir. Bu yüksək dərəcəli ali və dəqiq hökmlərlə hər bir şəxs cəmiyyətdə öz hüquqi haqqına layiqincə çata bilər. Mühakimədə bir neçə şey şərt buyurulmuşdur. Əvvəla, məhkəməni aparan hakim, müsəlmanlar içində ən ədalətli şəxslərdən olub, ixtilafda olanların hər ikisinə eyni gözlə baxmalıdır.
İkinci, qazi öz qəzavətində yalnız, Allahın razılığını əsas götürməlidir. Bu bəhsimizdə, İslam dininin bir neçə qəzavət göstərişlərinə işarə edirik.
MƏHKƏMƏ QANUNLARI
Avropa ölkələrində məhkəmə barəsində atılan ən yüksək addımlar aşağıdakı üç mövzuda xülasə olunur:
1. Qazi, canilərin hansı təbəqədən olmasına baxmayaraq mühakimə etməkdə müstəqil və toxunulmazdır.
2. Qazi öz ehtiyaclarını ödəməkdən ötrü kifayət dərəcədə imkana malik olmalıdır. Bununlada, hər hansı bir sərvətli cinayətkar müqabilində, puluna gözü düşübhökmündə xəyanət etməsin.
İngiltərə dövləti bu barədə ən böyük addım atmışdır. Qazilərdən ötrü maaş tə`yin olunmamışdır. Bəlkədə, qazinin ixtiyarında məbləği yazılmamış ağ dövlət çekləri qoyulmuşdur. Qazi istədiyi və ehtiyacı olan vaxt bu çeklərə məbləği yazır və pulunu istənilən dövlət bangından ala bilər.
3. Məhkəmədə hamı qazinin nəzərində bir olub, heç kimə üstünlük verilməli deyildir.
Bu üç qanun, bu gün avropa ölkələrində əməli olan ən böyük məhkəmə qanunlarındandır. Lakin, İslam dinin məhkəmə göstərişləri bunlardan daha kamil şəkildə müsəlmanların ixtiyarında qoyulmuşdur.
Dostları ilə paylaş: |