MÜŞAVİRƏDƏ ƏMANƏT VƏ SƏDAQƏT
Keçən bəhsimizdə izah olundu ki, kimlərlə məsləhətləşmək olar. Rəvayətlərdən yaxşı müşavirin xüsusiyyətlərini qeyd etdik. Bu mövzuda bir neçə rəvayəti nəzərdən keçirək. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Bir nəfər, əmirəl-mö`minin Əli(əleyhissalam)-ın hüzuruna gəlir və ərz edir: Gəlmişəm ki, sizinlə İmam Həsən, İmam Hüseyn, Abdullah və Cə`fərin evlənmələri barəsində məşvərət edəm. Həzrət buyurdu: Hər kim məşvərət etməyə layiq görünürsə, əmindir və əslində ayrıd etdiyini bəyan edir. Bu vaxt məsələ barəsində öz nəzərini bildirir. "1
Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
“Hər kim din qardaşı ilə məşvərətə gəlsə və müşavir həqiqətdə, anladığını ona deməsə, Allah-taala onun məşvərət qüvvəsini ondan alar.”2
Bu iki rəvayətdə, iki mühüm mətləb bəyan olur. Birinci rəvayət deyir: Hər kim məşvərət olunmağa layiq görülürsə, əmindir. Əmin şəxs isə heç vaxt xəyanət etməz. Bəs məşvərət edən, məsləhət verənə qarşı töhmət vurmamalı və ona qarşı bədgüman olmalı deyildir. Necə ki, İmam Səccad (əleyhissalam) onu bir haqq kimi ünvanlamışdır. İkinci rəvayətdə bəyan olunur: Müşavir, Allahla özü arasında nə qənaətə gəlirsə, onu bəyan etməlidir. Əgər səhlənkarlıq etsə, Allaah-taala onun məsləhət qüvvəsini ondan alar. Çünki, məşvərət ne`məti müqabilində şükr etməmiş olur.
MƏŞVƏRƏT VƏ ƏLALTINDAKILARDAN MƏSLƏHƏT ALMAQ
Məşvərət mövzusunun cəlbedici cəhətlərindən biri budur ki, insan özündən aşağı şəxslərlə də məsləhətləşə bilər. Lazım deyil ki, müşavir yüksək səviyyəli və ya böyük şəxs olsun. Həmin mövzuda, Fuzeyl ibni Yəsar İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:
“İmam Sadiq (əleyhissalam) bir mövzu barəsində mənimlə məşvərət etdi. Ondan soruşdum ki, mənim kimi bir nəfərin məsləhəti, sizin kimi bir şəxsiyyətin dərdinə dəyirmi?Həzrət buyurdu: Bəli! Hər vaxt səndən məsləhət istəsəm, istifadə edirəm.”1
Üçüncü rəvayətiHəsən ibni Cəhim nəql edir: "İmam Rza (əleyhissalam)-ın hüzurunda idik. Birdən atasından yad edib buyurdu: O həzrətin ağlı o həddə idi ki, zəmanəsində heç kimin ağlı ona çata bilməzdi. Lakin, bə`zən qara dərili kölələrlə məsləhətləşirdi. Həzrətə dedilər: Məgər qara dərili kölə ilə məşvərət edirsiniz? Həzrət buyurur: Çox ola bilsin ki, Allah-taala həqiqəti onun dili ilə bəyan etsin. İmam, bağ və bostan işlərində çox vaxt qulamı ilə məsləhətləşirdi.”2
HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM), MÜŞAVİR BARƏSİNDƏ
Seyyid Rəzi "Nəhcül-Bəlağədə "nəql edir ki, əmirəl-mö`minin Əli (əleyhissalam), Abdullah ibni Abbas onunla məsləhətləşdikdən sonra məşvərət olunan məsələ barəsindəonun nəzəri ilə razılaşmadıqda buyurur:
“Sənə vacibdir ki, mənimlə məşvərətləşəsən. Əgər mənim nəzərim səninkilə düz gəlməsə, mənə tabe olmalısan! "1
Əli ibni Məhziyarın da İmam Baqir (əleyhissalam)-dan nəql etdiyi cümlələr də,İmam Səccad (əleyhissalam)-ın sözləri ilə uyğundur, buyurur:
“İmam Baqir (əleyhissalam) mənə məktub yazır ki, bir nəfərlə məşvərət edim və hər nəyi səlah bilirəmsə onu seçim. Çünki, məşvərət olunan şəxs öz şəhərinin mühiti və vəziyyəti ilə daha yaxından tanışdır. Hökumətlə necə rəftar etməymi daha yaxşı bilir. Məşvrət mübarək işdir. Allah-taala, Qur`anda Peyğəmbərə buyurur: “İşlərində əhali ilə məşvərət et. Nəticə aldıqdan sonra isə Allaha təvəkkül et!” Əgər müşavirin dediyi düzgün olsa, mən onun dediyi düzgün məsləhətdən istifadə edərəm. Əgər doğru olmasa, ümüdvarəm ki, Allahın istəyi ilə onu doğru yoldə qərar verəm. İşində onunla məsləhətləş. Yə`ni, onlardan xeyir-dua tələb et! “2
Əmirəl-mö`minin Əli(əleyhissalam) buyurur: "İnsana həmişə məşvərət kimi arxa lazımdır.”3
Dostları ilə paylaş: |