43. BÖYÜKLƏRİN HAQQI
وَأمّا حَقُّ الكبيرِ فَإنَّ حَقَّهُ تَوقِيرُ سِنِّهِ وَإجْلالِ إسْلامِهِ إذَا كَانَ مِنْ أَهْلِ الْفَضلِ فِي الإسْلامِ بتَقْدِيمِهِ فِيهِ وتَرْكِ مُقَابَلَتِهِ عِنْدَ الْخِصَامِ ولا تَسْبقْهُ إلَى طَرِيقٍ، ولا تَؤُمَّهُ فِي طرِيقٍ ولا تَسْتَجْهِلْهُ. وَإنْ جَهِلَ عَلَيْكَ تحَمَّلْتَ وَأَكْرَمتَهُ بحَقِّ إسْلامِهِ مَعَ سِنِّهِ فَإنّمَا حَقُّ السِّنِّ بقَدْرِ الإسْلامِ. ولا قُوَّةَ إلا باللهِ.
"Yaşlının (səndən böyükün) haqqı budur ki, ona yaşına görə hörmət elə və əgər İslamda fəzilət sahibi sayılırsa, dinini böyk hesab et. Belə ki, onu müqəddəm bil və onunla üzbə-üz düşmənçilikdən çəkin. Ondan qabaqda yol getmə. Yol gedərkən arxadan gəlib onu ötmə və onunla nadanlıq etmə. Əgər səninlə nadanlıq etsə, döz! Yaş və İslama xatir ona ehtiram göstər. Çünki, yaş böyüklüyü İslama bərabərdir. (yə`ni, uzun müddət ərzində İslama xidmət etdiyinə görə möhtərəm olur) Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
"Kibər” ərəbcə yaşın böyüklüyü və ehtiramın çoxluğuna deyilir. Qur`anda buyurur:
"Zəkəriyya: Ey Rəbbim! Üzərimə qocalıq çökdüyü və zövcəm doğmayan olduğu halda, mənim necə oğlum ola bilər?"1 Ayədə qocalıqdan məqsəd, yaşlı olmaqdır. Başqa surədə buyurur:
"(Onlar gedən kimi) İbrahim bütləri parça-parça edib yalnız aralarındakı böyük bütü saxladı. “2
Ayədəböyükdən məqsəd, cüssə və heykəl cəhətdəndir. Həmçinin, bu söz, rəhbər və hakim mə`nasında da gəlmişdir. Qur`anda buyurur:
"Firon dedi: Çünki o, həqiqətdə sizə sehr öyrədən böyüyünüzdür."3
İmam Səccad (əleyhissalam)-ın yaşlıların barəsinə sözünün qısası budur ki, qocalara, yaşlarına, qocalıqlarına və müsəlman olmalarına görə ehtiram olunmalıdır. Həmçinin, onlarla kobud rəftar olunması da pislənmişdər. Qur`ani-Kərim, insanın bu dövrü barəsində nə buyurur?
İNSANIN HƏYATININ ƏVVƏLİ VƏ SONU ƏZİYYƏTLƏDİR
İnsanın həyatı zəif uşaqlıq dövranı ilə başlayıb, əldən düşmüş qocalıq günləri ilə sona yetir. Yə`ni, insanın həyatının əvvəli və sonu zəiflik və qüdrətsizliklədir. Bu fərqlə ki, uşaqlar inkişaf yolunu keçib,qüdrət və qüvvə ələ gətirməklə həyat yollarını keçirlər. Onlara keçən hər gün, cavanlıqlarına qüvvə verir. Gündən-günə qüvvətlənirlər. Ancaq, qocalar özlərinin xüsusi yollarını keçib, üzüaşağı hərəkətdədirlər. Onlara keçən hər gün, qocalıq və qüvvətsizliklərinə əlavə olur. Qur`ani-Kərim bu barədə buyurur:
"Sizi zəif bir şeydən (nütfədən) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz və qoca edən Allahdır. “1
Başqa ayədə buyurur:
“Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik. (Qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər bu işi dərk etməzlərmi?"2
İnsanın qocalıq vaxtında bütün qüvvələri dəyişib zəifliyə doğru gedir. Anlamaq, başa düşməməzliyə, hafizə unutqanlığa, qüvvə zəifliyə, kamal naqisliyə,qüdrət acizliyə, gözəllik solğunluğa və çirkinliyə çevrilir. Son günlərini yaşayan qocalar, heç bir təzə mətləb hifz etməyə qadir olmadıqlarından əlavə, bəlkədə, keçmişdə öyrəndiklərini də yaddan çıxarırlar. Qur`ani-Kərim bu barədə buyurur:
"Allah sizi yaratmışdır sonra yenə də (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar."3
Hər kimin ömrü uzun olarsa, qocalıq dövrünə çatıb müxtəlif hadisələrə, o cümlədən, müsibətlərə düçar olar. Qocalığa görə cismi qüvvləri tamamilə işdən düşər. Ruhi qüvvələri zəifləyər və batini və zahiri fəaliyyətləri azalar.
Dostları ilə paylaş: |