Elmin məqaminin əHƏMİYYƏTİ


DİLƏNÇİLİYİN RƏVAYƏTLƏRDƏ MƏZƏMMƏT OLUNMASI



Yüklə 10,72 Mb.
səhifə67/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

DİLƏNÇİLİYİN RƏVAYƏTLƏRDƏ MƏZƏMMƏT OLUNMASI


Mə`sum İmamların (əleyhimussalam) rəvayətlərində əhali arasında xalqa əl uzadıb dilənmək şiddətlə məzəmmət olunmuşdur. Çünki, əhalidən dilənmək, Allaha e`timadsızlıq və dilənənin camaat içində zillətə düşməsinə səbəb olur. Başqa tərəfdən, mö`minin izzəti var və dilənməklə öz izzət və şəxsiyyətinə zərbə vurur.İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) rəvayələrin birində buyurur:

"Allah-taala bir şey var ki, onu Özü üçün sevir ancaq, bəndəsi üçün bəyənmir. Bəndənin kiməsə əl açmağını bəyənmir və Allahın qəzəbinə səbəb olur. Lakin, çox sevir ki, bəndəsi Ondan bir şey istəsin. Allah yanında Ondan bir şey istənilməsindən sevimli bir şey yoxdur. Bəs sizlərdən h biriniz tta, ayaqqabı bağı da olsa, Allahdan bir şey istəməkdə ya etməyin! "1

Mə`lum olduğu kimi hədisdə bəndənin başqasından bir şey istəməsindən məqsəd, dilənməklə əhalinin malından bir şey istəməsidir. Aydındır ki. hər kim camaatdan dilənsə, Allaha olan e`timadını əldən vermişdir. İndi ki, ən yaxşı şeylər Allahın yanındadır, bəs hər şeyi Allahdan istəyək!

Başqa rəvayətdə yenədə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur, buyurur:

Əhali arasında dilənməkdən çəkinin! Çünki, dilənmək, dünyada zillət və fəqirliyə, Qiyamətdə isə uzun müddətli hesaba səbəb olur."2

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan oxuyuruq, buyurur:



"Allah rəhmət eləsin o bəndəyə ki, iffətli olub dilənməkdən çəkinir. Çünki, əhalidən dilənmək dövlətli olmağa yox, dünyada zillətliyə səbəb olur."3

İNSANIN HÖRMƏTİNİ HİFZ ETMƏK


Əmirəl-mö`inin Əli (əleyhissalam)-ın İmam Həsən (əleyhissalam)-a etdiyi sifariş və vəsiyyətlərdən biri də insanın kəramət və ehtiramının qorunması, dilənməyin isə insanın şəxsiyyətinin məhv olmasının səbəbi kimi tanıtdırır, buyurur:

"Oğlum! Səni məqsdinə çatdırsa da, öz nəfsini hər cür zillət və qiymətsiz şeylərlə bulaşdırma. Çünki, bu yolda əldən verdiyin abır-həyanı və şəxsiyətini heç vaxt təzədən ələ gətirə bilməzsən. Başqasının da köləsi olma ki, Allah səni azad yaratmışdır. “

Həmin vəsiyyətnamənin başqa qismətində yazır: "Əgər qüdrətin çatsa ki, səninlə Allah-taala arasında h bir ne`mət sahibi vasitə olmasın, belə də et. Çünki, sən öz payını alıb qismətinə çatacaqsan. Allah tərəfindən lən az ne`mət, məxluqat tərəfindən lən çox ne`mətdən möhtərəmdir. Doğrudur ki, bütün ne`mətlərin hamısı Allah tərəfindəndir."1



Göründüyü kimi İmam, öz övladına tövsiyə edir ki, özünü aşağı səviyyəyə salmasın, tez gələn gəlir barəsində fikirləşmə vəehtiyac əlini əhaliyə tərəf uzatma. Çünki, hamının ruzi verəni Allahdır. Bu yolda insanın şəxsiyyəti korlanmalı deyildir. Çünki, dilənmək, insanın şəxsiyyətini alçaldır."2

Əmirəl-mö`inin Əli (əleyhissalam) başqa yerdə buyurur: "İnsanlardan dilənmək,zəl danışan dili qüdrətsiz edir. Şücaətlinin qəlbini sındırır. Azad və qüvvətlini kölə yerində qərar verir. Abır-yasını aparıb ruzisini batil edir! “3

Həmin dəlilə görə İmam (əleyhissalam) mübarək məktubunda buyurur: Əgər qüdrətin çatsa ki, ruzini ələ gətirməkdə heç bir ne`mət sahibini Allahla özün arasındavasitə qəarar vermə və ondan hacətinin həll olub, müşkülatlarının aradan getməsinitələb etməyəsən, onda Allaha təvəkkül et! Bu işi gör. Çünki, az da olsa qismətin yetişəcək və başqalarının çoxundan yaxşıdır. Doğrudur ki, o ne`mət sahibinin də özündən heç bir şeyi yoxdur. Hər şey Allahın yanındadır!


Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin