Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə11/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

20. HƏYAT YOLDAŞININ HAQQI


وَأمَّا حَقُّ رَعِيَّتِكَ بمِلْكِ النّكَاحِ فَأَنْ تَعْلَمَ أَنَّ اللَّهَ جَعَلَهَا سَكَنًا وَمُسْتَرَاحًا وَأُنْسًا وَوَاقِيةً، وَكَذَلِكَ كُلُّ وَاحِدٍ مِنْكُمَا يَجِبُ أَنْ يَحْمَدَ اللَّهَ عَلَى صَاحِبهِ، ويَعْلَمَ أَنَّ ذَلِكَ نِعْمَةٌ مِنْهُ عَلَيْهِ. وَوَجَبَ أَنْ يُحْسِنَ صُحْبَةَ نِعْمَةِ اللَّهِ وَيُكْرِمَهَا ويَرْفَقَ بهَا وَإنْ كَانَ حَقُّكَ عَلَيْهَا أَغْلَظَ وَطَاعَتِكَ بهَا أَلْزَمَ فِيمَا أَحْببْتَ وَكَرِهْتَ مَا لَمْ تَكنْ مَعْصِيةً، فإنَّ لَهَا حَقُّ الرَّحمَةُ وَالْمُؤَانَسَةِ، وَمَوْضِعُ السُّكُونِ إلَيهَا قَضَاءَ اللَّذَّةِ الَّتِي لا بُدَّ مِنْ قَضَائِهَا وَذَلِكَ عَظِيمٌ. وَلا قُوَّةَ إلا باللهِ.

Evlənmək yolu ilə sənin ixtiyarında olanın, (yat yoldaşının) haqqı odur ki, biləsən, Allah onu rahatlıq qaynağı, ünsiyyət və sənin qoruyanın qərar verib. mçinin, siz ər və arvaddan r biriniz dirinizin vücuduna rə Allaha şükür etməlisiniz. Bil ki, bu, Allahın ona verdiyi ne`mətdir. Bu ne`mətlə xoş rəftar etməyiniz vacibdir. Bu nemətin qədrini bil və onunla xoş rəftar et.



Doğrudur ki, istədiyin və istəmədiyin işlərdə zövcənin sənə itaəti çətin və səndən ona itaət lazımdır. O, yerə qədər ki, günah olmasın. Lakin, o qadının sənin boynunda da mehribançılıq və ünsiyyət haqqı vardır. Sənin məqamının hifz olunması onun ətəyindədir. Kam almaq və ləzzət almaq özü böyük bir haqqdır. Allah tərəfindənbaşqa heç güc qüvvət yoxdur!”.

“Məkarimul-Əxlaq kitabında belə yazır:"

Həqiqətən, zövcənin də sənin boynunda mehribançılıq və mərhəmət haqqı vardır. Çünki, o sənin əsirin kimidir. Ona yemək verib geyindirməlisən. Hər vaxt bilmədən xətaya düçar olsa, onu bağışlamalısan!"

Biz əvvəlcədən, qadının iffəti barəsindəki hüquqda, evlənmək və ailə hüququ barəsində müfəssəl bəhs etdik. O bəhsdə, cəmiyyətin fəhşa və çirkinliyə düşməsi və ailə həyatını yaxşı tərzdə qurmaq yollarını bəyan etdik. Bu bəhsdə isə İmam Səccad (əleyhissalam)-ın buyurduğu kimi həyat yoldaşının, Qur`an və hədis nəzərindən vəzifələrini qısa şəkildə izah edəcəyik.

Əvvəlcə qeyd etdik ki, evlənmək mübarək bir binadır. Ər və arvadın bir-birinə verdiyi əhdin əsasında qurulur. Bu bina, həyatlarının sonuna kimi davam edir. Bina, dəmir, kərpic, sement, sim və torpaqdan deyildir. Bəlkə də, aramlıq və məhəbbət evi olub, ər-arvadın bir ömür bir-birinin kənarında xoşluqla yaşayışıdır. Öz vücud ağaclarından faydalı və şirin meyvələr verir, oğlan və qız övladları tərbiyət edib cəmiyyətə təhvil verirlər.

Onu da deyək ki, bu bina, o vaxt möhkəm olar ki, ərlə arvad İslamın haqq ünvanı ilə tə`yin etdiyi əhkamları bilsin. Yoxsa, bina titrəyib pis vəziyyətə düşər.


MƏHƏBBƏT VƏ MƏRHƏMƏT


İmam Səccad (əleyhissalam)-ın bəyan etdiyi ilk xususiyyət, aramlıq və arxayınçılıqdır. Allah-taala, Qurani-kərimdə kişi və qadının xilqətində bu iki nəfərin aramlığından, ayə və əlamət kimi ad aparmışdır. Buyurur:

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövlər xəlq etməsi, aranızda dostuluq, sevgi və mərmət yaranması da Onun qüdrət əlamətindəndir. qiqətən, bunda (bu yaradılışda) düşünən qövm üçün ibrətlər vardır."1

Ə`raf surəsində də sevgi, mərhəmət və aramlığa işarə olunur. Buyurur:

"Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit rahat olmaq) üçün zövcəsini (Həvvanı) yaradan Odur!”

Bu iki ayədə, hər biri böyük İlahi bəxşişlərindən sayılan rahatlıq və sakitlikdən söz açılır. Bu rahatlıq, həm cismi, həm ruhi cəhətdəndir. Həm fərdi, həm də ictimai faydaları vardır.İnsanın evlənməməsinə görə mübtəla olduğu xəstəliklər inkar olunmazdır. Həmçinin, subay şəxslərin ruhi cəhətdən aram olmayan narahatçılıqları mə`lumdur.

İctimai cəhətdən subay şəxslər az məsu`liyyət hiss edirlər. Ona görə də, subaylar arasında intihar daha çox görünür. Həmçinin, ən çox cinayətlər də subay şəxslərdən baş verir. Subaylıq aləmini arxada qoyub evlənən şəxs, özündə təzə şəxsiyyət hiss edib daha çox məs`uliyyətli olur.

Bu mövzunun ardınca həyatın ən yaxşı növü sayılan və hamının istəyi sayılan mərhəmət və məhəbbət mövzusu bəyan olur. Əslində, bu iki xüsusiyyət, insan cəmiyyətinin məsləhətlərinin əsasını təşkil edir. Məhəbbət və mərhəmət arasında müxtəlif cəhətdən fərqlər vardır.



Birinci: Məhəbbət, işin başlanması ilə əlaqədardır. Amma sonra onlardan biri zəifləyir, məhəbbətə yox, mərhəmətə ehtiyacı olur.

İkinci: Məhəbbət, biri digərinə xidmət etməkdən ötrü böyüklərə lazımdır. Amma, uşaqlar mərhəmətin sayəsində böyüyürlər .

Üçün: Məhəbbət, çox vaxt qarşılıqlı olur. Amma mərhəmət bir tərəfli və canyandırıcı olur.

Dördün: Kişi ilə qadının həyatı aramlıq, məhəbbət, dostluq və mərhəmətlə dolu olarsa, bu yaşayışın binasına xələl gəlməz. Əksinə, bütün bu xususiyyətlərdən məhrum olan həyat, zəif və dağılmaq imkanı ehtimalındadır. Ailə həyatı, cəmiyyətin ilk sinfi olub, hüquq dərsini oxumaq üçün bir məktəbdirİslamda kişi ilə qadının arasında olan hüquq iki növdür. Biri qanun hüququ. Digəri isə əxlaqi hüquq.

Birinci: Qanun hüququ, zövcənin xərcinin kişinin boynunda olmasıdır. O da ibarətdir: Yemək, məskən və paltar. Onun müqabilində qadın kişiyə tabe olub, təmkin etməlidir. Hüquq, hər hansı binanın kökünə bənzəyir. Məsələn, binanın skeletinə oxşayır.

İkinci: Əxlaqi hüquq, o hüquqa deyilir ki, qadın və kişinin hər birinin ona riayət etməsi lazımdır. Lakin, bu hüquqa riayət etməsələr də, qanun cəhətdən müşkül yoxdur. Həyatın gözəlliyi və xoşluğu həmin əxlaqa əməl etməkdir. Məsələn, məhəbbət, səmimiyyət və anlaşmaq. Bu cür hüquq, binaya vurulan nazik rəngə bənzəyir.

“Xilqət qanunu”,kişi ilə qadını əlaqəsini bir-birinə daha yaxın etməkdən və ailə həyatını bəşərin əsas hədəfi olan xoşbəxtlik və səadət üzərində möhkəmlətməkdən ötrü onların birini digərinə ehtiyaclı halda yaratmışdır.

Əgər maliyyət cəhətdən kişini qadına dayaq qərar vermişdirsə, ruhi və aramlıq cəhətindən qadın kişinin dayağı sayılır. Bu iki müxtəlif ehtiyac onları bir-birinə daha da yaxınlaşdırır.



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin