Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə14/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

QADINLARIN CİHADI


İmam Baqir (əleyhissalam)-dan nəql olunu ki, buyurur:Allah-taala, cihadı kişi və qadınlara yazıb. Kişinin cihadı odur ki, öz malı və canın qurban verməklə şəhadət dərəcəsinə çatsın. Qadının cihadı odur ki, ərinin əziyyət və qeyrətinə dözsün.1

Bu hədisdə İmam Baqir (əleyhissalam) ev həyatını cəbhə kimi tanıtdırır və bu cəbhənin əsgərləri qadınlardan ibarətdir. Bu döyüşdə ən mühüm silah, kişinin əziyyət nizələri və şəmşiri müqabilində qadının səbridir. Qadın, bu cəbhədən qaçmamalı, bəlkə də,bütün çətinliklərə sinə gəlib aqibəti xeyirlə ömrünü başa vurmalıdır. Bir çox təcrübəsiz və tərbiyə görməmiş qadınlar bu cəhətdən məğlub olub, ev mühitini tərk etməklə öz əziz övladlarını ana mehr və məhəbbətindən məhrum edirlər. Bununla da, ərinə və övladlarına yaşayışın acısını həmişəlik dadızdırırlar. Onların müqabilində elə səbr və hövsələli qadınlar var ki, həyatın fırtınalı dalğaları arasında və ərinin əziyyət və qeyrət dalğalarına riayət etməklə bu həyat gəmisini istədikləri kimi sahilə çatdırırlar. Qələbə və aqibət xeyrini həm özünə, həm də övladlarına nəsib edirlər.

İmam Sadiq (əleyhissalam), qadınları öz ərlərindən başqaları üçün bəzənməkdən çəkindirib, buyurur:

Özünü ərindən başqası üçün ətirli və zinətli edən qadının namazını,yuyub aradan aparmayana qədər Allah-taala qəbul etməz. nabət qüsllu olan şəxslərkimi olarlar.“2

Yenə də Həzrət, qadının ərinin qədrini bilməsi barəsində buyurur: r qadın ərinə desə: Mən yatda səndən xoş n rmədim. (Yə`ni, kişinin bütün zəhmətlərini rməməzliyə vursa) Bütün xeyir əməlləri silinib pak olar."3

Bura qədər müxtəsər də olsa, ərlə arvadın birinin digərinin boynunda olan hüquqa işarə etdik. Əgər İslam cəmiyyətində kişilər və qadınlar bu göstərişlərə əməl etsələr, şirin və xoşbəxt həyat sürərlər. Qur`ani-Kərim Bəqərə surəsində kişi və qadın barəsində gözəl ifadə gətirərək, buyurur:



"Oruc gesi qadınlarnıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız”. (r ikiniz bir-birinizin zinətisiniz və hifz edənisiniz) “

Ərlə arvadın bir-birindən ötrü libas olmaları lətif bir ifadədir. Libas bədənin örtüyü, aram və rahatlığı olduğu kimi ərlə arvad da libas kimi bir-birinin eyblərini örtsünlər və bir-birinə rahatlıq vasitəsi olsunlar.

Bu örtük, onların həyatında bütün sahələrə aid olur. Qadın və kişi borcludurlar ki, bir-birinin eyib və nöqsanlarını gizlətsinlər. Bir-birlərinin pis hərəkətlərini başqalarına söyləməsinlər. Bir-biri ilə ehtiramla rəftar etsinlər.

Əvvəlcədən rəvayətlərdə qeyd edildiyi kimi bir-birini həlak etmək yoluna gətirən töhmət vurmaqdan uzaq olsunlar. Bir-birinin pis hərəkətlərinə səbr etməklə, Allahın böyük mükafatlarını ələ gətirsinlər.

İmam Səccad (əleyhissalam)-ın buyurduğu kimi ərlə arvad bir-birinə böyük ne`mətdirlər. Bəs bu ne`mətə şükür etməlidirlər. Həyatın yaxşı və pisliklərini öz aralarında bölüb yüksək ruhiyyəli və hədəfli olsunlar ki, cəmiyyətə saleh övladlar versinlər. Kişinin borcudur ki, qəlbinin dərin sevgisini arvadına açsın. Necə ki, rəvayətdə İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

Kişinin arvadına dediyi: "Doğurdan da, mən səni sevirəm”- sözü heç vaxt arvadın qəlbindən silinməz. Bu da səbəb olur ki, qadın ərinə eşq göstərsin və çətinliklərdə ona arxa və kömək olsun."



21. KÖLƏNİN HAQQI


وَأمَّا حَقُّ رَعِيَّتِكَ بمِلْكِ اليَمِينِ فَأَنْ تَعْلَمَ أنَهُ خَلْقُ رَبكَ، وَلَحْمُكَ وَدَمُكَ وَأَنَّكَ تَمْلِكُهُ لا أنْتَ صَنَعْتَهُ دُونَ اللَّهِ وَلا خَلَقْتَ لَهُ سَمْعًا وَلا بَصَرًا وَلا أَجْرَيتَ لَهُ رِزْقًا وَلَكِنَّ اللَّهَ كَفَاكَ ذَلِكَ، ثُمَّ سَخَّرَهُ لَكَ وَائْتَمَنَكَ عَلَيْهِ وَاسْتَوْدَعَكَ إيَّاهُ لِتَحْفَظَهُ فِيهِ وتَسِيرَ فِيهِ بسِيرَتِهِ فَتُطْعِمَهُ مِمَّا تَأْكُلُ وَتُلْبسَهُ مِمَّا تَلْبَسُ وَلا تُكَلِّفَهُ مَا لا يُطِيقُ، فَإنْ كَرِهْتَ[هُ] خَرَجْتَ إلَى اللَّهِ مِنْهُ وَاسْتَبْدَلْتَ بهِ وَلَمْ تُعَذِّبْ خَلْقَ اللَّهِ وَلا قُوَّةَ إلا باللهِ.

Əlinin altında işləyən kölənin haqqı budur ki, biləsən, o, Rəbbinin yaratdığıdır. Əti ətindən, qanı qanındandır. Xəlq olunduğuna rə sən onun maliki deyilsən. Onu Allah yaratmışdır. Sən onun qulaq və zünün yaradanı deyilsən və ruzisi də sənin əlində deyil. Bütün bunları, Allah yaratmış və öhdəsinə türmüşdür. Sonra onu sənə ram etmişdir və səni ona əmin qərar vermişdir. Onu sənin əlinə əmanət kimi vermişdir. O əmanəti hifz etvə onunla yaxşı rəftar et. Bəs özün nə yesən, ona da ondan yedizdir. r nədən geyinirsənsə, ona da ondan geyindir. Ona qüdrətindən artıq yükləmə. Əgər ondan xoşun lmirsə özünü Allah müqabilində mə`suliyyətdən qurtarmaq üçün başqası ilə dəyiş. Allahın yaratdığına əziyyət və n vermə. Allah tərəfindən başqa h bir güc-qüvvət yoxdur!"

İmam Səccad (əleyhissalam), malik barəsində əvvəlcədən bir sıra mətləblər buyurmuşdur. Həzrətin yuxarıdakı sözləri kölələr barəsindədir. O bəhsdə deyildi ki, İslam dini ilk zühurunda müvəqqəti də olsa, köləlik məsələsini qəbul edib onların birdəfəlik azad olma hökmünü verməmişdir. Bəlkə də, tədriclə kölələrin azad olması məsələsini qarşıya məqsəd qoymuşdur. Ona görə ki, iqtisadi cəhətdən belə bir imkan yox idi ki, kölələr bir dəfəlik azad olsunlar. Bir halda ki, İslam çarəsiz qalıb köləlik məsələsini qəbul edirsə, onda onlara görə hüquq tə`yin edib, müsəlmanlara tövsiyə edir ki, kölələrin haqqını əda etməkdə ciddi olsunlar.


Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin