KÖLƏLƏRİ AZAD ETMƏYİN SAVABI
Bu vaxta kimi kölələrin hüquqlarına dair İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamların (əleyhimussalam) bəyanları ilə tanış olduq. Bəhsin sonunda kölələrin azad olunmasına işarə edək. "Malikin haqqı" bəhsində, kölələrin azad olunması yollarını izah etdik. Amma kölələrin azad olunmasının savabı barəsində “Kitabul itq"kitabında çoxlu rəvayətlər gəlmişdir.Bu kitabın “Bab istihbab" qismətində nəql olunan bə`zi rəvayətlərə işarə edirik. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
“Hər kim öz köləsini azad etsə, Allah-taala, kölənin hər bir üzvü müqabilində, azad edənin üzvünü Cəhənnəm atəşindən azad edər."2
Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:
“Hər kim saleh köləni, Allahın razılığna xatir azad etsə, Allah taala onun hər üzvünə xatir azad edənin günahlarından keçər və onu Cəhənnəm atəşindən azad edər."1
ƏRƏFƏ GÜNÜNÜN ƏSİRİ VƏ KÖLƏLƏRİ AZAD ETMƏK
Həmin kitabın səkkizinci babında İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur: ”Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı maldan min nəfər köləni azad etmişdir.”
Ərəfə günü günortadan sonra kölə azad etməyin savabı barəsində İmam Sadiq (əleyhissalam)-dan rəvayət nəql olunur, buyurur:
“Ərəfə günü əsr zamanı, Allaha daha yaxın olmaq (dua oxumaq), kölə azad etmək və sədəqə vermək müstəhəbdir."2
İmam Zeynalabidin (əleyhissalam)-ın kölələr barəsində zikr etdikləri dərin mə`nalı sözlərin məcmuəsindən bu nəticə alınır: Kölələrin hüquqlarına riayət edin, çünki, onlar sizin yox, Allahın məxluqudurlar. Bəs onlara əzab-əziyyət verməyin və onlarla yaxşı rəftar edin. Necə ki, Peyğəmbər və mə`sum İmamlar (əleyhimussalam) rəftar etmişdilər.
QOHUMLARIN HAQQI
22. ANANIN HAQQI
فَحَقُّ أُمِّكَ، فَأَنْ تَعْلَمَ أَنَّهَا حَمَلَتكَ حَيْثُ لا يَحْمِلُ أَحَدٌ أَحَدًا وَأَطْعَمَتكَ مِنْ ثَمَرَةِ قَلْبها مَا لا يُطْعِمُ أَحَدٌ أَحَدًا، وَأَنَّهَا وَقَتكَ بسَمْعِهَا وبَصَرِهَا ويَدِهَا وَرِجْلها وَشَعْرِهَا وبَشَرِهَا وَجَمِيعِ جَوَارِحِهَا مُسْتَبشِرَةً بذَلِكَ، فَرِحَةً مُوَابلَةً مُحْتَمِلَةً لِمَا فِيهِ مَكْرُوهُها وأَلَمُها وثِقْلُها وَغَمُّهَا حَتَّى دَفَعَتهَا عَنْكَ يَدُ القُدْرَةِ وَأَخرَجَتكَ إلَى الأَرضِ فَرَضِيَتْ أَنْ تَشْبَعَ وتجوعُ هِيَ، وَتَكْسُوكَ وَتعْرَى، وَتُرْوِيكَ وَتَظْمَأُ، وَتُظِلُّكَ وتَضْحَى، وَتُنَعِّمَكَ ببُؤْسِهَا، وَتُلَذِّذُكَ بالنَّوْمِ بأَرَقِهَا، وَكَانَ بَطْنُهَا لَكَ وِعَاءً، وَحِجْرُهَا لَكَ حِوَاءً وثَدْيُهَا لَكَ سِقَاءً، ونَفْسُهَا لَكَ وِقَاءً، تُبَاشِرُ حَرَّ الدُّنيَا وبَرْدِهَا لَكَ وَدُونَكَ، فَتَشْكُرَهَا عَلَى قَدْرِ ذَلِكَ وَلا تَقْدِرُ عَلَيْهِ إلاّ بعَونِ اللَّهِ وَتَوفِيقِهِ.
"Ananın sənin boynunda olan haqqı budur ki, o, səni bir müddət həml etmiş, halbuki, heç kəs digərini həml etməz. (doqquz ay hamiləlik dövründəki zəhmətlərə işarədir). Öz canının şirəsindən sənə yemək verib, halbuki, heç kəs başqası üçün belə etməz. Ana, həmişə bütün vaxtınıbütün vücudu ilə, göz, qulaqı, əl, ayaq, tük, dəri və nəhayət, bütün əzalarını sənə sərf etmişdir. Halbuki, bu işə görə çox sevinir. Rəbbinin qüdrət əli ilə onu səndən ayırıb torpağa tapşırana kimi ana, həmişə sənin zəhmətlərinə, narahatçılığına və ağırlığına dözür. Sənin tox, özünün isə ac olmasına razı olur. (Aclığa dözür ki, sən doyasan) Özünə yarıçılpaq olmaqı rəva bilir ki, təki sən geyinəsən. Özü susuz qalır ki, sən sirab olasan. Özü günəşin istisinə dözür ki, təki sən kölgədə qalasan.
O, narahatlıq içində olarkən, sən ne`mət və xoşluqla yaşayırdın. Yuxusuz və gecəni oyaq qalmaqla, səndən ötrü yuxu ləzzətini özünə haram edir. Ananın qarnı sənin vücudunun boy atma yeri, evi isə səni saxlamaq məkanı olub. Sinəsi, sənin süd içmək üçün çeşmən, şirin canı isə səni qoruyub saxlamaq vasitəsiolub.
Ana, ruzigarın isti və soyuğuna dözüb ki, sən yaşayasan. Bəs, bütün bu zəhmətlər və xidmətlər müqabilində ondan təşəkkür et. Lakin, Allahdan kömək istəməsən heç vaxt ananın təşəkkürünü yerinə yetirə bilməzsən. Bu yolda Allah sənə tofiq və fürsət verməlidir ki, ananın xidmət və zəhmətlərinin əvəzini çıxasan! "
“ÜMM" (ANA) KƏLMƏSİ
“Ümm" yə`ni, başqa şeylərin ona birləşdiyi əsas və kök. Hədisdə oxuyuruq: “Şərab içməkdən çəkinin ki, “ümmül"fəsaddır." (Yə`ni, fəsadların əsasıdır) "Ümm" sözü ərəbcə, mə`na cəhətdən bir neçə mə`nada müştərəkdir. Bu sözün “ana" mə`nasında işlənməsi o qədər şöhrət tapmışdır ki, bəlkə də, məcazi mə`na daşıyır.
“ÜMM"(ANA) GƏLMƏSİNİN QUR`ANDA İŞLƏNMƏ YERLƏRİ
1. Həqiqi ana: "Biz, Musanın anasına vəhy etdik ki, ona süd versin!"1
2. Kök və əsas mə`nasında: Quran buyurur: "Ya Məhəmməd! Sənə Qur`anı nazil edən odur. Onun bir hissəsi Qur`anın əslini və əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabeh ayələrir.1
3. Bir şeyin mərkəzi, “Ümüul–qura" (Şəhərlər mərkəzi) Qur`anda Məkkəyə işarədir.Qur`an buyurur: "Ümmül qura və ətrafındakıları qorxudasan. "2
Bu şəhərə o cəhətdən “Ümmül-qura" deyilir ki, hicaz məntəqələrinin mərkəzi sayılır. “Lüğətçi Rağib" və başqaları yazır: Məkkənin “Ümmül-qura" adlanması ona görədir ki, yer kürəsi ilk dəfə vücuda gələndə onun altında genişlənməyə başlayıb. Bə`zi rəvayətlərə görə torpaq ilk quruluşunu Məkkədən başlayıb.
Qur`anda, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcələri, mö`minlər anası adlandırılır. Qur`an buyurur:
"Peyğəmbər, mö`minlərə onların özlərindən daha üstündür. Onun zövcələri mö`minlərin analarıdır.3
Yuxarıdakı üç mə`naya diqqət etməklə, “həqiqi ana, əsas, əsl və bir şeyin mərkəzi" kəlmələrinin mə`naları arasındakı münasibətlər aydınlaşır.
Ana, ağacın kökü və əsli yerində, övladları isə qol-budaqları olub kök üzərində göyərirlər. Belə bağılılıq kökdən asılıdır. Ağacın əsli və kökü nə qədər şərəfli və əsil olsa, qol budağı da, əsil və kökü təmsil edəcək və kökünə oxşayacaqdır.
Dostları ilə paylaş: |