Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə22/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

ÖVLADIN HAQQI


وَأمَّا حَقُّ وَلَدِكَ فَتَعْلَمَ أنَّهُ مِنْكَ وَمُضَافٌ إلَيكَ فِي عَاجِلِ الدُنْيَا بخَيْرِهِ وَشَرِّهِ، وَأَنَّكَ مَسْئولٌ عَمَّا ولِّيتَهُ مِنْ حُسْنِ الأَدَب وَالدّلالَةِ عَلَى رَبهِ وَالْمَعُونةِ لَهُ عَلَى طَاعَتِهِ فِيكَ وَفِي نفْسِهِ، فَمُثابٌ عَلَى ذلِكَ وَمُعَاقَبٌ، فَاعْمَلْ فِي أَمْرِهِ عَمَلَ الْمُتَزَيِّنِ بحُسْنِ أَثرِهِ عَلَيْهِ فِي عَاجِلِ الدُّنْيَا، الْمُعْذِرِ إلَى رَبهِ فِيمَا بَيْنَكَ وبَيْنَهُ بحُسْنِ الْقِيَامِ عَلَيْهِ وَالأَخذُ لَهُ مِنْهُ. وَلا قُوَّةَ إلا باللهِ.

Övladın haqqı budur ki, biləsən, dünyada o səndən olub və sənə bağlıdır. Xeyiri və şəri səninlədir. Sən ona yaxşı tərbiyə, yol göstərmək, Allah-taalaya və sənə itaət etməkdə, məs`ul və öhdədarsan. Sonra əgər bu vəzifəni yerinə yetirsən, savab qazanarsan. Əgər səhlənkarlıq etsən, əzaba düçar olarsan. Bəs, onun barəsində yaxşı əməl et ki, dünyada bəhrəsini alasan. Axirətdə ondan yaxşı himayət etdiyinə və nəticə aldığına görə Allah dərgahında üzrün olmasın. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur! "

İmam Səccad (əleyhissalam)-ın övladlarının hüquqları barəsində xatırladığı məsələnin xülasəsi bunlardır.

Birinci: Ata unutmasın ki, onun övladı ona bağlıdır. Həmçinin, xeyir və şəri onunla əlaqədardır.

İkinci: Övladın yaxşı ədəblə tərbiyəsi və Allaha-itaət etməsinə tərəf yönəldilməsi də atanın vəzifəsidir.

Üçün: Övladın əməllərinin tə`sirləri barəsində qəflətdə olunmamalıdır. Çünki, əgər yaxşı iş görərsə, ataya savab, pis iş görərsə, ona da da əzab gələr.

Dördün: Ata övladını elə böyüdüb başa çatdırsın ki, Qiyamətdə Allahın müqabilində həm övladı, həm də özü üzünü ağa çıxara bilsin.

İmam Səccad (əleyhissalam) əvvəlki mövzularda valideynin haqqını bəyan edib, övladın onların müqabilində vəzifələrini aydınlaşdırdı. İndi də qarşılıqlı haqq kimi, valideynlərin öhdəsindəki övladların hüquqlarına işarə edib buyurur:

Şübhəsiz ki, övladların şəxsiyyətlərinin əsası, kişi ilə qadının öz yaradılış qanununa uyğun olaraq bir–biri ilə ailə peymanı bağlamasıdır. Onlar bilməlidirlər ki, onların vücudlarının meyvələri cəmiyyətə təhvil veriləcək. Bir sıra şəxsiyyət əsasları var ki, ata-ananın xüsusiyyətləri ilə bağlı olub irsi övlada keçir. Əslində, övladlar ata-analarının ruhiyyələrinin tam şəkildə güzgüləridirlər. Əlbəttə, bunlar bir sıra xüsusiyyətlərdir ki, nəsilbənəsil irs keçir. Bu, bütün bitki, heyvan və insanlarda olan ümumi xilqət qanunudur. Bu barədə geniş bəhsə ehtiyac olduğuna görə bura qədər kifayətlənirik.

Uşaq, Allah-taalanın əmri ilə maddə və dünya aləminə gəldiyi zamandan müqəddəs İslam dini, valideynlərin öhdəsinə ağır vəzifə və məs`uliyyət qoyur. Onlar, ilk növbədə məs`uliyyətlərni tanımalı, ikinci növbədə isə bu vəzifələri yerinə yetirməkdə Allahdan fürsət tələb etməlidirlər. İndi də qısa şəkildə bu vəzifələrə işarə edirik. Ata-analar övladları xoşbəxtliyə və kamala çatdırmaq yolunda tərbiyətdə iki əslə diqqət etməlidir.



Birinci: Faydalı iste`dadları canlandırmaq:

İkinci: Düzgün olmayan meyl və şəraitləri aradan aparmaq.

Müvəffəq tərbiyəçi odur ki, uşaqın bütün iste`dadlarını elmi və əməli təcrübələrlə tədriclə oyatsın və yatmış halətindən fəaliyyət halına salsın. Başqa tərəfdən valideynlərin və ya babaların qoyduğu bə`zi bəyənilməmiş xüsusiyyətləri aradan aparıb, pərvəriş tapmasına şərait yaratmasınlar.İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:



"Valideynlərə övladları barəsində üç şey vacibdir. 1. Onu ananın ixtiyarında qoysun. 2. Ona yaxşı ad qoysun. 3. Ədəbli olmaqında ddən ratıq çalışsınlar."1

İmam Səccad (əleyhissalam) "Səhifyi Səccadiyyə" kitabında övladları üçün dua etdikdə buyurur:



"İlahi! Mənə övladlarımın ədəbli və tərbiyəli olmasında və onlara yaxşılıq etməkdə kömək ol! ".2

Bu cümlələrlə mə`lum olur ki, övlad tərbiyə etmək çox ağır işdir. Bu işdə hamı, Allah-taaladan kömək diləməlidir.


ÖVLADLARIN HÜQUQU


Övlad dünyaya gələn andan valideynlərin boynuna bir sıra hüquqlar qoyulur. Onlardan birincisi, yaxşı ad seçməkdir. Çoxlu rəvayətlərdə bu işə tə`kid olunmuşdur. Onlardan bə`zilərinə işarə edirik:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Övladlarınıza peyğəmbərlərin adlarını qoyun. Ən yaxşı ad Əbdullah və Əbdülrəhimdir."1

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Övladların valideynlərin boynunda üç əsas haqqı vardır. 1. Yaxşı ad. 2.Xətt və savad öyrətmək.3. Həddi büluğa çatdıqda evləndirmək. "2

Bu hədisdə, savad və evlənməkdən əlavə, yaxşı ad qoymaq da sifariş olunur. Həzrət Əli (əleyhissalam) Nəhcül-bəlağədə, övladın atanın boynunda olan haqqı barəsində buyurur:



"Övladın atanın boynunda haqqı odur ki, ona yaxşı ad seçsin, yaxşı İslam ədəbini və Qur`an öyrətsin."3

Bu hədisdə ad seçmək bildirilir.



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin