Elmin məqaminin əHƏMİYYƏTİ


SALAMA ONDAN DA YAXŞI CAVAB VERİN



Yüklə 10,72 Mb.
səhifə31/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

SALAMA ONDAN DA YAXŞI CAVAB VERİN


Qur`ani-Kərimdə oxuyuruq: "Sizə salam verildiyi zaman onu daha zəl alın və ya (eynilə sahibinə) qaytarın.! Şübsiz Allah r şeyi hesaba alandır!"2

"Təhiyyət" (salam) lüğətdə, əslində "həyat" və başqalarına həyat istəmək mə`nasındadır. Bu dua, "Salamun Əleykə" və ya "yyakəllah" şəklində əda olunur. Bu söz insanların bir-birinə qarşı göstərdikləri hər növ məhəbbətə aid olur. Ən aydın nümunəsi isə həmin, "Səlamun Əleykə" deməkdir. Lakin, bir sıra rəvayət və təfsirlərdən mə`lum olur ki, insanın əməli cəhətdən bir-birinə məhəbbət göstərməsi də, "Təhiyyət" sözünün mə`nasında işlənilir.

Əli İbni İbrahimin təfsirində, İmam Baqir və İmam Sadiq (əleyhissalam)-dan nəql olunur:

Ayədə "təhiyyətdən" məqsəd, salam və hər cür yaxşılıqa deyilir."Mənaqib" kitabında belə bir rəvayət var:

Kənizlərdən birisi İmam Həsən (əleyhissalam)-a bir şaxə gül hədiyyə edir. İmam onun müqabilində,kəniziazad edir. Bu işin səbəbini soruşduqda isə buyurur: Allah-taala buyurur: "Sizə salam verildiyi zaman onu daha zəl alın!".Sonra əlavəedir: Ən yaxşı salam, kəniz azad etməkdir"

Beləliklə, ayədə ümumi olaraq hər cür izhar məhəbbətə, istər sözlə, istərsə də əməllə olsun, hökm verilir ki, daha yaxşı cavab verin.1


YAXŞILIQINMÜKAFATI YAXŞILIQDIR


Qur`ani-Kərim buyurur: "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır"2!

Doğrudur ki, İslami rəvayətlər və təfsirlərdə müfəssirlər ehsan sözünü yalnız, tövhid və İslami mə`rifət mə`nasında olduğnu qeyd edirlər. Lakin, bütün bunlar ayənin aydın nümunələrindəndir. Yoxsa, yaxşılıq, həm əməldə, həm də sözdə olan hər bir xeyir işə aid olur. İmam Sadiq (əleyhissalam)-dan hədislərdən birində nəql olunur, buyurur:



"Qur`anda mə`nası ümumiyyət çatdıran ayələrçoxdur. Ravi soruşur: Hansı ayədir? Buyurur:

Allahın bir sözü var ki, mö`min, kafir, yaxşı əməl sahibi, pis iş görənə də aiddir. O, da yaxşılıq müqabilində yaxşılıqdır. Hər kimə yaxşılıq olunsa, yolu bu deyil ki, səndə ona yaxşılıq edəsən, bəlkə də, ona daha yaxşı yaxşılıq etməlisən. Çünki, həmin qədər olsa, o səndən üstündür. Ona görə ki, işi başlayan odur.3

Rağib İsfahani, "Müfrədat" kitabında yazır: "Ehsan", ədalətdən üstündür. Çünki, ədalət odur ki, insan boynunda olanı əda etsin və yalnız,ona aid olanı götürsün. Lakin, ehsanbudur ki, öhdəndə olandan çox verib, haqqından az götürəsən.


ALLAHIN EHSANININ CAVABI!


Allah-taala Qur`anın Qəsəs surəsində buyurur: "Allahın sənə verdiyindən özünə axirət qazan.(Malını Allah yolunda sərf et!) Dünyanın nəsibini də unutma!"

Bu bir həqiqətdir ki, insan həmişə gözünü Allahın ona ehsan əta etməsinə dikib. Onun dərgahından hər cür xeyiri tələb edir. Allahdan hər növ intizarı var. Belə olan halda necə ola bilər ki,Allah-taala aşkar tələbi və ya başqa tələbləri görməmiş olsun və onlara əhəmiyyət verməsin. Bu sözə oxşar Nur surəsinin 22-ci ayəsində var, buyurur:



"Mö`minlər əfv edib bağışlasınlar. Məgər siz Allahdan bağışlanmağı istəmirsinizmi?"

Bu cümlənibaşqa ifadə ilə belə mə`na etmək olar. Bə`zən, Allah-taala insana elə əzəmətline`mət bəxş edir ki, insanın onların hamısına ehtiyacı yoxdur. Elə bir əqli qüvvə verir ki, təkcə özünü yox, bütöv bir ölkəni idarə edə bilər. Elə bir elm verir ki, təkcə özü yoxbəlkə də, bütün insanlar ondan istifadə edə bilər. Elə mal-dövlət verir ki, bütün dünyanın dərdinə dəyər. Belə İlahi bəxşişlərin zehni mə`nası odur ki, onun hamısı sənin deyildir. Bəlkə də, sən bunları başqalarına ötürməkdə Allahın vəkilisən. Allah bu ne`mətləri sənə verib ki, sənin əlinlə bəndələrinə çatdırsın!1


BAŞQALARI İLƏ DOSTLUQ ETMƏK.


Zikr olunan ayələrdən mə`lum olur ki, Qur`an başqalarına yaxşılıq etməyin nə qədər mühüm olduğnu bildirir. Xüsusilə o kəslərə ki,bizlərə yaxşılıq edirlər. Hədis kitablarında da, bu mövzuda maraqlı hədislər zikr olunub. Onlardan bə`zilərinə işarə edirik. "Kafi" kitabında insanlara məhəbbət fəsli adlı qismətində ilk rəvayətdə belə nəql olunur: İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Bəni Tə`mim" qəbiləsindən bir nəfər ərəb İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gələrək, ərz edir: Mənə tövsiyə edin! Həzrətin ona buyurduğu tövsiyələrdən biri də bu idi. İnsanlara qarşı dostluq və məhəbbətli ol ki, səni də sevsinlər."2

İmam Sadiq (əleyhissalam) nəql olunur buyurur:"İnsanlarla yaxşı rəftar etmək, ağılın üçdə bir hissəsidir.3

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:



"Hər kimə yaxşılıq olunsa, onun əvəzini çıxmalıdır. Əgər imkanı olmasa, xatırlamalıdır. Əgər xatırlasa, ehsan edənə təşəkkür etmişdir."1!

Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:



"Bu əmələ ləyaqəti olan və olmayana da yaxşılıq et! Əgər ləyaqətli şəxsə yaxşılıq etmisənsə, bu ona layiqdir, yox əgər ləyaqətsizə yaxşılıq etmisənsə, sən özün bu yaxşılıqa layiqsən."2

Bəhsimizin sonunda İmam Səccad (əleyhissalam)-ın ifadəsində gələn "mə`ruf" kəlməsini izah edək. "Mə`ruf" sözü, hər bir işin yaxşı olması, ağıl və şəriətlə sabit olmasına deyilir. Həmçinin, o şəxsə "mə`ruf" deyilir ki, Allah adamı olub, vacib və müstəhəb işlərdə insanlara kömək etmiş olsun.

"Mə`ruf" sözü, "münkər" sözünün ziddidir. "Mə`ruf" şəriət və ağılla vacib və müstəhəb sayılan əməllərə məxsusdur. Lakin, mübaha, mə`ruf deyilməz. Çünki, mübah (ixtiyarı iş) hər cür üstünlükdən boşdur.3

Üstünlüyü olmayan əməldə isə xeyir yoxdur. Mə`ruf nə varsa, xeyirdir. İbni Əbbasdsan nəql olunan hədisdə oxuyuruq:

"Mə`ruf və tanınmış saleh şəxslər Qiyamət günü məhşərə daxil olarlar. Mə`ruf olduqlarına görə günahlarının hamısı bağışlanmış, yaxşılıqları isə yerində qalmışdır. Ehsanları o şəxsə verərlər ki, günahları yaxşılıqlarından çox olar vəyaxşılıqlarına görə bağışlanar. Sonra hamısı Behiştə daxil olarlar. Beləliklə, insanlar barəsində ehsan və yaxşılıq hamını, dünya və Axirətdə cəmləşdirəcək. Budur ehsan və yaxşılıq edənin haqqının ödənilməsi!4



  1. Yüklə 10,72 Mb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin