Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə37/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

31. MƏCLİS YOLDAŞINIHAQQI


وَأمّا حَقُّ الجَلِيسِ فَأَنْ تُلِينَ لَهُ كَنَفَكَ وَتُطِيبَ لَهُ جَانِبَكَ، وَتُنْصِفَهُ فِي مُجَارَاةِ اللَّفْظِ ولا تُغْرِق فِي نَزْعِ اللَّحْظِ إذَا لَحَظْتَ وتَقْصُدَ فِي اللَّفْظِ إلَى إفْهَامِهِ إذَا لَفَظْتَ. وَإنْ كُنْتَ الْجَلِيسَ إلَيْهِ كُنْتَ فِي الْقِيَامِ عَنْهُ بالْخِيَارِ وَإنْ كَانَ الجَالِسَ إلَيكَ كَانَ بالخِيَارِ. ولا تَقُومُ إلا بإذْنِهِ وَلا قُوَّةَ إلا باللهِ.

Məclis yoldaşının haqqı odur ki,biləsən, onunla mülayim davranmalı, açıq ürəklə qəbul etməli , xoş gəlmisənlə qarşılamalı və danışıqda onunla insaflı olmalısan. Bir dəfə görməklə ondan nəzərini çəkmə. Danışıqda hədəfin onu başa salmaq olsun. Əgər bu yoldaşlıq zamanı sən onunla oturmaqdan ötrü onun yanına daxil olsan, ixtiyar səninlədir. Nə vaxt istəsən dura bilərsən. Yox, əgər o bu işdə o sənə müqəddəm olsa, ixtiyar onunladır. Ondan icazə almamış durub məclisi tərk etmə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur"

“Məkarimul-Əxlaq " kitabında bu cümlələr yazılıb:

Məclis yoldaşının xətalarını unut, yaxşılıqlarını yadda saxla və qulağına yalnız yaxşı sözlər de! "

Beləliklə, səninlə bir yerdə oturub-duran dostunun hüquqları bunlardır:

1. Onunla yaxşı rəftar et.

2. Danışıqlarında onunbarəsində insafa riayət et.

3. Danışanda hədəfin onu anlatmaq olsun.

4. Məclisdə oturmaq haqqına riayət et.

5. Əgər əvvəl özün onun yanına gəlimisənsə, ondan icazəsiz məclisi tərk etmə.

6. Xətalarını görməməzliyə vur.

7. Onun haqqında həmişə yaxşı fikirlər niyyətində olasan.

İmam Səccad (əleyhissalam) bu kitabda yoldaş, dost və məclis yoldaşının hüquqlarına işarə etmişdir. Əslində, ola bilsin, bu üç söz bir mə`naya işarə olsun. Lakin, bə`zi fərqlər var ki, dost və yoldaşın hüquqlarında onlara işarə olunacaq.

İNSAN İCTİMAİ MÖVCUDDUR


Bu bəhsdə, məclis yoldaşından məqsəd, həmişə bir məclisdə oturub və ya bir-biri ilə yoldaşlıq edənlərdirlər. Hər halda, insanın kiminləsə bir yerdə oturması, hüquq və haqqın olmasına səbəb olur. Ümumiyyətlə, bəşər övladı bütün ömrü boyu bir nəfər məclis yoldaşına, dosta və həmkara möhtacdır. Çünki, insanın ictimai yaşayış meyilli olması artıq bir həqiqətdir. İnsan tənhalıqdan əziyyət çəkir və qürbət hissi keçirir. Əksinə, yaxşı yoldaş və dostla olmaqından ruhlanır və xoşhal olur.

DOSTUN İNSANIN ŞƏXSİYYƏTİNDƏ ROLU


Hər bir insanın yoldaşı, dostu və həmkarının onun şəxsiyyətinin formalaşmasında, dünya və Axirətinə böyük tə`siri vardır. Yoldaşın mənfi yaxud, müsbət rəftarı insanın həyatının müxtəlif mərhələlərinədə öz əsərini qoyur. Bu tə`sir o dərəcədədir ki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) insanın şəxsiyyətinin me`yarvə mizanını onun dostunun şəxsiyyəti ilə ölçür, buyurur: r kəs öz dostunun yolunda və raftarında olar "1

İnsanın dost və yaxşı yoldaşının olmaması ondan ötrü böyük bir müsibətdir. Həzrət Əli (əleyhissalam) buyurur:

Hər kim, Allaha görə dost tutduğu şəxsi əldən verərsə, bədəninin ən şərəfli əzasını əldən vermiş şəxs kimidir."2

İndiki, dostun insanın həyatında böyük rol oynamağı mə`lum oldu, onun seçilməsində çox diqqət olunmalıdır. Bununlada yaxşı dostun əldən verilməsinin qarşısı alınar.


LƏYAQƏTLİDOSTUNSEÇİLMƏSİ


İmam Sadiq (əleyhissalam) dost seçmək barəsində buyurur: r kim sənə qarşı üç dəfə qəzəblənsə və eyni halda sənin barəndə pis söz danışmasa belə şəxs dostluğa layiqdir. Onu özünə dost seç.”3

HƏMİŞƏKİ VƏ MÜVƏQQƏTİ DOSTLAR


Həzrət Əli ( əleyhissalam ) bu barədə buyurur:

Hər kim, doğru imtahandan sonra birini özünə dost seçsə, bu dostluq möhkəm və məhəbbətləri çox olar.”1

Həzrət yenə bu mövzuda buyurur:

Hər kim yoxlamadan başqası ilə dostluq peymanı bağlasa, məcbur olar ki, fasid və əşrar şəxslərə yoldaş olsun.”2


PİSLƏRLƏ OTURUB-DURMAĞIN TƏ`SİRİ


Həzrəti Əbdül-Əzim Hüseyni, İmam Baqir (əleyhissalam)–dan, o da babası İmam Əli (əleyhissalam)-dan nəql edir, buyurur:

Pislər və şər adamlarla oturub-durmaq, insanın yaxşı və saleh şəxslərə qarşı pis fikirdə olmasına səbəb olur."

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

Üç dəstə var ki, onlarla oturub-durmaq qəlbi öldürər: Birinci: Şərəfsiz, abırsız və imansız şəxslərlə oturub-durmaq. İkinci: Qadınlarla çox danışmaq. Üçün: Dövlətlilərlə oturub-durmaq.”3

Yuxarıdakı iki hədisdə, iki tayfa pislərlə oturub durmağı qəlblərin ölməsinə səbəb olması vurğulanır. Onlardan bir tayfası, təkəbbürlü sərvətlilərdir. Başqa bir hədisdə İmam Baqir (əleyhissalam)-dan sərvətlilərlə oturub-durmağı soruşan bir kişinin cavabındabuyurduğunu oxuyuruq:

Ey kişi! Sərvətlilərlə çoxda oturub-durma. Çünki, insana pis tə`sir qoyur. Belə şəxslərlə oturub-duran şəxs, onunla yoldaşlıqdan əvvəl öz vücudunda Allahın ona verdiyi ne` məti görüb duyurdu, lakin sərvətli ilə yoldaşlıq etdikdən sonra özündə olan ne`məti unudub, sərvətlinin mal-dövlətinə göz tikər və öz ne`mətindən qəflətdə qalar."4

Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

Ölülərlə oturub-durmayın! Soruşdular: Ya Rəsuləllah! Ölü kimdir? Buyurdu: Allahı yaddan çıxarıb, r şeyi mal-dövlətdə rən sərvətli bir şəxs.”1

Belə şəxsin qəlbi ölmüş olar. Ona görə də İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) ondan ölü kimi ad aparır. Ölülərlə oturub-durmağın nəticəsi isə insanın qəlbinin ölməsidir. Bu cəhətdən də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) nəzərində onlarla oturmaq,münasib deyildir.

Şeyx Səduqun "Sefatuş-Şiə" kitabında Əmirəlmö`minin Əli (səleyhissalam)-dan nəql olunur, Həzrət buyurur:Şərəfsiz şəxslərlə oturub-durmaq, yaxşı insanlara qarşı bədbinlik əmələ tirir. Yaxşı və saleh şəxslərlə oturub-durmaq, pislərin yaxşılara qoşulmasına səbəb olur. Yaxşıların nahkarlarla oturub-durmaları, salehlərin fasiqlərə qoşulmasına səbəb olur. Bəs r kimin işi sizə şüblidirsə və dini cəhətdən onu tanımırsınızsa, oturub-durduqları şəxslərə baxsın! Əgər dindar şəxslərdirsə, onda Allahın dinindədir. Əgər oturub-durduğu, Allahdan-qeyrisinin dinindədirsə, onun Allahın dinindən h bir bəhrəsi yoxdur. Çünki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) buyurub:



r kimin Allaha və qiyamət nünə imanı varsa, kafirlə qardaşlıq edib, nahkarlarla oturub-durmaz. Yoxsa, özü də fasiq olar!”2

Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin