Elmin məqaminin əHƏMİYYƏTİ


BELƏ ŞƏXSLƏRLƏ YOLDAŞLIQ ETMƏYİN



Yüklə 10,72 Mb.
səhifə43/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

BELƏ ŞƏXSLƏRLƏ YOLDAŞLIQ ETMƏYİN


İmam Baqir (əleyhissalam) buyurur:Atam mənə vəsiyyət edib buyurdu: Oğlum! Beş tayfa ilə mütləq şəkildə nə yoldaşlıq və nə də dostluq edərək msöhbət olub yol getmə! Soruşdum: Sənə qurban olum atacan! O beş tayfa kimlərdir? Buyurdu:

Əvvəla, fasiq şəxslərlə yoldaşlıq etmə.Çünki, səni bir qarın yeməyə satacaq. Bəlkədə, ondanda aza satar. Soruşdum ki, ondan az nədir?Buyurdu: Səni bir loğmaya da satar. Lakin, istədiyinə çatmaz. İkinci dəstə kimlərdir? – deyə soruşdum. Buyurdu: Paxıl şəxslərlə yodaşlıq etmə. Çünki, onun malına şiddətli ehtiyacın olduğu halda, səni öz malından məhrum edər. Soruşdum: Üçün dəstə kimlərdir? Buyurdu: Çox yalançılarla yoldaşlıq etmə. Çünki, belə dost ilğım kimidir. Yaxın itaət yolunu sənə uzaq edər və yolu uzaq olan nahı sənə yaxınlaşdırar. Dördün tayfa kimlərdir? – deyə yenə soruşdum. Buyurdu: Nadanq və ağıldan kəm insanlarla yoldaşlıq etmə. Çünki, o, sənə xeyir vermək istədiyi halda zərər verər. Nəhayət soruşdum: Beşincilər kimdirlər? Buyurdu: Qohum-əqrabaları ilə əlaqəsini kəsənrlə də yoldaşlıq etmə. Çünki, mən , Qur`anda onların üç dəfə Allah-taala tərəfindən lə`nətləndiklərini rmüşəm.1

İmam Baqir (əleyhissalam) əvvəlcə bu bəyanda buyurur: Fasiqə yoldaşlıq etmə. “Fasiq" sözü lüğətdə, həddən xaric olmaq mə`nasındadır.Sözün kökü “fisq”-dir. Yə`ni, Allahın hökmünü görməməzliyə vurmaq, təcavüz və zülm etmək, xurmanın öz qabığından çölə çıxması, bəndənin Allahın əmrindən çıxması, əyyaşlıq və qeyrətsizlik mə`nalarında işlənilir. Fasiq şəxs, Allahın haram buyurduqlarından kənara çıxmışdır. Hər kimin haram buyurulanlara ehtiramı olmasa, heç kimə hətta, dostuna da məhəll qoymaz.

İkinci dəstə paxıllardır. “Boxl"sözü lüğətdə, xəsislik, əli bərk, az xərc edən, tamahkar, pulsevər və rüsvayçı mə`nalarında işlənilir. “Kəzzab"sözü də mübaliğə şəklində olub çox yalan danışana deyilir.2

İmam Səccad (əleyhissalam) buyurur: Qohum-əqrabasından üz döndərən, Qur`anda üç yerdə lə`nətlənmişdir. O üç yerə işarə edirik:

1.”Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaqdan başqa bir şey zləmək olarmı? Onlar Allahın lə`nət elədiyikar və zlərini kor etdiyi kimsələrdir."3

Bu ayələr bir dəstə münafiqlər barəsində nazil olmuşdur. Allah-taala buyurur: Əgər müxalifət yolunu tutub Allahın əmrindən boyun qaçırsanız və Kitabdan (Qur`andan) üz döndərsəniz, yer üzündə fəsad törətmək və qohumluq tellərini kəsməkdənbaşqa, sizdən heç bir iş intizarında olmaq olarmı? Bu mə`na, o vaxt ələ gəlir ki, ayədəki “təvəlləytum"sözü, “təvəlla"kökündən olub, üz çevirmək mə`nasında olsun. Amma, əgər bu kəlmə, “vilayət"kökündən, yə`ni, hökumət mə`nasında olsa, müfəssirlərin əksəriyyəti ayəni belə mə`na edirlər: Əgər hökumət cilovu əllərinizə keçsə, fitnə-fəsad, qan tökmək və qohumluq tellərini kəsməkdən başqa, sizdən başqa bir iş intizarında olmaq olarmı?

2.“Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lə`nətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (Cəhənnəm) zləyir.”1

Allah-taala bu ayədə, dünyanın e`tiqadı və əməli fəsadını üç cümlədə bəyan edir:



1.Allahın əhdlərini pozmaq. Bu da fitri, əqli və şər`i əhdlərə aiddir.

2.Əlaqələri kəsmək. İstər Allahla, istər İlahi rəhbərlərlə, istərsə də Allahın yaratdıqları məxluq və qohumları ilə olsun.

3.Yer üzün də fəsad törətmək.

3. “O kəslər ki, Allahla (Ona iman tirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır! “2

Onların qohum-əqrəbəları ilə əlaqələrinin bərpasının əhəmiyyəti o dərəcədədir ki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

Qohum-əqrəbalarla əlaqələrin bərpası şəhərləri abad edir və ömürləri uzadır. Bu işin sahibi xeyirxah olmasada belədir.”3



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin