Elmin məqaminin əHƏMİYYƏTİ


MƏŞHUR İSLAM ALİMİ “ŞƏHİD ƏVVƏLİN" QAZİNİN VƏZİFƏLƏRİ BARƏSNDƏ SÖZLƏRİ



Yüklə 10,72 Mb.
səhifə54/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

MƏŞHUR İSLAM ALİMİ “ŞƏHİD ƏVVƏLİN" QAZİNİN VƏZİFƏLƏRİ BARƏSNDƏ SÖZLƏRİ


"Qaziyə vacibdir ki, bərabərlik, salam, müxtəlif ehtiramlar, qulaq asmaq və insafda r iki tərəfi bərabər nəzərə alsın. Əgər ixtilafda olanların biri müsəlman diri kafir olsa, qazi, oturmaqda müsəlmanı kafirdən yuxarıda otuzdura bilər. Məsələn, müsəlman oturmuş halda, kafir isə ayaq üstə ola bilər. Bu halda qaziyə vacib deyil ki, qəlbində r iki tərfə eyni səviyyədə meyilli olsun. !3

Bu hökm, qazinin iki tərəfə nisbət vəzifələrindən sayılır. Ancaq məhkəmə vaxtı :

"Əgər iki tərəfdən biri danışıqda digərindən qabağa düşsə, qazi onun sözünə qulaq asmalıdır. Əgər hər ikisi birdən danışığa başlasa, qazi sağ tərəfdə olanı birinci dinləyə bilər.Əgər hər ikisi sükut etsə, qazi deyə bilər:Hansınız iddiaçısınızsa öz iddianızı bəyan edə bilərsiniz. Yaxud desin: Hər ikiniz sözə başlaya bilərsiniz. Qazinin onlardan birini müxatəb qərar verməsi məkruhdur.

İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNAN


İddaçı və münkir kimdir? Şəhid Əvvəl buyurur: İddiaçı o kəsdir ki, əgər öz iddiasından əl çəksə, ixtilaf aradan gedər. Münkir isə onun müqabilinda qərar tutub. Yə`ni, bu cür deyil ki, əgər getsə, ixtilaf yatar bəlkədə, iddianın müqabilində cavab verməlidir. Əleyhinə iddia olunmuş da cavab verməkdə üç haldan kənarda deyildir. Ya cavabında iddianı qəbul edir, ya rədd edir, ya da sükut ixtiyar edir. Bunların hər biri üçün qazinin xüsusi hökmü vardır.

DƏLİL (ŞAHİD) VƏ AND, QƏZAVƏTİN ƏSASI


İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir,buyurur:

"Şahid iddia edənindir. And içmək isə əleyhinə iddia olunanındır.1

Əbi Bəsir İmam Sadiq (əleyhissalam)-dan nəql edir ,buyurur:



"Allah-taalanın sizin qanınız barəsində verdiyi hökmü ilə mallarınızın hökmü fərqlidir. Mallarınızda hökm etmişdir ki, iddia edənin şahidi (dəlili) olmalıdır. Əleyhinə iddia olunan isə and içməlidir. Amma qan bahalarınızda əleyhinə iddia olunanın şahidi olmalı, iddiaçı isə and içməlidir. Bununla da müsəlmanın qanı batmasın."2

İmam Rza (əleyhissalam) ondan soruşulan sualın cavabında buyurur:

"Qan məsələsindən başqa r yerdə iddiaçının şahidi və əleyhinə iddia olunana isə and içilməsinin səbəbi budur ki, əleyhinə iddia olunanın imkanı yoxdur ki, öz inkarına rə şahid tirsin. Çünki, mə`lum deyil. Lakin, qan məsələsində əleyhinə iddia olunmuş öz inkarına şahid tutmalıdır. Bu bir ehtiyatdır ki, onun vaitəsilə müsəlmanın qanının batması qorunur. Bundan əlavə, bu əməlin özü qatildən ötrü bir növ əzab və cinayətin qarşısının alınmasıdır. Əleyhinə iddia olunan üçün şahid tapmaq çox çətindir. Çünki, onun qatil olmamasına şəhadət verən çox az adam olar! "

Bu rəvayətlərdən, İslamda qəzavətin me`yarı aydın oldu. Bunlar, iddiaçı və əleyhinə iddia olunanın hökmləri idi. Ancaq, İmam Səccad (əleyhissalam) bu mözuda yalnız, əxlaqi cəhətlərə toxunmuşdur. İmam Səccad(əleyhissalam) iddiaçı və münkirin əxlaqi vəzifələrini onlara xatırladır, haqqı onlardan ötrü belə aydınlaşdırır: Sənin əleyhinə düşmənçilik iddiası edənin sözü haqqdırsa, onun lehinə və özünün əleyhinə şəhadət ver. Ona zülm etməyib, haqqını tamamilə ödə.Əgər iddiasında batildirsə, onunla mülayim rəftar et və onun işində mehribançılıqdan başqa yol tutma. Allahı onun barəsində qəzəbləndirmə.

Amma, sənin kiminsə əleyhinə iddia etdiyinin haqqı odur ki, əgər öz iddianda haqlısansa, onunla yumuşaq və gözəl danış. Onun haqqını əda et. Əgər öz iddianda batilsənsə, Allahdan qorx və Ona tərəf tövbə et. Öz iddiandan əl götür. İmam Səccad(əleyhissalam) iddiaçı və münkiri haqqı, həqiqəti görməyə də`vət edir və onları bir-birinə qarşı zülm və sitəmdən çəkindirir. Bəli! Yaxşı olar ki, hər kimin birisilə mal və hüquqda ixtilafı olsa, İmam Səccad (əleyhissalam)-ın göstərişlərini gözünün önünə gətirsin, bununlada həqiqətə çatıb nicat əhli olsun!

Bu bəhsin sonunda qeyd olunmalı mövzulardan biri də budur ki, ixtilaflı tərəflər öz ixtilaflarını həll etməkdən ötrü adil və vilayəti olan şəxsə müraciət eləsinlər. Buna görə də zalim qazilərə üz tutmaqdan çəkinsinlər.



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin