MÖ`MİNLƏRDƏN KÖMƏK İSTƏMƏK
Kömək istəmək və əl tutmaq, mö`minlərin nişanələrindəndir. Qur`an "Şura" surəsində buyurur:
"O kəslər ki, hər vaxt zülmə mə`ruz qalsalar, təslim olmayıb başqalarından kömək istəyərlər."2
Mə`lumdur ki, başqalarının kömək istəmələri müqabilində, köməklik göstərmək vəzifəsi də durur. Əslində, məzlum, həm zülmün müqabilində müqavimət göstərməli, həm də başqa mö`minlərdən köməklik tələb etməlidir. Mö`minlər də bu tələbin müqabilində məzluma köməklik göstərməlidirlər. "Ənfal" surəsində həmin məsələyə işarə olunur, buyurur:
"Lakin əgər onlar (müsəlmanlar) din yolunda sizdən kömək istəsələr, onlara kömək göstərmək sizə vacibdir.“3
Bu göstəriş əslində, zalimlərə xəbərdarlıq edir ki, bilsinlər, mö`minlər öz dindaşlarının zülmü müqabilində sakit oturmayacaqlar."Şura" surəsində pisliyə qarşı pislik cavabında buyurur:
"Hər hansı bir pislyin cəzası onun özü kimi bir pislikdir. Bununlə belə hər kəs pislik edəni bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalimləri sevməz! “1
Əlbəttə, zalimin işi pisliklə tanınmalıdır. Necə ki, ayədə ona işarə olunmuşdur. Lakin, vacib deyil ki, onun cəzası pisliklə qaytarılsın. Əgər ayədə pislik edənin cavabında "pislik" sözü işlədilmişdirsə, əvvəlcə qeyd olunmuş zalimə görədir. Yaxud, zalimin işinin pisliyini nişan verməkdən ötrü bu ifadə işlənilmişdir. Yaxudda, ola bilsin bu səbəbdəndir ki, cəza, azar və əziyyət sayılır, əziyyət isə zatən pisdir. Doğrudur ki, zalimin qisası öz-özlüyündə pis iş adlandırılmır. Bu ayə, Bəqərə surəsindəki ayəyə oxşayır, buyurur:
"Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin). Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.“2Kömək istəmək heç də eyib deyildir. Bu barədə Qur`anda buyurur:
"Hər kim zülmə mə`ruz qaldıqdan sonra kömək tələb etsə, ona heç bir irad tutulmaz"3
ƏFV VƏ BƏXŞİŞ ƏN YAXŞI YOLDUR
İmam Səccad (əleyhissalam)öz sözlərində başqa ayəni zikr edir, buyurur:
"Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir! “4
Bundan əlavə, İmam Səccad (əleyhissalam)Nəhl surəsinində gələn ayəyə işarə edir, buyurur:
“(Ey mö`minlər!) İntiqam almaq məqsədilə (birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə onu da o cür cəzalandırın. Agər onlardan (intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir! "5
Bə`zi rəvayətlərdə gəlib ki, bu ayə "Ühüd" döyüşündə nazil olmuşdur. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) öz əmisi Həmzənin cəsədini parə-parə gördükdə, narahat olur və buyurur:
“İlahi! Həmd və səna Sənin üçündür. Sənə şikayət edirəm. Gördüyüm mənzərə müqabilində Səndən kömək istəyirəm! "Sonra buyurur: "Əgər onlara qələbə çalsam, parça-parça edəcəm! Parça-parça edəcəm! Parça-parça edəcəm!" Bə`zi rəvayətə görə buyurur: Onlardan yetmiş nəfərini bu cür edəcəm! Sonra bu ayə nazil olur.İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "İlahi! Səbr edərəm! Səbr edərəm! "1
Dostları ilə paylaş: |