1940-cı il yanvarın 7-də Füzuli rayonunda anadan olub.
1947-1957-ci illərdə Bakının 132 saylı orta məktəbində oxuyub.
1957-1962-ci illərdə S.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.
Subaydır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1964-1967-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olub.
1967-ci ildə “Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1976-cı ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1963-1964-cü illərdə Azərbaycan Komunist partiyasının Mərkəzi komitəsinin mətbəəsində texniki redaktor-korrektor.
1964-1967-ci illərdə BDU-nun filologiya fakültəsinin qiyabi şöbəsində metodist.
1967-1970-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim.
1970-1976-cı illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş müəllim.
1976-cı ildən BDU- nun Azərbaycan dilçiliyi kafedrasının dosenti.