Elxan Xəzə



Yüklə 0,88 Mb.
səhifə15/38
tarix04.01.2022
ölçüsü0,88 Mb.
#53331
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   38
21 fevral, 1992

ƏSL XİDMƏT ZAMANI
1. Bayraq meydanından başlanan yol
Bayraq meydanında and içən cavan,

Ən böyük arzuna yetişdin axır.

Sənin görkəminə bu saat, bu an,

Dünyanın ən uca bayrağı baxır.


Bəli, bayrağımız baxır, seyr edir;

Aypara qaşıdır, ulduzsa gözü.

Bu gün bu meydanda çoxu eşidir,

Vətənə, millətə verdiyin sözü.


Bu bayraq önündə baş endir, əyil,

Onu sevən var ki, qaməti dikdir.

Unutma, hərbi and adi söz deyil,

İcra ediləsi bir öhdəlikdir.

Bu üçrəngli bayraq-üç rəngli işıq,

Ondan qüvvət alır indi ev-eşik.

Bu bayraq uğrunda canlar almışıq,

Bu bayraq uğrunda canlar vermişik.


Daim dalğalansın bu bayraq deyə,

Sən də keşiyində dayanmalısan.

Məqamı gələndə “el” deyə-deyə,

Onun al rənginə boyanmalısan.


Daha başa çatdı uşaqlıq çağı,

Əsgər adı aldın! – Layiq ol buna.

Yadında saxla ki, Dövlət Bayrağı

Şahidlik eylədi hərbi andına.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin